Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Prezident İlham Əliyev III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımızla görüşüb
Tarix: 04.10.2013 | Saat: 20:23:00 | E-mail | Çapa göndər

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşüb.
İdmançılarımızı III İslam Həmrəyliyi Oyunlarında qazanılmış qələbələr münasibətilə təbrik edən Prezident İlham ƏLİYEV dedi:
- Əziz idmançılar, əziz dostlar.
Mən sizin hamınızı səmimiyyətlə salamlayıram və əldə edilmiş uğurlar münasibətilə ürəkdən təbrik edirəm. Siz Azərbaycanı ləyaqətlə təmsil etmisiniz. İslam Həmrəyliyi Oyunlarında bizim komandamız böyük nəticələr əldə etmişdir, 24 medal qazanmışdır, onlardan 6-sı qızıl medaldır. Bu, çox gözəl göstəricidir, böyük qələbəmiz, böyük uğurumuzdur. Bu qələbə bir daha onu göstərir ki, Azərbaycan idman dövlətidir, idman sürətlə inkişaf edir və qələbələrimizin səbəbləri məhz dövlət siyasətinin güclü olmasındadır.
Dövlət siyasəti, idmana rəhbərlik edən qurumların birgə fəaliyyəti - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir məqsədə qulluq edirlər ki, Azərbaycan özünü dünyada, idman aləmində ləyaqətlə təmsil etsin, Azərbaycanda idman inkişaf etsin və uğurlarımızın sayı artsın.
İslam Həmrəyliyi Oyunları müsəlman aləmində çox əlamətdar bir hadisədir. Əlbəttə ki, bu, idman yarışıdır və böyük idman yarışıdır, eyni zamanda, bu oyunlar İslam həmrəyliyini gücləndirən bir amildir.
Azərbaycan gənc müstəqil ölkə olmasına baxmayaraq, İslam həmrəyliyi üçün də öz səylərini göstərir, öz töhfəsini verir. Bilirsiniz ki, İslam həmrəyliyini gücləndirmək üçün ölkəmizdə müxtəlif tədbirlər keçirilir. 2009-cu ildə Bakı şəhəri “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdir, 2018-ci ildə bu şərəfli missiya Naxçıvan şəhərinin payına düşür. Bu məsələləri mən İslam Həmrəyliyi Oyunlarının keçirilməsi zamanı videomüraciətimdə də ifadə etmişəm. Beləliklə, bu oyunların hesab edirəm ki, nəinki idman sahəsində, bütövlükdə müsəlman aləminin birləşməsində müsbət rolu vardır.
Ancaq, eyni zamanda, əlbəttə ki, bu, idman yarışıdır. Biz hər bir idman yarışına hazırlaşırıq və çalışırıq ki, ölkəmiz orada ləyaqətlə təmsil olunsun. İyirmi dörd medalın qazanılması və idmançıların böyük uğurları bütün Azərbaycan xalqını sevindirir və bir də onu göstərir ki, bu qələbə təsadüfi xarakter daşımır. Çünki son illərdə Azərbaycan müxtəlif beynəlxalq yarışlarda ən yüksək pillələrə yüksələ bilmişdir. Keçən il keçirilmiş London Yay Olimpiya Oyunlarında 10 medal qazanılmışdır ki, onlardan ikisi qızıl medaldır. Olimpiya Oyunlarının tarixində biz ən yüksək pilləyə qalxa bilmişik, dünya miqyasında 30-cu yerə layiq görülmüşük, Avropa ölkələri arasında isə 15-ci yerdəyik. Bu, tarixi qələbədir.
Bu il Kazanda gənclərin universiadası keçirilmişdir. Orada da Azərbaycan yüksək nəticələr göstərmiş, 16 medal qazanmışdır. Onlardan dördü qızıl medaldır.
Bu dəfə İslam Həmrəyliyi Oyunlarında da biz öz gücümüzü bir daha nümayiş etdirdik. Bir daha göstərdik ki, Azərbaycan idman dövlətidir, idmanın böyük uğurları vardır və əminəm ki, böyük gələcəyi olacaqdır.
