Türkiyə kubokunda qrup mərhələsinin oyunlarına start verilib.
İlk oyun günündə A qrupunun görüşləri baş tutub.
Səfərdə "Eskişehirspor"un qonağı olan "Akhisar Bələdiyyəspor" klubu rəqibini iki cavabsız məğlub edib. "Bursaspor" klubu isə "Sivasspor"a 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Türkiyə kubokunda B qrupunun iki oyunu bu axşam keçiriləcək.
A qrupu
Türkiyə kuboku, qrup oyunları
"Eskişehirspor" - "Akhisar Bələdiyyəspor" - 0:2
Qollar: Niasse, 17 (0:1), 20 (0:2)
"Bursaspor" - "Sivasspor" - 2:1
Qollar: Şestak, 37 (1:0), Eser, 57 (1:1), Şestak, 72 (2:1)
B qrupu
"Elazığspor" - "Antalyaspor"
"Qalatasaray" - "Tokatspor"
|