Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
21/11 | 17:44 Sərbəst güləş yığmamızın Dağıstanda təlim-məşq toplanışı davam edir
21/11 | 16:51 Yeniyetmə qılıncoynadanımız İranda qızıl medal qazandı
21/11 | 16:14 Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
21/11 | 15:06 “Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib
21/11 | 14:53 Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev “Dinamo Kazan”-“Potsdam” oyununa təyinat alıb
21/11 | 14:34 Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
21/11 | 13:57 Qadın voleybolçularımız Qızıl, kişilərdən ibarə komandamız isə Gümüş Avropa Liqasında mübarizə aparacaq
21/11 | 12:59 Bu gün Paraqvayda çimərlik futbolu üzrə XX dünya çempionatı start götürəcək
21/11 | 11:11 Qadın güləşi üzrə açıq Rusiya Kubokuna start veriləcək
21/11 | 10:17 Karateçilərin Azərbaycan çempionatı keçiriləcək
21/11 | 10:04 Cüdo üzrə açıq paytaxt çempionatı təşkil olunacaq
21/11 | 09:55 Uşu üzrə İpək Yolu açıq Avrasiya turnirində Azərbaycanı 15 idmançı təmsil edəcək
20/11 | 21:33 “Avro 2020” Könüllülər Proqramının universitet təqdimatları yekunlaşıb
20/11 | 20:22 UEFA “Avro-2020”nin püşkatma səbətlərinin tərkibini təsdiq edib
20/11 | 19:16 Badminton üzrə respublika çempionatının açılış mərasimi keçirilib
20/11 | 18:55 AGF 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün könüllülərin qeydiyyatını elan edir
20/11 | 18:02 Budo üzrə paytaxt turnirində 500 idmançı birincilik uğrunda mübarizə aparıb
20/11 | 17:51 Məhəmmədrəsul Məcidov peşəkar boksda ikinci döyüşünü keçirəcək
20/11 | 17:34 Azərbaycanın voleybol hakimi “Alba”-“Konegliano” oyununa təyinat alıb
20/11 | 16:51 Futbol üzrə Azərbaycan I Divizionda XI turun oyunları üçün bütün təyinatlar məlum oldu
20/11 | 15:52 Boks üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib
20/11 | 15:13 Azərbaycan Premyer Liqasında XII turun oyunları üçün bütün təyinatlar müəyyənləşdi
20/11 | 14:41 Azərbaycanın U-16 komandasının təlim-məşq toplanışına 28 futbolçu dəvət olunub
20/11 | 14:14 FIFA referimiz İnqilab Məmmədov dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb
20/11 | 13:17 10 yaşlı gimnastımız Mina Abbasova beynəlxalq turnirin ikincisi olub
20/11 | 12:29 Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında voleybol birinciliyinə start verilib
20/11 | 11:32 Joze Mourinyo “Tottenhem” klubunun baş məşqçisi təyin edilib
20/11 | 11:15 Futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatında ikinci tur başa çatıb
20/11 | 10:40 Naxçıvan futzal liqasında 6-cı turun oyunları yekunlaşıb
20/11 | 10:05 Badminton üzrə Respublika Çempionatında 96 idmançı mübarizə aparacaq
20/11 | 09:40 “Avro - 2020” seçmə mərhələsinə yekun vurulub
20/11 | 07:06 Azərbaycan millisi “Avro -2020”nin seçmə mərhələsində sonuncu oyununu başa vurub
19/11 | 23:25 Astarada budo döyüş növləri üzrə keçirilən açıq rayon birinciliyi başa çatıb
19/11 | 21:17 Futbol üzrə Azərbaycan-Ukrayna yoldaşlıq oyunu heç-heçə yekunlaşıb
19/11 | 20:30 San-Paulu meri: “İnterlaqos” hələ 10 il F1-ə ev sahibliyi edəcək
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
Sergey Bezuqlı: “Gələn dəfə mütləq bəxtim gətirməlidir” - MÜSAHİBƏ
Tarix: 02.10.2013 | Saat: 22:06:00 | E-mail | Çapa göndər
2012-ci il London Yay Olimpiya Oyunlarında kanoeçilərimiz arasında Sergey Bezuqlı – Maksim Prokopenko dueti medal qazanmağa çox yaxın idi. 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə bu duet son 250 metrlik bölümə daxil olarkən, bütün rəqiblərindən öndə idi. Amma yekunda onlar nəinki liderliyi, hətta bürünc medal şanslarını da əldən verdilər və 4-cü yerlə kifayətləndilər. Olimpiadanın ardından bir müddət istirahət edən Bezuqlıy bu mövsüm bir neçə yarışda iştirak edib.

Onun duet ortağı da dəyişib. İndi təcrübəli kanoeçimiz özündən 11 yaş kiçik Aleksey Kupinlə birgə hazırlıq keçir. Onlar hətta Almaniyanın Duysburq şəhərində keçirilmiş dünya çempionatında 500 metr məsafəyə yürüşdə əsas finaladək irəliləməyi bacarıblar. Çempionatı 5-ci yerdə başa vurmuş Bezuqlıy Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına (www.amaf.az) müsahibəsində çıxışından razılıq ifadə edib:

- Mövsümü necə dəyərləndirə bilərdiniz?
- Hər şey normaldır. Bu mövsüm üçün böyük planlarım yox idi.

- Çıxışlarınızdan razısınız?
- Bəli. Özüm də gözləmirdim ki, belə çıxış edə bilərəm. Çünki hazırlıq prosesindən 7 ayadək kənarda qalmış və duet ortağımı dəyişmişdim. Uzun müddətdir birgə çıxış etdiyim Maksim Prokopenkonu Aleksey Kupin əvəzləmişdi.

- Bəs bu dəyişiklik çıxışlarınıza necə təsir etdi?
- Elə də təsir etmədi. Sadəcə, Kupinlə birgə hazırlığımız az oldu. Yeni duet ortağım cəmi 18 yaşında olsa da, bu il yeniyetmələr arasında Avropa çempionatını 2 bürünc medalla başa vurub. Deyə bilərəm ki, çox yaxşı və perspektivli oğlandır.

- Onunla böyük hədəflərə çatmağı mümkün sayırsınız?
- Bəli, ona çox ümid edirəm. Kupin artıq 3 ildir ki, millimizin baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında çalışır.

- Kupini Maksim Prokopenko ilə müqayisə etmək mümkündür?
- Bəli. Amma hələ böyük yarış təcrübəsi yığmalıdır.

- 29 yaşda özünüzü necə hiss edirsiniz: London Yay Olimpiya Oyunlarından ötən bir il ərzində təcrübə yığmısınız, yoxsa yaş öz sözünü deyib?
- Özümü daha yaxşı hiss edirəm. Heç vaxt belə olmamışam (gülür)

- Rəqibləriniz arasında sizinlə rəqabətə hazır olan yeni duetlər ortaya çıxıb?
- Bu il macarıstanlı Henrik Vasbanyay – Robert Mike dueti peyda olub. Bu cütlük son dünya çempionatında 1000 metr məsafəyə yürüşdə qızıl, 500 metrlik yürüşdə bürünc medal qazandı. Qalan duetlər isə elə əvvəlki kimidirlər.

- London olimpiadasının finalını şərh edə bilərsiniz?
- Bu, mənim üçün çox çətindir. Son 250 metrlik bölümədək birinci olduğun halda, mövqeyini əldən vermək və yekunda heç mükafatçılar sırasına düşə bilməmək nadir hallarda baş verir. Lakin bu, idmandır. İdmanda bəxt amili də hərdən rol oynayır. Amma gələn dəfə mütləq bəxtim gətirməlidir.
Xəbər 1559 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
19.10.2019 Akademik avarçəkmə üzrə Rusiya yığması noyabr ayında Azərbaycanda məşq-toplantı keçirəcək
10.07.2019 Yelkənli İdman Federasiyasının reallaşdırdığı “Optimist” sinfi üzrə “Yay məktəbi 2019” layihəsi uğurla davam edir
08.07.2019 Avarçəkəmlərimizdən 7 qızıl, 2 gümüş və 3 bürünc
30.05.2018 Azərbaycan avarçəkənləri “Böyük Moskva reqatası” turnirində çıxış edəcəklər
25.11.2016 Bakıda İCF-nin yeni prezidenti seçildi
25.11.2016 Azad Rəhimov: "Kayak və kanoeçilərimizin olimpiadada medallar qazanmasını fəxrlə qeyd edərdim"
24.11.2016 Bakı Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinə uğurla ev sahibliyi edir
24.11.2016 Xose Perurena Lopez: "Azərbaycan kanoe sahəsində çox güclü ölkədir "
24.11.2016 Elçin Zeynalov: "Bu çox əhəmiyyətli tədbirdir"
24.11.2016 Bakıda Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresi işə başlayıb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru