Türkiyə Superliqasında 15-ci turun növbəti oyunları keçirilib.
İkinci oyun günündə daha üç qarşılaşma baş tutub.
Səfərdə "Kayserispor"un qonağı olan "Eskişehirspor" rəqibin ciddi müqaviməti ilə üzləşib. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən 1 xalla ayrılıblar - 1:1.
Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" klubu öz meydanında "Rizəspor"la qarşılaşıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü meydana yalnız matçın 90-cı dəqiqəsində daxil olub.
Qeyd edək ki, Superliqada 15-ci tura sabah keçiriləcək "Trabzonspor" - "Bursaspor" oyunu ilə yekun vurulacaq.
14 dekabr
Türkiyə Superliqası, 15-ci tur
"Sivasspor" - "Rizespor" - 3:1
Qollar: Cernat, 52 (0:1), Eser, 68 (1:1), Aatif, 76 (2:1), Eser, 90 (3:1)
"Elazığspor" - "Antalyaspor" - 4:1
Qollar: Özkan, 61-pen (1:0), Yılmaz, 72 (2:0), Yedek, 74 (3:0), Güngör, 78 (3:1), Gürler, 79 (4:1)
"Kayserispor" - "Eskişehirspor" - 1:1
Qollar: Ateş, 68 (0:1), Yılmaz, 79 (1:1)
15 dekabr
"Gənclərbirliyi" - "Qalatasaray"
"Kasımpaşa" - "Beşiktaş"
"Qaziantepspor" - "Erciyesspor"
16 dekabr
"Trabzonspor" - "Bursaspor"
13 dekabr
"Konyaspor" - "Karabükspor" - 2:3
Qollar: Parlak, 4 (0:1), Camdali, 25 (1:1), Parlak, 33 (1:2), Kabze, 58 (2:2), İncemedir, 64 (2:3)
"Fənərbaxça" - "Akhisar" - 4:0
Qollar: Emenike, 43 (1:0), Sou, 53 (2:0), Vebo, 58 (3:0), Alveş, 68 (4:0)
|