“Yuventus” klubunun yarımmüdafiəçisi Andrea Pirlo 2012-2013-cü il mövsümündə İtaliya A seriyasının ən yaxşı futbolçusu seçilib. Qol.az-ın məlumatına görə, səsvermə ölkə çempionatının oyunçuları arasında keçirilib.
Pirlo ötən mövsümün simvolik yığmasına da düşüb:
Qapıçı: Samir Handanoviç (“İnter”)
Müdafiəçilər: Kristian Maco (“Napoli”), Andrea Bartsalyi, Corco Kyellini (hər ikisi “Yuventus”), Mattiya De Şilyo (“Milan”)
Yarımmüdafiəçilər: Arturo Vidal, Andrea Pirlo (hər ikisi “Yuventus”), Borxa Valero (“Fiorentina”)
Hücumçular: Edinson Kavani (“Napoli” / PSJ), Antonio Di Natale (“Udineze”), Mario Balotelli (“Milan”).
|