Bir məsələni də qeyd etmək istəyirəm ki, bu oyunlarda Azərbaycan həm Olimpiya, həm qeyri-Olimpiya növləri ilə təmsil edilmişdir. Hesab edirəm ki, bu da İslam Həmrəyliyi Oyunlarını fərqləndirən müsbət cəhətdir. Bildiyiniz kimi, Azərbaycanda Olimpiya və qeyri-Olimpiya növləri arasında heç vaxt ayrı-seçkilik, yaxud da ki, fərq qoyulmamışdır. İdmanın bütün növləri bizim üçün eyni dərəcədə vacibdir və çalışırıq ki, Azərbaycanda qeyri-Olimpiya növlərində təmsil olunan idmançılar dövlət tərəfindən qayğı ilə əhatə olunsun. Bildiyiniz kimi, ilk dəfə keçiriləcək Avropa Oyunlarında da bizim təşəbbüsümüzlə qeyri-Olimpiya növləri olacaq.
Hesab edirəm ki, beynəlxalq İslam aləmində də bu bölgü aparılmamalıdır. Çünki idmançılar bərabər hüquqlara malikdirlər. Hər halda Azərbaycanda biz bütün idmançılara eyni şəraiti yaratmağa çalışırıq və bundan sonra da çalışacağıq.
Bu qələbənin təməlində düşünülmüş dövlət siyasəti və eyni zamanda, təlim-məşq prosesinin düzgün şəkildə təşkil edilməsi dayanır. İdmançıların fəaliyyəti üçün yaradılmış şərait gündən-günə yaxşılaşır. Azərbaycanda hazırda 40 regional Olimpiya Mərkəzi fəaliyyət göstərir. Bu da bölgələrdə istedadlı gənclərin seçilməsində müsbət rolunu oynayır. Beləliklə, biz idmanın kütləviliyini təmin edirik. Bu, birinci prioritet məsələdir. Çünki gənclərimiz, uşaqlarımız sağlam olmalıdırlar. Sağlam olmaq üçün əlbəttə ki, hər bir insan idmanla məşğul olmalıdır.
Əlbəttə ki, hər bir ölkənin şöhrətini ucaldan onun idman nailiyyətləridir. Bu məsələyə də böyük diqqət göstərilir. İdmançılar bizi daim sevindirirlər və beynəlxalq yarışlarda, Avropa, dünya çempionatlarında da yaxşı nəticələr göstərirlər.
Azərbaycanda mötəbər yarışların keçirilməsi artıq gözəl ənənəyə çevrilmişdir. Azərbaycanda mütəmadi qaydada dünya və Avropa çempionatları keçirilir. Şübhəsiz ki, 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları bizim üçün çox böyük etimaddır və böyük məsuliyyətdir. Azərbaycan müsəlman ölkəsidir, eyni zamanda, Avropanın idman aləmində təmsil olunur. İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi, hesab edirəm ki, ölkəmizin böyük uğurudur, Avropa idman ailəsinin bizə olan böyük etimadının nəticəsidir.
Biz hazırlıq işlərini ən yüksək səviyyədə aparırıq. Əvvəlki çıxışlarımda qeyd etdiyim kimi, biz bu oyunları Olimpiya Oyunları səviyyəsində keçirəcəyik və birinci Avropa Oyunları tarixdə çox uğurlu oyunlar kimi qalacaqdır.
Bildiyiniz kimi, Olimpiya hərəkatı Avropada yaranmışdır.
Ondan sonra Avropada da bərpa edilmişdir, ancaq Avropa Oyunları heç vaxt keçirilməmişdir. İlk təcrübəni artıq biz həyata keçirəcəyik və beləliklə, bu da tarixə verəcəyimiz bir töhfə olacaqdır.
2017-ci ildə növbəti İslam Həmrəyliyi Oyunları da Azərbaycanda keçiriləcəkdir. Baxın, bu da çox rəmzi məna daşıyır, çünki cəmi iki ildən sonra – 2015-ci ildə Avropa, 2017-ci ildə İslam Həmrəyliyi oyunları keçiriləcəkdir. Bu da ölkəmizin nəinki coğrafi yerləşməsini, daha çox siyasi və mədəni mahiyyətini göstərir.
Azərbaycan müsəlman ölkəsidir, İslam aləminin ayrılmaz bir parçasıdır. Eyni zamanda, Avropa qurumlarına üzv olmuş ölkədir və beləliklə, bu iki qitə Azərbaycanda birləşir. Azərbaycan coğrafi cəhətdən də Asiya ilə Avropa arasında yerləşir, mədəni cəhətdən də belədir. Siyasi cəhətdən də biz həm müsəlman, həm Avropa qurumlarının üzvüyük. Azərbaycan nadir ölkələrdəndir ki, bu iki aləmdə təmsil olunur və ləyaqətlə təmsil olunur. Bizim dövlətimiz də məhz bu əsaslar üzərində qurulubdur. Müstəqil Azərbaycan dövləti çox güclü milli mənəvi dəyərlər, milli ənənələr üzərində qurulubdur. Eyni zamanda, müasir dövlətdir, bütün ölkələrlə əməkdaşlıq üçün açıqdır, dünyəvi və inkişafda olan dövlətdir.
Ona görə hesab edirəm ki, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının Bakıda cəmi iki il ərzində keçirilməsi böyük siyasi məna daşıyır.
Bu gün ölkəmiz dünya miqyasında böyük hörmətə malikdir. Bizimlə hesablaşırlar, bizim rəyimiz, fikrimiz böyük əhəmiyyət daşıyır. Azərbaycan bu gün nəinki regional məsələlərdə, həm də dünya məsələlərində öz sözünü ən yüksək kürsüdən deyir və deyəcəkdir.
Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür. 155 ölkə bizim namizədliyimizi dəstəkləmiş və bizə etimad göstərmişdir. Bu ay Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Bu, böyük etimaddır, böyük uğurumuzdur, böyük nailiyyətimizdir. Əlbəttə ki, idmançıların uğurları Azərbaycan haqqında dünyada daha da dolğun məlumatın əldə edilməsi üçün çox gözəl bir vasitədir. Çünki ölkələrin gücü, o cümlədən idmanın inkişafından keçir. Azərbaycanda idman sürətlə inkişaf edir, idmançılar bizi sevindirir və beləliklə, ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər.
Əlbəttə ki, dövlət bundan sonra da idmançıların maddi və məişət problemlərinin həlli üçün öz dəstəyini əsirgəməyəcəkdir. Mən hər ilin sonunda, ən azı hər il idmançılarla görüşürəm. Amma əslində belə görüşlər ildə bir neçə dəfə keçirilir. Çünki qələbələr çoxdur və mən çalışıram ki, böyük qələbələrlə Vətənə qayıtmış idmançılarla görüşüm. Ancaq ənənəvi olaraq, artıq 1997-ci ildən bu yana ilin sonunda biz idmançılarla görüşürük, onları mükafatlandırırıq, onlara mənzillər verilir. Böyük mötəbər yarışlardan uğurla qayıdan idmançılara pul mükafatları verilir və bu dəfə də veriləcəkdir.
Ancaq onu da qeyd etmək istəyirəm və əminəm ki, sizi və bütün idmançılarımızı qələbələrə aparan əsas amil mükafat, maddi məsələ deyil, Vətən sevgisidir, vətənpərvərlikdir, Vətənə olan bağlılıqdır.
Bu dəfə bizim dövlət himnimiz İndoneziyada altı dəfə səslənmişdir, 24 dəfə milli bayrağımız qaldırılmışdır. Əminəm ki, bütün Azərbaycan xalqı sizin kimi bu qələbələrə sevinirdi. Çünki bu qələbə sizin qələbənizdir, dövlətimizin, xalqımızın qələbəsidir.
Sizi bir daha salamlayıram və bir daha təbrik edirəm, yeni uğurlar arzulayıram.

X X X

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar BƏŞİROV dedi:
- Cənab Prezident, hörmətli qonaqlar, hörmətli idmançılar.
Artıq İslam Oyunları tarixə çevrilmişdir. Mən istərdim, bir-iki kəlmə bu oyunlardan danışım.
Birincisi, mən karateni təmsil edirəm. Təbii ki, əsas sözü karatedən demək istərdim. Ancaq, ümumiyyətlə, Azərbaycan komandası bu oyunlarda çox uğurla çıxış etdi, 24 medal qazandı. Bildiyiniz kimi bu medalların altısı qızıldır. Ümumi hesabda 46 dövlət arasında biz yeddinci yerə çıxdıq.
Ümumiyyətlə, çox sevindirici haldır ki, 6 qızıldan üçünü qazanan, yəni himnimizi üç dəfə səsləndirən karateçilərimiz oldu. Bu qələbə bütün Azərbaycan xalqının qələbəsidir. Təbii ki, bizə göstərilən bu qayğının nəticəsidir ki, belə yüksək qələbəyə nail olduq.
Əgər tarixə nəzər salsaq, 1997-ci ildə Siz Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra Azərbaycan idmanı sürətlə inkişaf etmişdir. O vaxt Sizinlə ilk görüşümüz oldu. Siz tövsiyə etdiniz ki, bizim Milli Karate Federasiyası Azərbaycanı Ümumdünya Karate Federasiyasında təmsil etməlidir. İndi bizim Federasiya dünya miqyasında ən qabaqcıl federasiyalardan biridir. Bu gün biz Azərbaycanı layiqincə təmsil edirik. Bundan əvvəlki qələbələrimiz də bu gün qeyd etdiyimiz qələbə də ildən-ilə artan qayğı ilə əlaqədardır. Sizin qayğınızı biz həmişə hiss etmişik. Siz 1999-cu ildə də bizi qəbul etdiniz. Bu çox səmimi bir görüş idi. Təbii ki, hər bir belə görüş bizi ruhlandırır. Bugünkü görüş də bizi yeni qələbələrə ruhlandırır və ona gətirib çıxarır ki, Azərbaycanda doğrudan da idmanın bütün növlərində güclü inkişaf gedir. Artıq bütün dünyada bilirlər ki, Azərbaycan idman dövlətidir.
Təbii ki, cənab Prezident, bu, bir günün işi deyildir. Ulu öndər Heydər Əliyevin başladığı bu işin davamçısı kimi Siz yüksək səviyyədə Azərbaycanı təmsil edirsiniz. Təbii ki, bizim bütün qələbələrimiz Sizin adınızla, göstərdiyiniz qayğı ilə bağlıdır. Təbii ki, bu, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin uğurudur. Yəni, əlbir işin nəticəsidir ki, biz belə gözəl qələbələr qazanırıq.
X X X
- İslam Həmrəyliyi Oyunlarında idmanın karate növündə qızıl medalın sahibi Ayxan MAMAYEV oyunların idmançılarımız üçün uğurlu olduğunu vurğulayaraq dedi:
- Hörmətli cənab Prezident, hörmətli idman nümayəndələri.
Mən müsəlman ölkələrinin mötəbər idman yarışında - İslam Həmrəyliyi Oyunlarında idmanın karate növü üzrə qızıl medala sahib olmuşam.
Bu gün Sizin qarşınızda çıxış etmək mənim üçün böyük məsuliyyət və şərəfdir. Sevincimin həddi-hüdudu yoxdur.
Biz, idmançılar qazandığımız hər bir qələbəyə görə, cənab Prezident, Sizə minnətdarıq. Məhz Sizin bizə göstərdiyiniz inam, etimad və qayğı nəticəsində biz bunlara nail oluruq. Bu yarışda hər bir idmançı kimi, mənim də qələbə qazanmağımın səbəbkarı ilk növbədə Sizsiniz. Buna görə Sizə böyük minnətdarlığımızı bildiririk. Bu yarışda hər bir idmançımız böyük əzmkarlıq nümayiş etdirdi, 6 qızıl, 9 gümüş, 9 bürünc, ümumilikdə 24 medal qazandıq.
Mən öz adımdan və milli komandamızın adından Sizə böyük minnətdarlığımı bildirirəm.

X X X

İslam Həmrəyliyi Oyunlarında taekvondoçularımızın da uğurla çıxış etdiklərini bildirən taekvondo üzrə milli komandanın baş məşqçisi Gündüz ABDULLAYEV dedi:
- Möhtərəm cənab Prezident.
Siz nüfuzlu beynəlxalq yarışlardan dərhal sonra bizi qəbul edirsiniz, bizə diqqətinizi göstərirsiniz. Buna görə də ilk növbədə biz idmançılar, məşqçilər Sizə təşəkkürümüzü bildiririk.
Biz dünən III İslam Həmrəyliyi Oyunlarından qayıtmışıq və bu gün artıq Sizin qəbulunuzdayıq. Biz idmançılar, məşqçilər bunun üçün böyük qürur hissi yaşayırıq.
İslam Oyunlarında taekvondo üzrə Azərbaycanı təmsil etmək biz taekvondoçuların üzərinə düşmüşdü. Çox sevindirici haldır ki, Azərbaycanın medal xəzinəsinə dörd medal məhz taekvondodan gəldi. Bu da bizim məşqçilərimiz, idmançılarımız üçün çox böyük bir şərəfdir, çox böyük bir nəticədir.
Ölkəmizdə idmanın taekvondo növünə böyük maraq vardır. Hazırda Azərbaycanın bütün regionlarında taekvondonun kütləviliyinə nail olunmuşdur. Bu da ilk növbədə, Azərbaycanda məhz idmanın taekvondo növündə infrastrukturun inkişafından xəbər verir. Biz məşqçilər üçün bu oyunlarda qazandığımız nailiyyətlərdən böyük nailiyyət ola bilməz. Siz bu nailiyyətlərimizi bizi bu cür qəbul etməklə qiymətləndirirsiniz. Ümid edirəm ki, taekvondoçularımız gələcəkdə - 2015-ci ildə Avropa Oyunlarında da çox yüksək səviyyədə çıxış edəcəklər.
X X X
Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz HÜSEYNZADƏ çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
İslam Oyunlarında daha bir əlamətdar hadisə baş verdi. Mən onu Sizə məruzə etmək istəyirəm . Sentyabrın 25-də “Bakı-2017”nin təqdimat günü keçirildi. Bizim idmançıların hamısı orada iştirak edirdilər. 250 qonağın toplandığı bu tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının rəhbərliyi, yerli hökumət nümayəndələri, bu oyunlarda iştirak edən bütün Olimpiya komitələrinin rəhbərləri və bu oyunlara qonaq gəlmiş səfirlər iştirak edirdilər. Sizi əmin etmək istəyirəm ki, yüksək səviyyədə keçirilən bu tədbirdə Sizin müraciətiniz hamıda çox böyük ruh yüksəkliyi yaratdı. Mən deyərdim ki, bütün qonaqlar bu tədbirə və məhz Sizin müraciətinizə çox böyük diqqətlə yanaşdılar. Bu uğur Azərbaycanın növbəti uğurlarından biri oldu. Bu görüş, Sizin müraciətiniz bizim bütün idmançıları çox böyük qələbələrə ruhlandırdı. Ondan sonra bir sıra qızıl medallarımız və başqa medallarımız da artdı. Sizə bir daha təşəkkür edirəm.

X X X

Görüşə yekun vuran Prezident İlham ƏLİYEV dedi:
- Çox sağ olun. Bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Bugünkü görüşdə orta nəslin və gənc nəslin nümayəndələri toplaşmışdır. Bu da hesab edirəm ki, çox rəmzi məna daşıyır. Çünki ardıcıllıq davam etdirilir.
Bu gün ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılar orta nəsildən öyrənib öz peşəkarlığını idman meydançalarında nümayiş etdirirlər. Eyni zamanda, sizin uğurlarınıza sevinən gənc nəsil, uşaqlar, yeniyetmələr də televizordan, mətbuatdan sizin çıxışlarınızı izləyirlər. Sizin qələbələriniz onlar üçün də həm böyük bir sevincdir, eyni zamanda, onları da sizin kimi idmanla məşğul olmaq üçün idman meydançalarına, idman bölmələrinə aparan bir amildir. Bu ardıcıllıq Azərbaycanda vardır. Uşaq idmanı, yeniyetmə idmanı olmadan ölkənin idmanı inkişaf edə bilməz.
Mən çox şadam ki, Azərbaycanda uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər, idmanla məşğul olurlar. Bax, dediyim kimi, 40 regional Olimpiya Mərkəzində məşğul olanların arasında kifayət qədər çox uşaq vardır. Beləliklə, biz idmanın kütləviliyini, eyni zamanda, gənc nəslin sağlamlığını təmin edirik və gələcək uğurlarımızı şərtləndiririk. Bu ardıcıllıq davam etməlidir və artıq əminəm ki, davam edəcəkdir.
Bir məsələ də diqqəti çəkir ki, bu gün bizim bütün idmançılarımız müstəqillik dövründə boya-başa çatmış və idmançı olmuşlar. Azərbaycan tarixində Azərbaycan idmanı heç vaxt indiki qədər güclü olmamışdır. Əvvəlki dövrlərdə, - indi orta nəslin nümayəndələri - məşqçilər, idman mütəxəssisləri bunu yaxşı xatırlayır, - Sovet İttifaqı dövründə Azərbaycanda əlbəttə ki, idman inkişaf edirdi, ancaq bizim uğurlarımız o qədər də böyük deyildi. Sovet yığma komandasına düşmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün, müstəqillik dövründə biz dünya miqyasında Yay Olimpiya Oyunlarında 30-cu yerdəyik. Dünyada 200-dən yuxarı ölkə vardır. Keçən Olimpiya Oyunlarında təqribən 200-ə yaxın ölkə təmsil olunmuşdu. Bu ölkələr arasında 30-cu yerə nail olmaq tarixi qələbədir.
Bu, bir daha müstəqilliyin üstünlüklərini göstərir. Gənc nəsil, bizim idmançıların bir çoxu müstəqillik dövründə dünyaya gəlmişdir, bəzilərinin isə müstəqillik bərpa olunanda 3-4 yaşı var idi, o illəri xatırlamırlar. Onlar müstəqillik dövründə formalaşıblar. Müqayisə aparmaq üçün bunlarda bizim qədər təbii ki, imkan yoxdur. Amma biz - orta nəslin nümayəndələri yaxşı bilirik və görürük ki, müstəqilliyin nə qədər böyük üstünlükləri vardır. Azərbaycan xalqı azad xalqdır, dövlətimiz müstəqil dövlətdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik arzuları ilə yaşamışdır və bizim nəsil xoşbəxtdir ki, payımıza müstəqillik dövründə yaşamaq düşübdür.
Müstəqilliyi möhkəmləndirmək, ölkəmizi gücləndirmək üçün hər bir vətəndaş çalışmalıdır. Hər bir insan öz sahəsində müstəqilliyə töhfəsini verməlidir. Siyasətçilər, iş adamları, bütün vətəndaşlar, idmançılar – biz hamımız bir məqsədə qulluq edirik ki, ölkəmiz daha da güclənsin, daha da inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar. Əlbəttə ki, Azərbaycanı dünyada daha da yaxından tanısınlar.
Ölkəni tanıtdırmaq üçün məncə, idman kimi ikinci universal vasitə yoxdur. İdman və mədəniyyət. Ancaq idmanda uğurlar daha da özünü dolğun şəkildə büruzə verir. Çünki burada birinci, ikinci yerlər, medallar vardır. Hesab edirəm ki, idman uğurları, o cümlədən ölkəmizi dünyaya müasir, dinamik inkişaf edən ölkə kimi təqdim edir. Əlbəttə ki, burada əsas rolu oynayan bizim idmançılarımızdır. Dövlət siyasəti, idmana rəhbərlik edən qurumlar, məşqçilər, əlbəttə ki, onların fəaliyyəti çox vacibdir. Ancaq son sözü tatamidə, rinqdə, başqa meydançalarda idmançı deyir və bütün xalqı sevindirir.
Bu gün biz haqlı olaraq fəxr edə bilərik ki, gözəl idmançılarımız, güclü idmanımız vardır. İdmançılar, eyni zamanda, həyatda öz davranışı, öz hərəkətləri, Vətənə olan bağlılığı ilə gənc nəslə, uşaqlara örnəkdir, nümunədir. Mən çox şadam ki, idmançılarımızın mütləq əksəriyyəti həyatda, məişətdə, cəmiyyətdə gündəlik fəaliyyətdə vətənpərvər, təvazökar, mədəni insanlar kimi öz işini davam etdirirlər. Hesab edirəm ki, bu, bizi bəzi başqa ölkələrdən fərqləndirən cəhətlərdən biridir. İdmançı Azərbaycanda çox şərəfli addır. Cəmiyyətdə idmançılara çox böyük rəğbət, hörmət vardır, o cümlədən ona görə ki, idmançılar cəmiyyətdə də özlərini çox ləyaqətlə aparırlar.
Mən əminəm ki, bu gün sizdən nümunə götürən uşaqlar, yeniyetmələr gələcəyin çempionları olacaqlar və Azərbaycanı uğurla təmsil edən gənc nəsil də 5-10 ildən sonra sizin qədər dəyərli idmançılara çevriləcəklər.
Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc
Xəbər 4119 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.10.2023 Qadın həndbolçularımız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayırlar
23.11.2022 Prezident İlham Əliyev Formula 1 Qrupunun İdarə Heyətinin sədrini və qrupun məsləhətçisini qəbul edib
10.11.2022 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
22.08.2022 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
19.07.2022 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
14.06.2022 Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib
25.12.2019 Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.12.2019 Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib
20.07.2019 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
29.05.2019 Prezident İlham Əliyev UEFA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru