Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2018-ci ilin idman təqvimi
12.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
18/01 | 21:28 Şahmat üzrə Azərbaycan çempionatının üçüncü turunun oyunlarına yekun vurulub
18/01 | 20:17 “Arpaçay Open” beynəlxalq karate turnirində ilk günün yarışları keçirilib
18/01 | 19:53 Sprinter Ramil Quliyev: İdmanda təkcə istedad kifayət deyil
18/01 | 18:40 Güləş hakimləri üçün iclas keçirilib
18/01 | 17:29 Antalya toplanışı üçün millimizin heyəti açıqlanıb
18/01 | 16:25 “Veteranlar” komandası Masallıda keçirilən mini futbol turnirinin qalibi olub
18/01 | 15:04 Finlandiyada Formula 1 mərhələsi keçirilə bilər
18/01 | 14:30 Qadın güləşçilərimiz Türkiyədə təlim-məşq toplanışında iştirak edirlər
18/01 | 13:52 Azad Rəhimov vətəndaşlarla görüşüb
18/01 | 12:06 Azərbaycanın U-21 millisi Rusiya klubu ilə qarşılaşacaq
18/01 | 11:00 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının üçüncü turuna start verilib
18/01 | 10:11 Balakəndə şahmat turnirinə start verilib
18/01 | 09:08 Gəncədə bir sıra idman obyektlərinin tikintisi və təmir-bərpası nəzərdə tutulub
17/01 | 21:59 Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17/01 | 20:01 Pakistan mətbuatı Formula 1 Azərbaycan Qran-Prisindən yazıb
17/01 | 19:03 Cüdoçularımız İsraildə hazırlıqlarını davam etdirirlər
17/01 | 18:45 Bakıda “Arpaçay Open” beynəlxalq karate turniri start götürəcək
17/01 | 17:48 Formula 1-in ikiqat dünya çempionu Fernando Alonso “Dakar” rallisində çıxış edə bilər
17/01 | 16:22 Sərbəst güləş üzrə Masallı rayon birinciliyi başa çatıb
17/01 | 15:00 Futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsinin püşkü atılıb
17/01 | 14:16 Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ikinci turunun oyunlarına start verilib
17/01 | 13:02 Azərbaycan futbolçusu karyerasını Qazaxıstanda davam etdirə bilər
17/01 | 12:30 Ötən il DİN-in İdman Cəmiyyətinin əməkdaşları ölkə və beynəlxalq miqyaslı yarışlarda 253 medal qazanıblar
17/01 | 11:51 Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ilk turunun oyunları keçirilib
17/01 | 10:07 Amerika qitəsinin ən yaxşı futbolçuları müəyyənləşib
17/01 | 09:23 "Sabah" klubu ikinci yoxlama oyununda heç-heçə edib
16/01 | 22:57 “Tata Steel Masters-2019”: Şahmatçılarımız növbəti turun oyunlarını da heç-heçə başa vurublar
16/01 | 21:59 “Qarabağ” Antalyada təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib
16/01 | 18:31 Karate yığmamızın üzvləri üçün maarifləndirici seminar keçirilib
16/01 | 17:58 “Bakı-2019”a hazırlıqla bağlı Koordinasiya Komissiyasının texniki görüşü keçirilib
16/01 | 16:31 Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ilk turuna start verilib
16/01 | 12:50 On iki yaşlı hindistanlı şahmatçı dünyanın ikinci ən gənc qrossmeysteri adını qazanıb
16/01 | 11:15 Futzal üzrə FIFA referisi Hikmət Qafarlı yeni təyinat alıb
16/01 | 10:04 “Tata Steel Masters-2019”: Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə oynayıb
16/01 | 09:07 Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Neftçi 14 10 3 1 26-10 33
2 Qarabağ 14 9 3 2 32-14 30
3 Səbail 14 6 3 5 16-14 21
4 Sabah 14 5 2 7 12-20 17
5 Qəbələ 14 4 5 5 17-18 17
6 Sumqayıt 14 4 3 7 13-20 15
7 Keşlə 14 3 3 8 16-23 12
8 Zirə 14 2 4 8 12-25 10
Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib
Tarix: 07.02.2014 | Saat: 23:55:00 | E-mail | Çapa göndər
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Fevralın 7-də Soçidəki “Fişt” stadionunda XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
AzərTAc xəbər verir ki, BMT-nin baş katibi Pan Gi Mun 2014-cü ilin Olimpiya Oyunlarının rəsmi açılışına on dəqiqə qalmış Soçi Olimpiadasının iştirakçılarını və tamaşaçılarını salamlayıb.
Bu Olimpiya Oyunları bir neçə göstərici üzrə rekord olacaqdır. Belə ki, Soçidə 88 ölkədən olan idmançılar çıxış edəcəklər ki, bu da dörd il bundan əvvəl Vankuverdə keçirilmiş oyunlardan 6 ölkə çoxdur. Ümumiyyətlə, 98 medal dəsti uğrunda mübarizə gedəcəkdir. Bu, 2010-cu ildəkindən 12 dəst çoxdur.
