Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Akademik avarçəkənimiz də London olimpiadasına lisenziya qazandı
Tarix: 04.09.2011 | Saat: 17:59:00 | E-mail | Çapa göndər
Belçikanın Bled şəhərində keçirilən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov tarixi nailiyyətə imza atıb.
Aleksandrov kişilərin mübarizəsində lazımi nəticəni göstərərək, ölkəmizə London olimpiadasına daha bir lisenziya qazandırıb. Avarçəkənimiz bu uğura 2000 metr məsafəyə 1 nəfərlik qayıqla yürüşdə sahib çıxıb.

Dünən keçirilən yürüşdə Aleksandrov 7 – 12-ci yerlərdən birini tutmağa imkan verən B finalında 3-cü yeri tutub. O, finişə 6 dəqiqə 58,14 saniyəyə çatıb. Avarçəkənimiz litvalı Mindauqas Qriskonis (6:56.55) və kubalı Angel Furnier Rodrigesdən (6:57.83) geri qalsa da, çinli Lianq Çanq (6:59.47), ABŞ təmsilçisi Kennet Jurkovski (7:01.62) və bolqarıstanlı Georgi Bojilovu (7:09.03) üstələməyi bacarıb. Beləliklə, Aleksandrov ümumi sıralamada 9-cu yeri tutub. Bu isə idmançımızın London olimpiadasına vəsiqə qazanmasına kifayət edib. Çünki qaydalara əsasən, olimpiya lisenziyası üçün dünya çempionatında kişilərin yarışında ilk “11-liy”ə düşmək kifayət edirdi.

Beləliklə, ölkəmiz 2012-ci il London Yay Olimpiya Oyunlarında daha bir yeni idman növündə təmsilçilik hüququ qazanıb. Dünya miqyasında akademik avarçəkmə yarışlarını ayrıca federasiya təşkil edir. Bu, FİSA - Beynəlxalq Akademik Avarçəkmə Federasiyasıdır. Kayak və kanoe üzrə yarışlar isə İCF - Beynəlxalq Kanoe Federasiyasının bayrağı altında keçirilir. Ona görə də akademik avarçəkmə növündə qazanılan lisenziya müstəqil Azərbaycan idmanında tarixi uğur kimi dəyərləndirilməlidir. Baxmayaraq ki, ölkəmizdə həm akademik avarçəkmə, həm də kayak və kanoe növlərinə cavabdehliyi yalnız AMAF – Azərbaycan Milli Avarçəkmə Federasiyası daşıyır. Daha öncə 3 kanoeçimiz – Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti də London olimpiadasına vəsiqə qazanıb. Kanoe və akademik avarçəkmə növlərində 4 idmançımızın olimpiadaya vəsiqəyə sahib çıxması cəmi 5 ildir fəaliyyət göstərən AMAF-ın səmərəli işindən xəbər verir.

Lakin bu, hələ son deyil. Sabah qadın akademik avarçəkənimiz Nataliya Mustafayeva da London olimpiadasına lisenziya qazana bilər. Bunun üçün Mustafayeva B finalında ilk “3-lüy”ə, başqa sözlə, ümumi sıralamada ilk “9-luğ”a girməyi bacarmalıdır. Qadın idmançımız bu gün keçirilən yarımfinal yürüşündə ilk “3-lüy”ə düşə bilsəydi, lisenziyanı daha tez təmin edəcəkdi. Lakin o, çinli Xiuyun Çanq (7:32.44), belaruslu olimpiya və dünya çempionu Yekaterina Karsten (7:32.69), isveçli dünya çempionu Frida Svensson (7:33.41), 23 yaşadək akademik avarçəkənlər arasında ikiqat dünya çempionu, litvalı Donata Vistartayte (7:42.51) və ABŞ təmsilçisi Jenevra Stoundan (7:49.00) geri qalaraq, 6-cı yeri tutub. Mustafayeva finişə 7 dəqiqə 55,26 saniyəyə çatıb. Avarçəkənimiz ilk “3-lüy”ə düşə bilmədiyindən, əsas finaldan kənarda qalıb.

Dünya çempionatındakı daha bir təmsilçimiz, qeyri-olimpiya tipli 1 nəfərlik yüngül çəkili qayıqla mübarizə aparan Kamal Məmmədov isə 14-cü yeri tutub. Məmmədov bu gün keçirilən C finalında finişə 7 dəqiqə 39,81 saniyəyə çatarıb. O, yalnız portuqaliyalı Dioqo Pineyrodan (7:31.37) geri qalsa da, əlcəzairli Sid Budina (7:42.03), anqolalı Heraklito Gimarayeş (7:52.89), tailandlı Ruttanapol Teppibal (7:55.87) və və ermənistanlı Gevorq Adamyanı (9:09.50) qabaqlayıb.
Xəbər 1210 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.12.2023 Azərbaycan avarçəkəni nüfuzlu yarışın qalibi olub
06.11.2023 Azərbaycan avarçəkəni beynəlxalq turnirdə ikinci yeri tutub
27.10.2023 “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə yekun vurulub, qaliblər mükafatlandırılıb
26.10.2023 “Mingəçevir Reqatası-2023”: Azərbaycan avarçəkənləri daha 12 medal qazanıblar
09.10.2023 Azərbaycan avarçəkəni dünya çempionatında gümüş medal qazanıb
03.10.2023 Bakıda avarçəkmə təlimi keçiriləcək
02.09.2023 Avarçəkənimiz Fransada Avropa çempionu olub
11.08.2023 Avarçəkənlərimiz beynəlxalq turnirin ilk günündə iki qızıl medal qazanıb
07.08.2023 Azərbaycanlı avarçəkən Çində keçirilən XXXI Yay Universiadasında bürünc medal qazanıb
15.07.2023 Avarçəkmə üzrə Bakı çempionatının qalibləri müəyyənləşib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru