Bu gecə İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.
Son oyun günündə "Real Sosyedad" və "Barselona" komandaları üz-üzə gəlib.
İlk görüşdə səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "Real Sosyedad" klubu doğma meydanda həmin məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, bunu bacarmayıb. Bu oyunda rəqibi ilə 1:1 bərabərə qalan "Barselona" finala yüksəlib.
Qeyd edək ki, İspaniya kubokunun finalında "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gələcək.
13 fevral
İspaniya kuboku, yarımfinal mərhələsi
01:00. "Real Sosyedad" - "Barselona" (İlk oyun - 0:2) - 1:1
Qollar: Messi, 27 (0:1), Qriezman, 87 (1:1)
12 fevral
"Atletiko" (Madrid) - "Real" (Madrid) - 0:2 (İlk oyun - 0:3)
Qollar: Ronaldo, 7-pen. (0:1), 16-pen. (0:2)
|