Soçi Qış Olimpiadası Azərbaycan yığması üçün beşinci olimpiadadır. Soçidə ölkəmizi idmanın iki növündə yarışacaq 4 idmançı təmsil edir. Kişilər arasında dağ xizəksürmə yarışlarında Azərbaycanı Patrik Braxner və Sedrik Hots təmsil edəcəklər. Bundan başqa, Soçidə fiqurlu konkisürmə yarışlarında idman rəqslərində Yuliya Zlobina və Aleksey Sitnikov Azərbaycan bayrağı altında çıxış edəcəklər.
XXII Qış Olimpiya Oyunlarının açılış mərasimi videoçarxın nümayişi ilə başlanıb. Videoçarxda tamaşaçıları Olimpiadaya ev sahibliyi edən ölkə, onun nailiyyətləri və tanınmış nümayəndələri ilə əlifba üzrə tanış ediblər.
Sonra Rusiya Federasiyasının bayrağı qaldırılıb, bu ölkənin himni səsləndirilib.
Daha sonra iştirakçı ölkələrin ənənəvi paradı başlanmışdır. Azərbaycan komandası dördüncü keçib. Ölkəmizin bayrağını Patrik Braxner aparıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva fəxri qonaqlar üçün tribunadan idmançılarımızı salamlayıblar.
İdmançıların paradı başa çatdıqdan sonra “Rusiya haqqında yuxular” adlı səhnələşdirilmiş tamaşa nümayiş etdirilib.
Daha sonra stadionu XXII Qış Olimpiya Oyunlarının rəmzləri bəzəmiş və lazer effektləri ilə xüsusi şounun nümayişinə başlanıb. Bu şounun mahiyyətini Rusiya tarixi və onun əsas dövrlərinə aid kompozisiyalar təşkil edib. 18 fəsildən ibarət şouda XX əsrin əvvəlinə və Rus inqilabına həsr edilmiş kütləvi səhnələr maraqla qarşılanıb. Avanqard incəsənət ruhunda hazırlanan bu hissə iki saatdan çox davam edib. Açılış mərasiminin kütləvi səhnələrində, o cümlədən rəqs, balet, akrobatik və sirk nömrələrində üç min aktyor və iki mindən çox könüllü iştirak edib. Direktoru və ssenari müəllifi Rusiyanın Birinci telekanalının baş direktoru Konstantin Ernst olan şounu dünyada televiziya vasitəsilə 3 milyarddan çox insan izləyib.
Şou başa çatdıqdan sonra “SOÇİ-2014”ün Təşkilat Komitəsinin sədri Dmitri Çernışenko çıxış edərək qonaqları və idmançıları salamlayıb, bu oyunların Rusiyada keçirilməsindən fəxr etdiklərini bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, 1976-cı il Olimpiya Oyunlarının qalibi Tomas Bax da Soçidə baş tutan bu idman bayramının Olimpiya tarixində yeni səhifə açdığını vurğulayaraq idmançılara qələbə əzmi arzulayıb.
Sonra Rusiya Prezidenti Vladimir Putin XXII Qış Olimpiya Oyunlarını açıq elan edib.
Sonra rejissor Nikita Mixalkov, aktrisa və “Həyat bəxş et” Fondunun həmtəsisçisi Çulpan Xamatova, xokkeyçi Vyaçeslav Fetisov, konkisürən Lidiya Skoblikova, ilk qadın kosmonavt Valentina Tereşkova, “Vesti”nin Suriyadakı xüsusi müxbiri Anastasiya Popova, dirijor Valeri Gergiyev və kiberyürüşçü Alan Yenileyev Olimpiya bayrağını stadiona gətiriblər.
Olimpiya himni səsləndirilib.
İdmançıların, hakimlərin və məşqçilərin Olimpiya andından sonra stadionda Olimpiya Məşəli alovlandırılıb. Məşəli fiqurlu konkisürmə üzrə üçqat Olimpiya, onqat dünya çempionu İrina Rodnina və məşhur xokkey qapıçısı, üçqat Olimpiya çempionu Vladeslav Tretyak yandırıblar.
Mərasim bayram atəşfəşanlığı ilə başa çatıb.

AzərTAc

Xəbər 1375 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
18.07.2016 Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi
29.06.2015 Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüş keçirilib Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib
28.06.2015 “Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
26.06.2015 Azərbaycan Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatı və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsi təqdim edilib
12.06.2015 Birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub
09.06.2015 Prezident İlham Əliyev birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə Atletlər Kəndində görüşüb
07.06.2015 Bakı 2015-in Alovu Bakıya təntənəli şəkildə gətirildi
05.06.2015 Prezident İlham Əliyev Boks Federasiyasının inzibati binasının açılışında iştirak edib
25.05.2015 Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib
13.05.2015 Azərbaycan Prezidenti İlham Əliyev Veloparkın açılışında iştirak edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
İlk üç tur kəm-kəsirləri əyani göstərdi
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru