İspaniya kubokunda 1/4 finalın ilk oyunları davam edir.
İkinci oyun günündə daha iki qarşılaşma baş tutub.
"Barselona" səfərdə "Levante"nin qonağı olub və 4:1 hesabı ilə qalib gəlib. "Real Sosyedad" isə öz meydanında "Santander"i 3:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, cavab oyunları yanvarın 29, 30 və 31-də keçiriləcək.
23 yanvar
İspaniya kuboku, 1/4 final
"Levante" - "Barselona" - 1:4
Qollar: El Zar, 31 (1:0), Qarsia, 53-avtoqol (1:1), Tello, 60 (1:2), 81 (1:3), 86 (1:4)
"Real Sosyedad" - "Santander" - 3:1
Qollar:Qonzales, 4 (1:0), 33 (2:0), Vela, 62 (3:0), Kone, 83 (3:1)
22 yanvar
"Espanyol" - "Real" (Madrid) - 0:1
Qol: Benzema, 25 (0:1)
24 yanvar
"Atletiko" (Madrid) - "Atletik" (Bilbao)
|