Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
21/11 | 21:08 Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21/11 | 21:00 Ağsuda şahmat üzrə birinciliyin final mərhələsi start götürüb
21/11 | 20:36 Hakimlər və məşqçilər üçün seminar keçirilib
21/11 | 19:32 İdman Jurnalistikası magistr proqramının tələbələri Böyük Britaniyada təlim-təcrübə səfərindədirlər
21/11 | 19:20 Valtteri Bottas Əbu-Dabi Qran-Prisində cərimələnə bilər
21/11 | 19:00 Bakıda təşkil olunacaq alpaqut üzrə ikinci dünya çempionatı ilə bağlı beynəlxalq konfrans keçirilib
21/11 | 18:56 “Red Bull” Formula 1-də pit-stop sürətinə görə yeni rekord müəyyən edib
21/11 | 18:36 Futzal üzrə Azərbaycan millisinin rəqibi yoldaşlıq oyunları keçirəcək
21/11 | 17:44 Sərbəst güləş yığmamızın Dağıstanda təlim-məşq toplanışı davam edir
21/11 | 16:51 Yeniyetmə qılıncoynadanımız İranda qızıl medal qazandı
21/11 | 16:14 Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
21/11 | 15:06 “Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib
21/11 | 14:53 Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev “Dinamo Kazan”-“Potsdam” oyununa təyinat alıb
21/11 | 14:34 Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
21/11 | 13:57 Qadın voleybolçularımız Qızıl, kişilərdən ibarə komandamız isə Gümüş Avropa Liqasında mübarizə aparacaq
21/11 | 12:59 Bu gün Paraqvayda çimərlik futbolu üzrə XX dünya çempionatı start götürəcək
21/11 | 11:11 Qadın güləşi üzrə açıq Rusiya Kubokuna start veriləcək
21/11 | 10:17 Karateçilərin Azərbaycan çempionatı keçiriləcək
21/11 | 10:04 Cüdo üzrə açıq paytaxt çempionatı təşkil olunacaq
21/11 | 09:55 Uşu üzrə İpək Yolu açıq Avrasiya turnirində Azərbaycanı 15 idmançı təmsil edəcək
20/11 | 21:33 “Avro 2020” Könüllülər Proqramının universitet təqdimatları yekunlaşıb
20/11 | 20:22 UEFA “Avro-2020”nin püşkatma səbətlərinin tərkibini təsdiq edib
20/11 | 19:16 Badminton üzrə respublika çempionatının açılış mərasimi keçirilib
20/11 | 18:55 AGF 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün könüllülərin qeydiyyatını elan edir
20/11 | 18:02 Budo üzrə paytaxt turnirində 500 idmançı birincilik uğrunda mübarizə aparıb
20/11 | 17:51 Məhəmmədrəsul Məcidov peşəkar boksda ikinci döyüşünü keçirəcək
20/11 | 17:34 Azərbaycanın voleybol hakimi “Alba”-“Konegliano” oyununa təyinat alıb
20/11 | 16:51 Futbol üzrə Azərbaycan I Divizionda XI turun oyunları üçün bütün təyinatlar məlum oldu
20/11 | 15:52 Boks üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib
20/11 | 15:13 Azərbaycan Premyer Liqasında XII turun oyunları üçün bütün təyinatlar müəyyənləşdi
20/11 | 14:41 Azərbaycanın U-16 komandasının təlim-məşq toplanışına 28 futbolçu dəvət olunub
20/11 | 14:14 FIFA referimiz İnqilab Məmmədov dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb
20/11 | 13:17 10 yaşlı gimnastımız Mina Abbasova beynəlxalq turnirin ikincisi olub
20/11 | 12:29 Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında voleybol birinciliyinə start verilib
20/11 | 11:32 Joze Mourinyo “Tottenhem” klubunun baş məşqçisi təyin edilib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
BOK sessiyasında tarixi qərarlar
Tarix: 16.09.2013 | Saat: 21:07:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Biri yeni, ikisi köhnə-təzə

Argentina paytaxtı Buenos Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin 125-ci sessiyası və İcraiyyə Komitəsi tarixi və taleyüklü qərarları ilə tarixə düşdü. Bu vaxta qədər heç bir belə toplantı üst-üstə bu qədər ağır məsələləri həll edib, bu qədər gündəmə düşməmişdi. Qurum 2020-ci ilin olimpiya şəhərini seçməklə yanaşı, ən qədim idman növlərindən olan güləşin olimpiya proqrmaında saxlanması və ya yeni növlə əvəzlənməsini həll etməli və ən nəhayət, 9-cu prezidentini seçməli idi.

