Topaz Premyer Liqanın beşinci turunun üç oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, göstəriləcək oyunların siyahısı bunlardır:
31 avqust (şənbə)
“Qəbələ” – “Xəzər Lənkəran”
Qəbələ şəhər stadionu, 18:00 ( canlı, AZTV)
“Bakı” – “Neftçi”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 18:00 (canlı, “İdman Azərbaycan”)
01 sentyabr (bazar)
“Qarabağ” – AZAL
T.Bəhramov adına Respublika stadionu, 20:00 (canlı, “İdman Azərbaycan”)
|