Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
«Soyuq qışda hərarətli nəfəslə isidiləcək bayram»a bir neçə gün qaldı
Tarix: 02.02.2014 | Saat: 13:24:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Fevralın 7-də dünya idman ictimaiyyətinin və idmansevrələrin diqqəti Rusiyanın Soçi şəhərinə yönələcək. Adətən yay turizmi ilə tanınan, hətta Rusiyanın «yay kurort paytaxtı» da sayılan bu şəhər şimal qonşularımızın Qara dəniz sahilində ən vacib iqtisadi, mədəni mərkəzlərindən biridir. Lakin onun namizədliyinin irəli sürülməsi heç də nadir hadisə sayılmamalıdır. Çünki Sovetlər Birliyi yenicə dağıldığı dövrlərdə - 1993-cü ildə də onun namizədliyi 2002-ci il qış oyunları üçün irəli sürülmüşdü. Lakin şəhər, o vaxtkı şəraitə görə, təbii olaraq, finalçılar sırasına belə düşə bilmədi. Onun namizədliyi daha sonra 2008-ci il yay oyunları üçün irəli sürülməli idi, lakin sonda ölkə rəhbərliyi fikrindən daşındı.

Moskvanın namizədliyi də daha sonrakı olimpiadalarda uğur qaxanmayınca, 2005-ci ilin iyulunda Rusiya Olimpiya Komitəsi Soçinin məşhur Krasnaya Polyana qəsəbəsində toplaşıb məsələni bir daha müzakirə etdi və beləcə böyük yola çıxdı.

Rusiya o dövrdə təşviqat-təbliğat, reklam tədbirlərinə 60 milyon dollardan artıq pul xərclədi. Onun əsas rəqibləri olan Koreya Pyönqçanqı bu məqsədlə 40 milyon, Avstriya Zalsburqu isə cəmi 13 milyon dollar sərf etmişdilər.
Yekunda Rusiya 500 səhifəlik bir təqdimat hazırladı və onun 500 rəsmi sığortaçı tərəfdaşı da bu sənədə imza qoydu.

Qış idmanı tarixindən

1982-ci ildə məşhur arxeoloq Aleksandr Mixayloviç Miklyayev Pskovda yaşı 4300 il əvvələ gedib çıxan xizək tapdı. İnsanın qış macəraları üçün bu xizək ən qədim sübutlardan biri sayılır. Məlum olan ilk tarixi sənəd V-VI əsrlərə aiddir. 552-ci ildə qot rahibi Jorlanes, həmin illərdə yunan tarixçisi İordan, 770-ci ildə Avel Dyakon laplandların və finlərin məişət və ovçuluqda xizəkdən istifadə etməsini təsvir edirdilər. Amma qış idmanının formalaşması XVIII əsrdən başlayır. 1733-cü ildə Hans Emahuzen ordu hazırlığı üçün idman yönümlü xizək tövsiyələrini hazırladı. 1767-ci ildə isə onlar arasında, indiki tərzdə desək, biatlon, slalom, dağ xizəyinin sürətli eniş proqramı və xizəklə yürüş keçirildi. Beləcə, hərəkat tezliklə cəmiyyətdə məşhurlaşdı, klub idmanına çervildi və yayılmağa başladı.

Qış olimpiya idmanı kitabından

Hələ ilk olimpiya oyunlarının proqramı müzakirə edilərkən, 1894-cü ildə fiqurlu konkisürmə yarışlarının da keçirilməsi nəzərdə tutulurdu. İlk dəfə fiqurlu konkisürmə 1908-ci il London Oyunlarında 4 proqramda təşkil edildi. Mütləq proqramda kişilər arasında isveçli Ulrix Salhov, sərbəst yarışda rusiyalı Nikolay Panin-Kolomenkin, qadınlarda britaniyalı Meyc Sayerz, cütlərdə almanlar Anna Hübler və Henrix Bürger qalib oldular.