Tokio İstanbulun 5-ci ümidini də gözündə qoydu

İlk diqqət 2020-ci il olimpiadasının vətəninin seçilməsinə yönəlmişdi. Azərbaycanın da Bakının namizədliyi ilə qoşulduğu ilkin marafonun sonunda Yaponiya paytaxtı Tokio, İspaniyanın baş şəhəri Madrid və Türkiyənin iki qitəni birləşdirən İstanbulu bir-biri ilə yarışırdı. Hərəsinin öz üstünlyü və çatışmazlıqları var idi. Madriddə olimpiya obyektlərinin 80 faizi inşa olunsa da, iqtisadi böhranın dərinliyi ehtiyatlanmağa vadar edirdi; ən yaxşı infrastruktur təklif edən Tokionun əleyhinə şəhərin 250 km-liyində yerləşən «Fukusima-1» atom stansiyasında baş vermiş qəza və ekoloji vəziyyət çıxış edirdi; İstanbul isə, qonşu Suriya da daxil olmaqla, Yaxın Şərqdə baş verənlərin təhlükəsi ilə yanaşı, dopinq qalmaqalı və futbol klublarının oyun alqı-satqısında adının hallanmasının cəzasını çəkə bilərdi.
Nəticədə, elə ilk raundda Tokio üstünlüyü ələ aldı. Onun 42 səsinə qarşı İstanbulla Madridin hər biri 26 səs topladı. İki eynsəsli şəhər arasında təkrar səsvermə keçirildi və İstanbul 49 səslə 45 səsli Madiridin olimpiya arzusunu dalbadal üçüncü dəfə ürəyində qoydu. Nəhayət, səsvermənin ikinci mərhələsi qalibi aşkarladı. BOK üzvləri 5-ci dəfə və son 20 ildə 3-cü dəfə İstanbula inanmadığını nümayiş etdirdilər. Tokio 60 səs toplayıb, 3 dəniz şəhərini (36 səs) az qala iki dəfə qabaqladı.
Tokionun təqdim etdiyi layihəyə əsasən, olmpiya obyektləri bir-birindən ən uzağı 30 dəqiqəlik məsafədə yerləşəcəklər. 33 obyektdən 28-i 8 km-lik radiusda yerləşəcək. 50 km radiusda 140 min yerlik 242 restoran olacaq.
Beləcə, London, Paris, Afina və Los Ancelesdən sonra Tokio olimpiya oyunlarını ən azı iki dəfə qəbul etmiş 5-ci şəhər olacaq. Gündoğar ölkənin paytaxtı ilk dəfə 1964-cü ildə olimpiya oyunlarına ev sahibliyi etmişdi. Tokio 1959-cu il may ayının 26-da Detroyt (ABŞ), Vyana (Avstriya) və Brüsseli (Belçika) elə ilk raundda böyük üstünlüklə məğlub etmişdi.
Tokio-64-ün Azərbaycan üçün də əlamətdar hadisələri olub. Azərbaycan yığmasının üzvü Viktor Mineyevin müasir beşnövçülükdə qazandığı komanda qızılı, əfsanəvi İnna Rıskalın gümüşü, 163-cü il dünya çempionu, 57 kq-da güləşən Aydın İbrahimovun bürüncü ilə əlamətdar olmuşdu.
Budəfəki olimpiada isə müstəqil Azərbaycan idmançılarının növbəti sınaqları ilə, bam-başqa ümid, həyəcanla əlamətdar olacaq.

Yenə olimpiya döşəyi üzərində

2013-cü ilin fevralında BOK İcraiyyə Komitəsi güləşi olimpiya proqramından çıxaranda, çoxları bunu hay-küylə qarşılamışdı. Lakin illərlə yığılıb qalmış problemlər, üstəlik, son illərdə güləş üzərində aparılan təcrübələr bu idman növünün nüfuzuna təsir etmişdi. Lakin FİLA tədbirlər proqramı hazırlayaraq, yeniliklərə qurumun rəhbərini dəyişməklə başladı. Bəzi dəyişikliklər müsbət qarşılansa da, BOK açıq-aşkar hələ görüləsi işlərin çox olduğunu bildirirdi. Güləşin rəqibləri isə beysbolla softbol və skvoş idi. Əlbəttə, bu növlər məşhurluğuna və tarixinə görə müqayisə oluna bilməzlər. Yalnız beysbol okeanın o tayında əlahiddə məşhurluğuna güvənə bilərdi. Bununla belə, 2005-ci ildə olimpiya proqramından çıxarılmış beysbolla softbolun son vaxtlar bir bir federeasiyada birləşdirilməsi onlara ümid verir, kvoş isə usta tennisçi Roje Federer və daha bir neçə məşhurun dəstəyinə güvənirdi.
Nəhayət, sentyabrın 8-də qərar verildi: 2020-ci il Oyunlarında güləş də olacaq. Pəhləvanlıq məktəbinin təmsilçilərinin ümidi əbəs deyilmiş. Bu növ 49 səslə digər iki rəqibini iki dəfədən də çox qabaqladı. Beysbolla softbol 24 səs toplayınca, skvoşa 22 səs verildi. «Əvvəlki səhvlərimizdən nəticə çıxarıb, növümüzü müasirləşdirmək üçün lazım olan hər bir fədakarlığı göstərəcəyik» deyərək, qeydlərini məclis iştirakçılarına çatdıran FİLA prezidenti Nenad Laloviç əlavə etdi ki, bütün bunlar «FİLA rəhbərliyində idarəetmə strukturu optimal olmadığından», baş verib. Beləcə, 25 baza idman növləri sırasından çıxmış güləşə şans verildi. İndi qalır dəyişiklikləri gözləmək.

BOK-a ilk dəfə olimpiya çempionu rəhbərlik edəcək

Sentyabrın 10-da olimpiya hərəkatının 119 illik tarixində cəmi 9-cu dəfə baş verən bir hadisəyə Buenos Ayres şahidlik etdi. Jak Roqqun namizədliyini irəli sürməyəcəyi bəlli olan daha bir səsvermədə əsas namizədlər əvvəlcədən məlum idi. Onlar arasında açıq-gizli favoritlərin adları çox hallanırdı. Lakin elə ilk səsvermədə bütün proqnozlar alt-üst oldu. Əsas namizədlər sırasında adı daha çox hallanan Çin Taypeyindən Çinq-kuo Vu mübarizədən kənarlaşdı. Əvəzində, favorit də elə bu raund məlum oldu: almaniyalı Tomas Bax 43 səs toplayıb, ən yaxın rəqibi Puerto rikolu Piçard Karrionu (23 səs) iki dəfəyə yaxın qabaqladı. Bu mərhələdə ukraynalı 35-qat dünya rekordçusu Sergey Bubka 8, isveçrəli Denis Osvald 7, Vu ilə sinqapurlu Ser Myanq Nq hərəyə 6 səs topladılar. Son ikisi arasında keçirilən tay-brekdə Nq Vuya 56-36 səs fərqi ilə qalib gəldi.Mübarizə ikinci mərhələdən o tərəfə getmədi. Bax əvvəlkindən 6 səs çox topladı, Karrion 29, Nq 6, Osvald 5, Bubka isə 4 səs aldılar. Beləcə, BOK-un vitse-prezidenti Bax olimpiya hərəkatının 9-cu prezidenti oldu.
Onun dünya biznes dairələrində, idman sahəsində isə Milli Olimpiya Komitələri Assosiasiyasında və bir neçə federeasiyada nüfuzu danılmazdır.
- Hər kəs bilsin ki, mənim qapım, gözlərim və ürəyim hər kəsə açıq olacaq, - deyən Bax seçicilərinə təşəkkür etməklə anaşı, hər bir olimpiyaçının prezidenti olacağına söz verdi.
1953-cü il dekabrın 23-də dünyaya Bavariyanın Vürtsburq şəhərində göz açmış Tomas Bax üçün bunu 60-illik yubileyinə ən gözəl hədiyyə saymaq olar.İxtisasca hüquqşünas olan yeni prezident böyük idmançı keçmişi ilə öyünə bilər. O, 1976-cı il Monreal olimpiadsının komanda rapira qılıncoynatmasında çempion tituluna yiyələnib. Karyerasında daha bir qızılı və yeganə dünya çempionu titulunu isə elə prezident seçildiyi Buenos Ayresdə 1977-ci ildə qazanıb. Bundan başqa, 1973-cü ilin gümüş, 1979 və 1981-ci illərin bürüncü «mundiallar»ı da onun karyerasında iz qoyub. Bundan savayı, o, tennis və futbolla da məşğul olub.
1991-ci ildən o, BOK üzvüdür. 1996-2000-ci illərdə İcraiyyə Komitəsinin üzvü, 2004-2013-cü illərdə isə vitse-prezident olub. Jak Roqq kimi, onun da əsas hədəfimdə dopinqlə amansız mübarizə dayanır. Onun fikrincə, hər kəsin mütləq qəbul edəcəyi vahid proqram və sənəd qəbul edilməli və mübarizə sərtləşdirilməlidir.
Beləliklə, BOK-a tarixində ilk dəfə alman rəhbərlik edəcək. Amma bundan da vacibi, olimpiya hərəkatına ilk dəfə olimpiya çempionunun başçılıq etməsidir. Bəli, bu böyük hərəkat öz liderləri arasında özünə rəhbər də yetişdirdi.

«Heç də həmişə öz işimdən həzz almamışam»

Prezidentlər qalereyasında öz yerini tutmuş Jak Roqqun BOK prezidenti kimi son sözləri də maraqlıdır.
- BOK prezidenti kimi əyləşdiyim kürsüdə gördüyüm işdən heç də həmişə həzz almamışam. Amma ən əsası, ötən 12 ilim çox maraqlı keçib – BOK prezidenti olmaq böyük nüfuz deməkdir. Yaxşısı da olub, pisi də bu illərin, amma, ən vacibi, 6 «böyük» və iki yeniyetmə olimpiadası tarixin ən uğurlu yarışları kimi qəbul oluna bilər. Hərçənd perfeksionistəm və məncə, həmin Oyunları daha yaxşı keçirmək olardı. Heç vaxt geri baxmamışam, həmişə gözlərim önə dikilib. Bundan sonra da BOK-da fəxri üzv kimi fəaliyyətimi davam etdirəcəyəm, - deyən Roqq kirşəçi Nodar Kumaritaşvilinin olimpiadada qəzaya uğrayıb dünyasını dəyişməsini həyatının ən ağır hadisəsi adlandırıb.
71 yaşlı Roqq prezidentliyi boyunca mübarizə apardığı dopinqlə savaşa da toxunub: «Zənnimcə, bu məsələdə çox irəli getdik və yoxlamaların sayını artırmaqla bioloji pasport anlayışını həyata keçirməklə çox şeyə nail olduq”.
Jak Roqq 2001-ci ildə Xuan Antonio Samarançı BOK prezidenti kürsüsündə əvəzləmişdi. Onun namizədliyi Bakıda, Avropa Olimpiya Komitəsinin icclasında irəli sürülmüşdü.



Xəbər 1771 dəfə oxundu



 
Müəllifin son yazıları

10.09.2019 Milli komanda ilk xalını favoritlə oyunda qazandı
09.09.2019 10-cu yüksəliş və ya 6-cı ümid ilinin imkanları
09.09.2019 Boks lisenziyasını nə qədər və necə qazanmaq olar
28.08.2019 Qrup raunduna düşmək üçün son şans
27.08.2019 Qızmar Tokio yayına təşkilatçılar nə vəd edirlər?
19.08.2019 25 ilin nailiyyətləri növbəti 25 ilin inam körpüsüdür
15.08.2019 Səhvlər komediyasının qurbanlığı
31.07.2019 Gələcəyin olimpiyaçılarının sorağında
16.07.2019 Gözləmədiyimizlə gözlədiyimiz arasında
16.07.2019 Kim nə qədər qazanacaq


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru