Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubu bu gün Fransa ikinci liqasında növbəti matçına çıxıb.
"Baku-2015" formalı komanda 25-ci turda səfərdə "Kreteil"lə qarşılaşıb.
Ötən turda "Le Havr"la 1:1 bərabərə qalan "Lans" bu görüşdə qələbə qazanmaqla üçüncü pillədəki mövqeyini qorumağa çalışacaqdı ki, belə də olub. Bakı vaxtı ilə saat 23:30-da başlayan oyun 3:2 hesabı ilə "Lans"ın xeyrinə başa çatıb.
24 fevral
Fransa ikinci liqası, 25-ci tur
23:30. "Kreteil" - "Lans" - 2:3
Qollar: Jadeyaoui, 11 (0:1), Ndoye, 18 (1:1), Lyuboya, 48 (1:2), Salli, 81 (1:3), Ndoye, 90+3 (2:3)
|