3 il sonra BOK olimpiya oyunları çərçivəsində Stokholmda «qış həftəliyi» keçirməyi təklif etdi. İdeya müxtəlif səbəblərdən ta 1920-ci ilə qədər həyat qazanmadı. Həmin il Antverpen Oyunlarında fiqurlu konkisürmə və hokkey yarışı keçirildi. 1924-cü ildə Fransa, olimpiya oyunlarının təşkilatçısı kimi, 7-ci olimpiadaya həsr olunmuş qış idmanı həftəliyi təşkil etdi. Yarışlar o qədər maraq doğurdu ki, Şamonidə təşkil edilmiş həftəliyi dərhal Birinci Qış Olimpyia Oyunları elan etdilər və sonrakı yarışların davamlı keçirilməsi qərara alındı.
1994-cü ilə qədər hər iki olimpiada eyni ildə təşkil edilirdi. Lakin həmin ərəfədə qəbul edilmiş qərara əsasən, oyunların keçirildiyi cüt illəri fərqləndirmək qərara alındı və zənnimcə, bu da olimpiya tarixində mütərəqqi qərarlardan biridir. İndi hər iki ildən bir olimpiya mübarizəsini izləmək şansımız var.

Soçiyə aparan yol

2006-cı il iyunun 22-də BOK-un o dövrdəki prezidenti Jak Roqq Alma-Ata (indiki Almatı, Qazaxıstan), Borjomi (Gürcüstan), Zalsburq (Avstriya), Pyönqçanq (Koreya Resp.), Sofiya (Bolqarıstan), Soçi (Rusiya) və Xaka (İspaniya) arasından sonrakı mübarizədə 3-ünün adını elan etdi. Bir il sonra – 2007-ci il iyulun 4-də BOK-nın Qvatelamalada keçirilən 119-cu sessiyasında seçim yarışı 2 mərhələdə oldu. Birinci turda Pyönqçanq 36 səslə Soçi (34 səs) və Zalsburqu (25 səs) qabaqladı. İkinci tur ən çox səs toplayan şəhərlər arasında oldu və Soçi Zalsburqun səslərindən daha çox pay alıb 51-in 47-yə nisbəti ilə Pyönqçanqı qabaqladı və beləliklə, qət olundu ki, yay olimpiadası kimi, ilk qış olimpiya oyunları da postsovet məkanında, Rusiyada keçiriləcək. Artıq fevralın 7-dən 23-dək keçiriləcək həmin qış idmanı təntənəsinin başlanmasına bir neçə gün qalıb.

Ən bahalı olimpiada

2010-cu il martın 1-də Kanadanın Vankuver şəhərində başa çatan 21-ci Ounların bağlanış mərasimində BOK prezidenti Jak Roqqun əlindən olimpiya bayrağı Soçi meri Anatoli Paxomova təslim edildikdən sonra, yarışın tam diqqət mərkəzinə düşdü. Son məlumatlara görə, ruslar bu Oyunlara 214 milyarda rubl (4 milyard 220 milyon manat) yönəldiblər. Bunlardan 100 milyardı sırf dövlət maliyyəsidir. Qalanını investorlar ödəyiblər. Lakin bəzi mənbələr rəqəmlərin həddin artıq aşağı göstərildiyini iddia edirlər.
Rəsmi məlumata görə, Soçi üzrə bütün maliyyə xərcləri 327,2 milyard rubldur və bunun 192,4 milyardı dövlət, 7,1 milyardı Krasnodar diyarı və Soçi şəhəri valiliyinin vəsaitidir.

Ümumi məlumatlarda deyilir ki, turizm infrastrukturuna 2 milyard 600 milyon, olimpiya obyektlərinə 500 milyon, nəqliyyata 270 milyon, enerji təchihatına 100 milyon dollar xərclənib. Bir sözlə, rəsmi məlumatlara görə, bütün xərclər 37,5 milyard avronu aşmayacaq.
Soçi 1,2 milyon turisti qəbul etməyə hazır oldacaq. Onlara 41 min 467 mehmanxana personalı xidmət göstərəcək. Otaqların sayı 20 mindən 54 minə çatdırılıb. Tələblərə görə, ümumən 3 mini 5, 9605-i 4, 21.716-sı 3-ulduzlu qış olimpiya şəhərində mehmanxana yeri olmalıdır və buna əməl olunub.

Qeyri-rəsmi məlumata görə, Rusiya bu işlərə 50 milyard dollardan artıq maliyyə yönəldib və bu rəqəmlər hətta yay olimpiya oyunlarına sərf olunan vəsaiti də qabaqlayır. Müqayisə üçün: Pekin-2008-ə 43 milyard, London-2012-yə cəmi 15-20 milyard xərclənmişdi.
Ruslar açılış, bağlanış və mükafatlandırma mərasimlərinin keçiriləcəyi 40 min nəfərlik «Fişt» stadionu ilə yanaşı, digər yarış obyektlərini də sıfırdan inşa ediblər. Arenalar sırasında hokkey üçün Böyük Buz Sarayı (12 min nəfərlik) və Şayba Buz Arenası (7 min), «Buz klubu» körlinq mərkəzi (3 min), fiqurlu konkisürmə və şort-trek üçün «Aysberq» buz idmanı sarayı (12 min), «Adler-Arena» konkisürmə mərkəzi (8 min), «Laura» xizək-biatlon kompleksi (7500), «Roza Xutor» dağ xizəyi mərkəzi (7500), «Russkiye qorki» tramplin meydanı (7500), «Sanki» kirşə-bobsley cığırı (5 min) və fristayl (4 min) və snoubord (6250) «Roza Xutor» ekstrim-park»ı inşa olunub.

Rəmzlər ətrafında

Yarışın emblemi 2009-cu il dekabrın 1-də təqdim edildi. Üzərində olimpiya təsvirləri olan emblem, Rusiya dövlət nişanları ilə yanaşı, yarış məkanını da əks etdirir.
Yarışın canlı rəmzləri olan maksotları xeyli müzakirə doğurdu. 1980-ci il Moskva olimpiadasının ayı balası «Mişka» bütün dünyada rəbbət doğurmuşdu. Onun bağlanış mərasimindəki göz yaşları isə bu günə qədər olimpiya oyunları tarixinin ən kövrək anlarından biri kimi qəbul edilir. Ruslar həmin tarixi təkrarlamaq üçün böyük səy göstərdilər. Səsəvermə 2008-ci il martın 2-də keçirildi. 270 min nəfər bu səsvermədə iştirak etdi. 2010-cu ildə təşkilat komitəsi «İzvestiya» qəzeti ilə birgə müsabiqə elan etdi. 24 min 48 iş arasından dekabrın 21-də olimpiada üçün 10, paralimpiada üçün 3 variant seçildi. 2011-ci il fevralın 2-dək xüsusi internet saytında səsvermə aparıldı və Qütb ayısı, Şaxta baba, Bəbir önə çıxdılar. Fevralın 26-da «Talismaniya» teleşousunda ağ ayı və bəbirlə yanaşı, dovşan daha çox səs topladılar. Səsvermədə geri qalan talaşa və qar dənəciyi paralimpiya oyunlarının maskotu kimi qəbul edildi.

Qütb ayısı qışın rəmzi, bəbir xilaskar və dağları fəth edən, dovşan qış meşəsində ən işgüzar heyvan, talaşa qəlbləri isidən, qar dənəciyi təzə-tər həyat sevincinin rəmzi sayıla bilər.
Yarışın devizi 2012-ci il sentyabrın 24-də elan edildi. Təşkilat komitəsinin sədri Dmitri Çernışenkonun «Qaynar. Sərin. Sənin.» («Hot. Cool. Yours.» və ya ruscası «Jarkie. Zimnie. Tvoi.»). Bunun mənası Soçinin isti təbiətinə, sərinlik - mövsümə, əvəzliklə müraciət isə - bu olimpiadanın hər kəsin olacağına işarədir.

Olimpiya məşəli olimpiadanın tarixi və köklü rəmzlərindən biridir. Afinadan gətirilmiş məşəl 2013-cü il oktyabrın 7-də Moskvada böyük yola çıxdı. Fevralın 7-dək o, 123 gün ərzində Rusiyanın 83 əyalətindən, 2900 yaşayış məntəqəsindən keçərək, 65 min km-dən (hər gün 535 km, təxminən Bakıdan Qazaxa qədər) artıq yol qət edəcək. Məşəli 14 min insan daşıdı, bu işə 30 min könüllü dəstək verdi. Təşkilat komitəsi Krasnoyarsk Maşınqayırma Zavodunda 16 min məşəl hazırlatdırdı. Onun dizaynını Vladimir Pirojkov və Andrey Vodyanikinin rəhbərlik etdiyi «AstraRossa Dizayn» Sənaye Dizaynı və İnnovasiyalar Mərkəzinin kreativ komandası tərtib etdi. Bir məşəlin qiyməti 12 min 942 rubldur (297 manat 67 qəpik).

Rusiyada olimpiya oyunları ilə bağlı kifayət qədər böyük tədbirlər planı həyata keçirildi. Bu xüsusda Rusiya mərkəzi bankı əlvan metallardan xatirə sikkələri, əskinaslar, poçt idarəsi marka və poçt nişanları buraxdılar.
2013-cü il mayın 30-da Jak Roqqun iştirakı ilə Sankt-Peterburqda medallar təqdim edildi. Yarış proqramı genişləndirildiyindən, rekord sayda - 1300 ədəd medal hazırlanıb. Onun üz hissəsində olimpiya halqaları əksini tapıb. Arxa tərəfdə ingilis dilində olmpiya proqarmını təcəssüm etdirən təsvir və Soçi-2014-ün loqosu həkk olunub.
Medalın çəkisi 460-dan 531 qrama qədərdir. Paralimpiya medalı isə 585-686 qramdır. Mükafatların hazırlanması «Adamas» şirkətinə həvalə olunub.

Kimlər, hansı növlərdə?

Həmişəki kimi, yarışın favoritləri ənənvi qış idmanı ölkələri olacaq. Fevralın 7-də yeni inşa olunmuş və bu ətrafda yerləşən ən hündür zirvənin adı verilmiş «Fişt» stadionunda keçiriləcək açılış mərasimində 90 ölkənin təmsilçilərinin iştirakı gözlənilir.
2800-dək idmançı 7 idman növündə 15 proqram üzrə 98 medal dəsti uğrunda yarışacaq. Vankuver-2010 Oyunları ilə müqayisədə yarış proqramı bir az da zənginləşdirilib. 2011-ci il aprelin 6-da BOK İcraiyyə Komitəsi proqrama 6 yeni yarış da salıb və bunlar qadınların tramplin sıçrayışı, fiqurlu konkisürmədə komanda yarışı, kirşə estafeti, kişi və qadınların half-payp fristaylı və biatlonda qarışıq estafet müsabiqəsidir. İyulun 4-də daha 3 proqram – qadın və kişilərin fristaylında və snoubordunda sloupstayl yarışları, eləcə də qadın və kişi snoubordunda paralel komanda slalomu siyahıya əlavə olundu.

Beləliklə, Soçidə daha 12 proqram üzrə yarış təşkil ediləcək. Xizək və konki yürüşlərinin hər birində 12, biatlonda 11, dağ xizəyi, snoubord və frsitaylın hər birində 10, şort-trekdə 8, fiqurlu konkisürmədə 5, kirşə və tramplindən sıçrayışın hər birində 4, xizək ikinövçülüyü və bobsleyin hər birində 3, hokkey, skeleton və körlinqin hər birində 2 medal dəsti oynanılacaq.

İmzalar içində Azərbaycan imzası

1998-ci ildən Azərbaycan da qış olimpiya oyunlarının daimi iştirakçısıdır. 1997-ci il iyulun 31-də Milli Olimpiya Komitəsinə rəhbər seçilən İlham Əliyev, çox keçmədi, ölkədə olimpiya hərəkatının yeni, vüsətli inkişafına təkan verdi. Onun verdiyi təklif və qərarlar arasında biri, o vaxt çoxlarına təəccüblü görünəcək qış olimpya oyunlarnda iştirakla bağlı idi. 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilmiş XVIII Qış Olimpiya Oyunlarında İqor Paskeviç kişilər, Yuliya Vorobyova qadınlar, İnqa Rodionova və Aleksandr Anişşenko cütlərin yarışında çıxış etdilər və hamısı ilk 20 idmançı sırasına daxil oldu. O vaxt zədələnmiş Elbrus İsakov dağ xizəyi yarşlarına qoşula bilmədi.
Bu Oyunlardan sonra hər kəs qış idmanının da təbliğat gücünün təsirini etiraf edərək, ölkəmizin o vaxt çox ehtiyac duyduğu bu kimi məsələlərdə rolunu etiraf etdi.

Lakin məqsəd heç də tək bu deyildi. O vaxt MOK prezidenti olan İlham Əliyev daha sonra, Heydər Əliyev irsinin layiqli davamçısı kimi, Azərbaycan Prezidenti kürsüsündə qış oyunlarının da bir gün Azərbaycanda inkişaf edəcəyinə əminliyini ifadə edirdi. O vaxtdan bu yana keçən daha 4 olimpiadada Azərbaycan təmsil olundu. 2002-ci ildə ABŞ-ın Solt Leyk Siti şəhərində Elbrus İsakov sərt dönüşdə yarışı tamamlaya bilmədi. Fiqurlu konkisürmədə Sergey Rılov, İdman rəqslərində Kristin Freyzer və İqor Luka cütlüyü çıxış etdilər. 2006-cı ildə İtaliyanın Turin şəhərində Kristin Freyzer və İqor Lukan tandemi ölkəmizin təmsilçisi oldu. 2010-cu ildə Kanada Vankuverində dağ xizəyində Azərbaycanın ilk iştirak hesabı açıldı. Slalom və nəhəng slalom yarışlarında kişilər arasında Jedrij Nots, qadınlarda Qaya Bassani Antivari çıxış etdilər.

Beləliklə, ötən illər ölkə başçısının qış idmanı əzminin səbəblərindən daha birini üzə çıxardı. Çünki qış idmanının Azərbaycanda inkişafı məqsədilə son illərdə böyük işlər görülməkdədir. Böyük Qafqaz sıra dağları, eləcə də Talış dağları qoynunda yerləşən bölgələrdə qış idmanının inkişafı ildə bağlı böyük işlər görülməkdədir. Qusar rayonunda “Şahdağ”, Qəbələdə «Tufandağ» mərkəzləri hələlik əyləncə və turizm məqsədi daşısa da həm də xizəksürmənin, ələlxüsus da dağ xizəyinin ölkədə geniş yayılmasına təkan veriəcək addım kimi görünür. O, həmçinin Talış dağlarında, ələlxüsus da Lerik rayonunda və onun dilbər Zuvand kəndində xizəksürmə ilə məşğul olanları özünə cəlb etməkdədir. Azərbaycanın Qış Olimpiya Oyunlarında iştirakının təbliği ilə tezliklə, ölkəmizdə qış idmanı növlərinin də geniş çeşiddə populyarlaşacağı əhalinin bu mərkəzlərə marağında əksini tapır.

Bu dəfə komandamızın daha çoxsaylı heyətlə yola düşməsinin də təsiri və faydası, şübhəsiz, olacaq.
22-ci Qış Olimpiya Oyunlarında Azərbaycanı 5 idmançı təmsil edəcək. Fiqurlu konkisürmə növündə Aleksey Sitnikov - Yuliya Zlobina dueti, dağ xizəkçiləri Patrik Brahner, Jedrij Nots və Qaya Bassani Antivari.

2014-cü il Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan yığmasının bayraqdarının kim olacağı məsələsinə hələ aydınlıq gəlməyib. 2010-cu ildə açılış mərasimində idmançılarımız önündə idmançı deyil, nümayəndə heyətinin üzvü, Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Fuad Quliyev arenaya daxil olub.

İdmançılara gəldikdə, 1974-cü ildə dünyaya gəlmiş, əslən isveçrəli Jedrij Nots ötən olimpiadada nəhəng slalomda 72-ci yeri tutmuşdu. Vankuverdə ölkəmizi təmsil etmiş, əslən italiyalı olan, 1978-ci ildə döğulmuş Qaya Bassani Antivari ilkin mərhələdə 66-cı, yekunda 57-ci yeri tutmuşdu.

1992-ci ildə İsveçrədə dünyaya gəlmiş Jedrij Nots ölkəmizi 2010-cu ildən - 18 yaşından təmsil edir. Onun gənclər və ustalar arasında müxtəlif turnirlərdə yüksək nailiyyətləri də var. Son iki mövsümdə 24 dəfə Top-10-da yer alıb, 6 yarışda isə mükafat qazanıb.

2010-cu ildən ölkəmizin bayrağı altında çıxış edən fiqurçular - əslən Rusiyanın Kirov şəhərindən olan, 1989-cu ildə doğulmuş Yuliya Zlobina ilə 1986-cı il təvəllüdlü Aleksey Sitnikovun elə bu yaxınlarda qış universiadasında ölkə tələbə idmanına ilk medal qazandırması xüsusi qeyd oluna bilər. Onlar 2011-ci il Estoniya açıq çempionatının qalibi, Ondrey Nepelanın xatirə turnirinin 3-cüsü, İstebul kubokunun qalibi, sonrakı mövsüm «Ays Star» turnirinin qalibi, «Zaqrebin qızıl konkisi» və Nebelhornun mükfatları uğrunda yarışlarda 2-ci olubğlar. Məşqçiləri məşhur mütəxəssis Aleksandr Julin və Oleq Volkov, xoreoqrafları Sergey Petuxovdur.

Beləliklə, açılış mərasimi fevralın 7-də Bakı vaxtilə saat 20.14-də, bağlanış mərasimi isə fevralın 23-də saat 20.00-da başlanacaq Soçi Oyunları, yarış şüarında da deyildiyi kimi, soyuq qış günlərində hərarətli nəfəsi ilə hər kəsin bayramına çevriləcək.
Xəbər 2993 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru