Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
07/05 | 21:35 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07/05 | 21:23 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07/05 | 16:41 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
07/05 | 16:27 "Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub
07/05 | 15:27 Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
07/05 | 13:36 Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib
07/05 | 09:34 Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün yekun vurulacaq
06/05 | 20:29 Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
06/05 | 17:46 Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
06/05 | 17:24 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06/05 | 14:57 Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar
06/05 | 14:17 Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
06/05 | 13:19 Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
06/05 | 13:14 Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı bəlli olub
06/05 | 09:46 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
05/05 | 18:23 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05/05 | 18:22 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05/05 | 16:17 "Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb
05/05 | 15:51 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
05/05 | 09:15 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
04/05 | 17:13 Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
04/05 | 16:41 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
04/05 | 16:21 Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
04/05 | 16:09 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
04/05 | 14:47 Bakıdakı Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib
04/05 | 12:35 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
04/05 | 10:34 Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılışı olub
04/05 | 09:20 Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
03/05 | 21:58 Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirib
03/05 | 21:27 "Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03/05 | 21:10 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03/05 | 19:24 Milli Gimnastika Arenasında Avropa Kubokunun açılış mərasimi keçirilib
03/05 | 17:29 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
03/05 | 16:57 Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03/05 | 16:46 Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Rəhman Hətəmov: 5 çəkidən 4-nün finalında Azərbaycan karateçiləri döyüşdülər - MÜSAHİBƏ
Tarix: 27.09.2013 | Saat: 11:19:00 | E-mail | Çapa göndər
Karate üzrə Azərbaycan milli komandası İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında çıxışlarını uğurla başa vuraraq bu gün Vətənə qayıtdı. 3 qızıl və 2 gümüş medal qazanan karateçilərimizin komanda yarışlarında möhtəşəm qələbəsi, zala toplaşan bütün azarkeşlərin rəğbətinə səbəb oldu. İdman.com.az saytı xəbər verir ki, milli komandanın baş məşqçisi, federasiyanın vitse-prezidenti Rəhman Hətəmovun əməyi də xüsusi qeyd edilməlidir. Hər bir idmançısı ilə birgə gərgin anlar yaşayan, döyüşdən öncə taktikanı müəyyənləşdirən məşqçi ilə karate yarışları başa çatdıqdan sonra söhbətləşdik.

- Rəhman müəllim, komandanın nəticəsini gözləyirdinizmi?
- Rəqiblərimizin bir çoxu adlı-sanlı karateçilərdən ibarət olan, karatedə dominantlıq edən ölkələr sayılır. Lakin mən bütün uşaqlardan medal gözləyirdim. Rəfayel Ağayevin qələbəsinə şübhəm yox idi və o yenə ən güclü olduğunu sübut etdi. Ayxan Mamayevlə Şahin Atamov isə öz əzmkarlıqları ilə məni xüsusilə sevindirdilər. Niyazi isə uzun müddətdir zədədən sonra ilk dəfə idi belə böyük yarışa çıxırdı. Buna baxmayaraq, bütün kollektiv etimadı doğrultdu və sevindirici haldır ki, 5 çəki dərəcəsindən 4-nün finalında Azərbaycan karateçiləri döyüşdülər. Bu böyük uğurdur.

- Komanda yarışının final döyüşü daha maraqlı oldu.
- Bəli. Karateçilərimiz fərdi olaraq həmişə uğur qazansalar da, ilk dəfə idi ki, belə böyük turnirin komanda döyüşlərində yarışında birinci olduq. İslam ölkələrinin baş yarışında qalib olmaq qürurvericidir. Xüsusən də finalda İran kimi güclü komandaya qalib gəlmək. Onların heyəti bizdən həm atletik, həm də çəkilərinə görə bizim uşaqlardan böyük idi. Buna baxmayaraq, uşaqların əzmkarlığı qarşısında İran karateçiləri də dayana bilmədilər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Gənclər və idman nazirinin müavni İsmayıl İsmayılovun döyüşlərimizi yarışları tribunadan izləməsi də uşaqlarda böyük ruh yüksəkliyi yaratdı.

- Əgər zədə problemi olmazsa, hazırkı heyət birlikdə neçə il döyüşə bilər?

- Hazırda komandanmızın ən gənc üzvünün 21, yaşlısı olan Rəfayelin isə 28 yaşı var. Karatedə maksimum 35 yaşadək döyüşmək olar. Deməli əgər zədə problemi olmaza bu komanda azı 5 il Azərbaycanın şərəfini layiqincə qoruya biləcək. Təki zədə olmasın. Məsələn, mən özüm 18 yaşımda, Azərbaycanın ilk dünya çempionu olsam da, zədə üzündən karyeramı çox tez bitirməli olmuşam.

- Bu gün Azərbaycan karate yığması dünyanın ən güclülərindən sayılır. Bəs yığma üzvlərini sabah əvəz edəcək ehtiyat qüvvə varmı?

- Bu gün bizim perspektivli ehtiyat qüvvəmiz, gənclərimiz var. Onlar da indiki nəsli tədricən layiqincə əvəz edəcəklər. Komandamızda nəsil dəyişikliyi tədricən gedir. Heyət birdən-birə yenilənmir. Ona görə də heyət hec zaman zəifləmir.
Bizim güclü karate məktəbimiz olub. Bu məktəbin başında isə Ülvi Quliyev, Füzuli Musayev, Yaşar Bəşirov, Əhməd Hətəmov kimi güclü karateçilərimiz dayanıblar. Bu gün gənclərimiz onları layiqincə əvəz edə bilirlər.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1494 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
29.04.2024 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
08.04.2024 Azərbaycan karateçiləri Rusiyada beynəlxalq turnirdə 4 medal qazanıblar
17.03.2024 Azərbaycan karateçisi Türkiyədə Premyer Liqada medal qazanıb
12.02.2024 Azərbaycan karateçiləri Tbilisidə keçirilən Avropa çempionatında 8 medal qazanıblar
30.01.2024 Azərbaycan döyüşçüləri Macarıstanda beş medal qazanıblar
11.12.2023 Azərbaycan karateçiləri İtaliyada iki medal qazanıblar
04.12.2023 Karate üzrə Azərbaycan çempionatına yekun vurulub
27.11.2023 Azərbaycan karateçisi dünya çempionatında tarixi uğura imza atıb
26.11.2023 Azərbaycanlı karateçi Almatıda dünya çempionu olub
22.11.2023 Azərbaycan karateçiləri dünya çempionatında iştirak edəcəklər


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru