Sentybrın 12-də Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Karate-do (WKF) üzrə uşaq, yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilib.
Ağcabədi rayon mərkəzi stadionunda, 34 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, karate-do idman növünün rayonda inkişaf etdirilməsi və kumite üzrə rayon yığma komandasının müəyyənləşdirilməsi olub.
Sonda Fazil Məmmədov, Toğrul Qənbərov, Nicat Quluzadə, Vüsal Vəfərov, Adəm Məmmədov yüksək yerlərə layiq görülüblər.
|