Bu gün Topaz Premyer Liqada 7-ci tura yekun vurulub.
Son oyun günündə bir qarşılaşma baş tutub.
"AZAL Arena"da yerli AZAL klubu "Xəzər Lənkəran"la üz-üzə gələib. Vaqif Sadıqovun komandası bu görüşdə qələbə qazanmaqla turnir cədvəlində liderliyə yüksələ bilərdi.
Lakin "Xəzər Lənkəran" rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
22 sentyabr (bazar)
Topaz Premyer Liqa, VII tur
19:00. AZAL – “Xəzər Lənkəran” - 1:3
Qollar: Sakkoni, 1 (0:1), C.Tağıyev, 11 (1:1),Nildo, 68 (1:2), 76 (1:3)
“AZAL Arena” stadionu.
21 sentyabr (şənbə)
Qarabağ” – “Simurq” - 0:0
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Coşqun Həsənov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Feyzulla Feyzullayev
"Dalğa Arena" stadionu.
“Neftçi” – “Sumqayıt” - 0:0
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Namiq Bəkirov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Vüsal Əliyev
8-ci km qəsəbə stadionu.
“İnter” – “Bakı” - 2:2
Qollar: Əfran İsmayılov, 7-pen (0:1), Aleksandr İaşvili, 29 (1:1), Əfran İsmayılov, 45+1 (1:2), Matiya Spiçiç, 86 (2:2)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, İnqilab Məmmədov
“Şəfa” stadionu.
21 sentyabr
“Qəbələ” – “Rəvan” - 3:0
Qollar: Daniel Subotiç, 8 (1:0), Vladimir Levin, 9 (2:0), Leonardo da Silva, 53-pen (3:0)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Tahir Əhmədov
Qəbələ şəhər stadionu.
|