İngiltərənin "Arsenal" klubunda zədəli futbolçularının sayı 8-ə yüksəlib.
Çempionlar Liqasının "pley-off" mərhələsində "Fənərbaxça"ya rəqib olan klub məhz bu səbəbdən matça istədiyi heyətlə çıxmaya bilər.
London klubunda hazırda zədəli olan oyunçular isə bunlardır: Abu Diabi, Emmanuel Frimponq, Tomas Vermalen, Naço Monreal, Ryo Miyaiti, Teo Uolkott, Aron Remzi, Yaya Sanoqo.
Adları çəkilən futbolçuların avqustun 21-də "Şükrü Saracoğlu" stadionunda baş tutacaq ilk oyunda forma geyib-geyməyəcəkləri qarşılaşmadan bir həftə əvvəl tibbi müayinədən keçdikdən sonra məlum olacaq.
|