Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
21/11 | 21:08 Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21/11 | 21:00 Ağsuda şahmat üzrə birinciliyin final mərhələsi start götürüb
21/11 | 20:36 Hakimlər və məşqçilər üçün seminar keçirilib
21/11 | 19:32 İdman Jurnalistikası magistr proqramının tələbələri Böyük Britaniyada təlim-təcrübə səfərindədirlər
21/11 | 19:20 Valtteri Bottas Əbu-Dabi Qran-Prisində cərimələnə bilər
21/11 | 19:00 Bakıda təşkil olunacaq alpaqut üzrə ikinci dünya çempionatı ilə bağlı beynəlxalq konfrans keçirilib
21/11 | 18:56 “Red Bull” Formula 1-də pit-stop sürətinə görə yeni rekord müəyyən edib
21/11 | 18:36 Futzal üzrə Azərbaycan millisinin rəqibi yoldaşlıq oyunları keçirəcək
21/11 | 17:44 Sərbəst güləş yığmamızın Dağıstanda təlim-məşq toplanışı davam edir
21/11 | 16:51 Yeniyetmə qılıncoynadanımız İranda qızıl medal qazandı
21/11 | 16:14 Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
21/11 | 15:06 “Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib
21/11 | 14:53 Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev “Dinamo Kazan”-“Potsdam” oyununa təyinat alıb
21/11 | 14:34 Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
21/11 | 13:57 Qadın voleybolçularımız Qızıl, kişilərdən ibarə komandamız isə Gümüş Avropa Liqasında mübarizə aparacaq
21/11 | 12:59 Bu gün Paraqvayda çimərlik futbolu üzrə XX dünya çempionatı start götürəcək
21/11 | 11:11 Qadın güləşi üzrə açıq Rusiya Kubokuna start veriləcək
21/11 | 10:17 Karateçilərin Azərbaycan çempionatı keçiriləcək
21/11 | 10:04 Cüdo üzrə açıq paytaxt çempionatı təşkil olunacaq
21/11 | 09:55 Uşu üzrə İpək Yolu açıq Avrasiya turnirində Azərbaycanı 15 idmançı təmsil edəcək
20/11 | 21:33 “Avro 2020” Könüllülər Proqramının universitet təqdimatları yekunlaşıb
20/11 | 20:22 UEFA “Avro-2020”nin püşkatma səbətlərinin tərkibini təsdiq edib
20/11 | 19:16 Badminton üzrə respublika çempionatının açılış mərasimi keçirilib
20/11 | 18:55 AGF 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün könüllülərin qeydiyyatını elan edir
20/11 | 18:02 Budo üzrə paytaxt turnirində 500 idmançı birincilik uğrunda mübarizə aparıb
20/11 | 17:51 Məhəmmədrəsul Məcidov peşəkar boksda ikinci döyüşünü keçirəcək
20/11 | 17:34 Azərbaycanın voleybol hakimi “Alba”-“Konegliano” oyununa təyinat alıb
20/11 | 16:51 Futbol üzrə Azərbaycan I Divizionda XI turun oyunları üçün bütün təyinatlar məlum oldu
20/11 | 15:52 Boks üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib
20/11 | 15:13 Azərbaycan Premyer Liqasında XII turun oyunları üçün bütün təyinatlar müəyyənləşdi
20/11 | 14:41 Azərbaycanın U-16 komandasının təlim-məşq toplanışına 28 futbolçu dəvət olunub
20/11 | 14:14 FIFA referimiz İnqilab Məmmədov dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb
20/11 | 13:17 10 yaşlı gimnastımız Mina Abbasova beynəlxalq turnirin ikincisi olub
20/11 | 12:29 Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında voleybol birinciliyinə start verilib
20/11 | 11:32 Joze Mourinyo “Tottenhem” klubunun baş məşqçisi təyin edilib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
Bakı-2015 tarixi 500 gününü qeyd edir
Tarix: 28.01.2014 | Saat: 17:37:00 | E-mail | Çapa göndər
İlk Avropa Oyunları 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunları üçün kvalifikasiya xarakteri daşıyacaq. İdman.com.az saytı xəbər verir ki, Bakıda təşkol olunacaq Avropa Oyunlarının açılışı mərasiminə artıq 500 gün qalıb, - təşkilatçılar bu gün bildirdilər ki, hazırlıq işləri bütün Avropa xalqlarını birləşdirəcək əzəmətli idman festivalı keçirməyə hədəflənib.

Gələn il Bakıda keçiriləcək Avropa Oyunları Avropa Olimpiya Komitəsi tərəfindən Olimpiya dövlətləri və Avropalı idmançılar üçün böyük, ümümqitə, çoxnövlü idman tədbirinin keçirilməsini nəzərdə tutan, çoxdan gözlənilən cəhdinin həyata keçirilməsi olacaq.

Bu həftədən başlayaraq, Bakı 2015 təşkilatçıları 2015 Bakı Avropa Oyunlarında iştirak edəcək 49 Avropa Milli Olimpiya Komitələrinə idman növlərinin kvalifikasiyası haqqında məlumatı göndərməyə başlayacaqlar.

Təşkilatçılar həmçinin, bəyan etdilər ki, Bakı 2015 Oyunlarının yarış proqramında yeddi idman növündən az olmamaq şərtilə Oyunlardan 2016-cı il Rio Olimpiya Oyunları üçün kvalifikasiya platforması qismində istifadə ediləcəkdir. Bura velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvando, triatlon və voleybol (çimərlik) daxildir, habelə Bakı 2015-in başqa idman növləri Olimpiya kvalifikasiya siyahısına əlavə edilə bilər.

İlk Avropa Oyunlarının proqramında hazırda 18 idman növü var və 5 400-dən artıq idmançının iştirakı gözlənilir.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yüksək rütbəli üzvü və Avropa Olimpiya Komitəsinin prezidenti Pətrik Hiki (Patrik Hickey) qeyd edib ki, Bakı şəhəri gələn il keçiriləcək Avropa Oyunları çərçivəsində yüksək səviyyəli idman yarışının təşkili üçün çox əlverişli vəziyyətə malikdir.

“Avropa Oyunlarına hazırlıq mərhələsinin yekun 500 gününə daxil olan Bakı şəhərinə uğurlar arzulayıram və əminəm ki, Bakı bütün Avropanın qürur duyacağı yüksək keyfiyyətli idman tədbirini təşkil edəcək. Biz bu mühüm hədəfə nail olmaq və əzəmətli idman tədbirinin hazırlıq işlərində, və Avropa idmançıları və dövlətləri üçün təcrübədə davamlı irəliləyişi əldə etmək məqsədilə Bakı 2015-ə cəlb edilən hər kəsi təbrik edirik.”

Azərbaycanın gənclər və idman naziri, eyni zamanda Bakı 2015 Əməliyyat Komitəsinin Baş icraçı direktoru olan Azad Rəhimov bildirdi ki, hər ötən gün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının daha diqqətlə təşkili məsuliyyətini və şərəfini artırır və vurğuladı ki, Oyunlar üçün yeni infrastruktur və iş yolları uzunmüddətli mirası təmin etməklə ev sahibliyi edəcək şəhərin və ölkənin görünüşünü tamamilə dəyişəcək.

“Oyunlar üçün böyük həcmli tikinti layihələri bizim şəhərlərimiz, cəmiyyətimiz və gənclərimiz üçün onlardan onilliklər boyu faydalanmağa imkan verəcək - yeni hava limanı və nəqliyyat sektorunda metropoliten və avtobus sahəsində 13 mühüm təkmilləşdirmə layihəsi, habelə yeni beynəlxalq standartlarına uyğun idman arenaların açılması daha çox gənci idmanla məşqul olmağa həvəsləndirəcək və Avropada yeni idman məkanının meydana çıxmasını təmin edəcək,” - nazir dedi.

Cənab Rəhimov qeyd etdi ki, müxtəlif sahələrdən olan yerli layihəçilərin, xidmət təchizatçıların və şirkətlərin Oyunlara hazırlıq işlərinə cəlb edilməsi biznez və texnologiya daxil olmaqla, mədəniyyət və kreativ sənayelərədək çoxlu sektorlarda yerli bilik və təcrübə inkşafıüçün dəyərli irs qoyacaq.

“Bu, gələcəkdə Bakını və Azərbaycanı Avropada idman, biznes, turizm və mədəniyyət istiqamətlərində yeni və dinamik məkana çevrilməsinə yardımçı olacaq,” – o, dedi.

Yerli Azərbaycan vətəndaşları və icmaların həyatda bir dəfə keçiriləcək tədbirdə iştiraklarının təmin edilməsi ətraflı planlaşdırılıb – ölkənin ev sahibliyi etdiyi bu əzəmətli tədbir üçün biletlərin satışı, könüllülük, mədəniyyət və Oyunlar üçün başqa aparıcı proqramların təşkili üzrə işlər getməkdədir.

Təşkilatçılar bildirdilər ki,Oyunlar üçün yerlərin inşası əsas hədəfdir - o cümlədən, İdmançılar Kəndi artıq elit idmançılar üçün ən yaxşı yerləşmə və hazırlıq yerlərindən biri kimi nəzərdən keçirilir və bəzi sahələr artıq bu il sınaq tədbirləri üçün hazır olacaqdır.

“Müsbət irəliləyiş əldə edilmişdir və inkişaf davam etməkdədir, bizim heyyətlər arasında əsassız özünə güvənmə hallarına yol verilməyəcək,” - Bakı 2015 Əməliyyat Komitəsinin Baş Əməliyyat rəhbəri Cim Şer bildirdi. “Növbəti 500 gün ərzində Avropa Olimpiya Komitəsi, Azərbaycan xalqı və Avropa idmançıları qarşısında öhdəliklərimizin yerinə yetirilməsi üçün hələ ediləcək çox iş var, lakin biz bugünədək əldə etdiyimiz irəliləyişdən məmnunuq”.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1089 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
09.01.2019 Lozannada 2020-ci ildə gənclər arasında III Olimpiya oyunlarının talismanı təqdim edilib
12.11.2018 İtaliya 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
29.12.2016 AİJA 2016-nın laureatlarını elan edib
26.04.2016 Avropa qran prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışı olub
22.11.2014 Patrik Hikki: Avropa oyunlarına hazırlıq yüksək səviyyədədir
21.11.2014 Azərbaycan Prezidenti AOK-un Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib
21.11.2014 BOK prezidenti AzDBTİA-nın fəxri doktoru adını aldı
20.11.2014 Tomas Bax AzDBTİA-nın fəxri doktoru olacaq
14.11.2014 İlk Avropa Oyunlarının məşəli Yanardağda alovlansın!
25.06.2014 4-7 yaşlı uşaq atletlər hazırlanması layihə


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru