Bu gecə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Bütün qarşılaşmalar eyni gündə baş tutub.
"Benfika" səfərdə "AZ Alkmaar"ın qonağı olub və 1:0 hesabı ilə qələbə qazanıb. "Bazel" öz meydanında "Valensiya"nı 3 cavabsız qolla məğlub edib - 3:0.
Digər İspaniya təmsilçisi "Sevilya" səfərdə "Portu" ilə qarşılaşıb və rəqibinə 0:1 hesabı ilə uduzub. "Lion" isə doğma meydanda "Yuventus"la qüvvəsini sınayıb. Bu görüş 0:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunları aprelin 10-da keçiriləcək.
3 mart
Avropa Liqası, 1/4 finalın ilk oyunları
00:05. "Az Alkmaar" (Hollandiya) - "Benfika" (Portuqaliya) - 0:1
Qol: Salvio, 48 (0:1)
00:05. "Bazel" (İsveçrə) - "Valensiya" (İspaniya) - 3:0
Qollar: Delqado, 35 (1:0), 38 (2:0), Stoker, 90+1 (3:0)
00:05. "Portu" (Portuqaliya) - "Sevilya" (İspaniya) - 1:0
Qol: Manqala, 31 (1:0)
Qırmızı vərəqə: Fernando, 87 ("Porto")
00:05. "Lion" (Fransa) - "Yuventus" (İtaliya) - 0:1
Qol: Bonuççi, 85 (0:1)
|