Oktyabr ayının 23-də Azərbaycanın stolüstü tennis üzrə yığma komandanın 2 məşqçisi və 8 oyunçusu (4 oğlan və 4 qız) Tüykiyəyə yola düşüb. Komandamızın üzvləri İstanbul şəhərində Beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəkdir.
Qeyd etmək lazımdır ki, ölkəmizin idmançılarından başqa bu tədbirə Kosovo, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Gürcüstan tennisçiləri də qatılacaq.
Oktyabrın 28-dək davam edəcək təlim-məşq toplanışından sonra iştirakçı ölkələrin komandaları arasında dostluq turniri keçiriləcəkdir.
|