Topaz Premyer Liqasının 24-cü turunun üç oyunu “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.
İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, azarkeşlər "Rəvan" - AZAL, "Neftçi" - "Qarabağ" və "Simurq" - "Qəbələ" oyunlarını "İdman Azərbaycan" telekanalından canlı izləyə biləcəklər.
28 fevral (cümə)
“Rəvan” – AZAL
“Bayıl Arena” stadionu, 19:00 (canlı, “İdman Azərbaycan”)
“Neftçi” – “Qarabağ”
8-ci km qəsəbə stadionu, 17:00 (canlı, “İdman Azərbaycan”)
“Simurq” – “Qəbələ”
Zaqatala şəhər stadionu, 15:00 (canlı, “İdman Azərbaycan”)
|