Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İDMANDA DOPİNQƏ QARŞI MÜBARİZƏ HAQQINDA BEYNƏLXALQ KONVENSİYA
Tarix: 30.07.2011 | Saat: 14:26:00 | E-mail | Çapa göndər
Əlavə №2

Qadağan olunmuş preparatlardan terapevtik məqsədlər üçün istifadəyə icazə verilməsinə dair standartlar

(Paris, 1 mart 2010-cu il)


4.0. İdmançıya Qadağan Olunmuş Preparat və ya Qadağan Olunmuş Üsuldan Terapevtik Məqsədlər üçün İstifadəyə İcazə (Tİİ) verilə bilər. Tİİ ilə bağlı ərizə Terapevtik Məqsədlər üçün İstifadəyə İcazə Komitəsi (TİİK) tərəfindən nəzərdən keçiriləcəkdir. TİİK Antidopinq Təşkilatı tərəfindən təyin ediləcəkdir.

4.1. Tİİ yalnız aşağıdakı meyarlara ciddi şəkildə uyğun olaraq veriləcəkdir:

(a) Əgər İdmançı hər hansı kəskin və ya xroniki xəstəliyin müalicəsi zamanı qadağan olunmuş Preparat və ya Qadağan olunmuş Üsuldan istifadə edə bilmirsə və səhhətində nəzərəçarpacaq pisləşmə yaranırsa.

(b) Qadağan Olunmuş Preparatlar və ya Qadağan Olunmuş Üsuldan Terapevtik Məqsədlə İstifadə yalnız qanuni tibbi şəraitdə aparılan müalicədən sonra səhhətdə yaranan normal durumdan başqa idman göstəricilərinin əlavə yaxşılaşmasına gətirib çıxarmırsa. İstənilən endogen hormonların “aşağı” səviyyələrini qaldırmaq üçün hər hansı Qadağan Olunmuş Preparat və ya Qadağan Olunmuş Üsuldan İstifadə qəbul edilən Terapevtik müdaxilə sayıla bilməz.

(c) Qadağan Olunmuş Preparat və ya Qadağan Olunmuş Üsuldan İstifadədən başqa heç bir məntiqli Terapevtik alternativin olmaması.

(ç) Qadağan Olunmuş Preparat və ya Qadağan Olunmuş Üsuldan başqa cür İstifadə zərurəti tam, yaxud da qismən Tİİ olmadan əvvəlki İstifadənin, İstifadə zamanı qadağan edilmiş preparat və ya üsulun nəticəsi olmamalıdır.

4.2 Aşağıdakı hallarda Tİİ ləğv ediləcəkdir:

(a) İdmançı dəqiq şəkildə icazə verən Antidopinq Təşkilatının tətbiq etdiyi istənilən tələb və ya şərtlərə uyğun gəlmirsə.

(b) Tİİ-nin verildiyi vaxt müddəti bitərsə.

(c) İdmançıya Tİİ-nin Antidopinq Təşkilatı tərəfindən ləğv edildiyi haqda məlumat verilərsə.

(ç) Tİİ verən qərar WADA, yaxud da İdman Arbitraj Məhkəməsi tərəfindən ləğv edilərsə.




[ Qeyd: Hər bir Tİİ TİİK tərəfindən müəyyən edilmiş dəqiq şərtləndirilmiş müddətə malik olur. Tİİ-nin müddətinin bitməsi və ya ləğv edilməsi zamanı Tİİ məqsədləri üçün icazə verilmiş Qadağan olunmuş Preparatın hələ də İdmançının orqanizmində qalması halı ola bilər. Bu cür hallarda, analizin mənfi nəticələrinin ilkin təhlilini həyata keçirən Antidopinq Təşkilatı bu cür nəticənin icazənin müddətinin bitməsi, yaxud Tİİ-nin ləğv edilməsi ilə uyğun gəlib-gəlmədiyini müəyyən edəcəkdir. ]

4.3 Tİİ üçün təqdim olunan ərizəyə aşağıdakı hallar istisna olmaqla köhnə tarixlə təsdiq edilmək məqsədilə baxılmayacaqdır.

(a) təcili tibbi yardım göstərilməsi zərurəti, yaxud səhhətin qəflətən kəskin dəyişməsi zamanı müalicə;

(b) müstəsna hallar səbəbindən, ərizəçinin ərizə vermək, TİİK-nin isə Dopinq Nəzarətini keçirməzdən əvvəl ərizəni nəzərdən keçirmək üçün kifayət qədər vaxtı və imkanı olmadıqda.

[ Qeyd: Tİİ üçün ərizə təqdim etməzdən əvvəl başqa cür Qadağan Olunmuş Preparatdan və ya Qadağan olunmuş Üsuldan istifadə edilməsini tələb edən təcili tibbi yardım və ya səhhətin kəskin pisləşməsi halları olduqca nadir hallarda baş verir. Buna oxşar olaraq, yarışa olduqca az vaxt qalması ilə bağlı Tİİ üçün təqdim edilmiş ərizəyə baxılması prosedurunun tezləşdirilməsini tələb edən hallar da tez-tez baş vermir. Tİİ-ləri verən Antidopinq Təşkilatları bu cür vəziyyətlər zamanı necə hərəkət etməyin lazım gəldiyini göstərən daxili prosedurlara malik olmalıdırlar. ]

5.0 Məlumatların məxfiliyi

5.1 Tİİ-nin verilməsi prosedurunda Antidopinq Təşkilatlarının və WADA tərəfindən Şəxsi Məlumatların toplanması, saxlanması, işlənməsi, açıqlanması və qorunması Məxfiliyin və Şəxsi Məlumatların Qorunmasına dair Beynəlxalq Standarta uyğun gəlir.

5.2 Tİİ almaq üçün müraciət edən İdmançı ərizə ilə bağlı bütün məlumatların Kodeks üzrə məlumatı nəzərdən keçirmək səlahiyyəti olan bütün TİİK üzvlərinə və tələb edildiyi təqdirdə digər müstəqil tibbi və ya elmi ekspertlərə və rəhbərliyə, Tİİ-lərin nəzərdən keçirilməsi və ya haqlarında qərar çıxarılmasına cəlb edilmiş bütün lazımi işçi heyətinə və WADA-ya məlumatların ötürülməsi üçün yazılı razılıq verir. Ərizəçi, həmçinin Kodeksin müddəaları üzrə TİİK-nın qərarının digər müvafiq Antidopinq Təşkilatlarına və Milli Federasiyalara paylanmasına da yazılı razılıq verir.

[ 5.2-ci bənd üzrə qeyd: Şəxsi Məlumatların toplanmasından və ya İdmançıdan razılıq almazdan əvvəl Antidopinq Təşkilatı Məxfiliyin və Şəxsi Məlumatların Qorunmasına dair Beynəlxalq Standartın 7.1-ci maddəsində irəli sürülən məlumatlar haqda İdmançıya məlumat verir. ]

Əgər kənardan müstəqil ekspertlərin cəlb edilməsi tələb olunarsa, onda ərizənin bütün təfərrüatları aidiyyəti İdmançının adı və soyadı göstərilmədən yayılır.

5.3. TİİK-ların üzvləri, müstəqil ekspertlər və cəlb edilmiş Antidopinq Təşkilatının işçi heyəti fəaliyyətlərini ciddi məxfi şəkildə həyata keçirəcək və məxfiliyə dair razılaşmalar imzalayacaqlar. Xüsusilə də, onlar aşağıdakı məlumatları məxfi saxlayacaqlar:

(a) İdmançı və İdmançının müalicəsinə cəlb edilmiş həkim(lərin) təqdim etdikləri bütün tibbi məlumatlar.

(b) Prosesə cəlb edilmiş həkim(lərin) adları daxil olmaqla ərizənin bütün təfərrüatları.

Əgər İdmançı onun adından sağlamlıq haqda hər hansı məlumatı əldə etmək üçün istənilən TİİK-nın hüququnu ləğv etmək istəyirsə, onda İdmançı bu fakt barədə yazılı surətdə öz həkiminə məlumat verir. Bu cür qərarın nəticəsi kimi, İdmançı Tİİ üçün icazə almayacaq və ya mövcud Tİİ-ni təzələyə bilməyəcəkdir.

5.4 Antidopinq Təşkilatları Tİİ proseduru zamanı əldə edilmiş Şəxsi Məlumatların səkkiz (8) il müddətinə qorunub saxlanmasını və bundan sonra yalnız lazım olduğu müddətə qədər Kodeks üzrə, yaxud mövcud qanun, əsasnamə və ya məcburi hüquqi proses tərəfindən başqa cür tələb edildiyi yerdə öhdəliklərinin yerinə yetirilməsini təmin edir.

6.0 Terapevtik Məqsədlər üçün İstifadəyə İcazə Komitələri (TİİKlər)

TİİKlər aşağıdakı rəhbər göstərişlərə müvafiq olaraq təsis edilir və fəaliyyət göstərirlər:

6.1 TİİK-lər İdmançıları müayinə və müalicə etmək sahəsində təcrübəsi olan, eləcə də məşq yükü üzrə klinik, idman və məşq sahəsində dərin biliyə malik ən azı üç (3) həkimdən ibarət olmalıdır. Qərarların qəbul edilməsi zamanı onların müstəqillik səviyyəsini təmin etmək məqsədilə istənilən TİİK-nın üzvləri ilə Antidopinq Təşkilatı arasında maraqların toqquşması olmamalı və ya sözügedən təşkilat qarşısında siyasi baxımdan məsuliyyət daşımamalıdırlar. TİİK-nın bütün üzvləri maraqların toqquşmasına dair razılaşma imzalayacaqlar. Fiziki qüsurları olan İdmançıların ərizələrinə baxılması üçün ən azı bir TİİK üzvü fiziki qüsurları olan İdmançıların müayinə və müalicəsi sahəsində konkret təcrübəyə malik olur.

6.2 TİİK-lər Tİİ üçün verilmiş hər bir konkret ərizəyə aidiyyəti olan durumu nəzərdən keçirmək üçün lazım bildikləri istənilən tibbi və ya elmi ekspertizanı keçirməyi tələb edə bilərlər.

6.3 WADA-nın TİİK üzvləri 6.1-ci maddədə irəli sürülən aşağıdakı meyarlara cavab verilməklə yığılır. WADA TİİK Beynəlxalq Miqyaslı İdmançılara, 7.1(b) yarımbənddə müəyyən edilən Beynəlxalq Tədbirə daxil edilmiş İdmançılara, yaxud Kodeksin 4.4-cü maddəsində müəyyən edilən öz Milli Antidopinq Təşkilatının Qeydiyyata Alınan Test Fonduna (Pul) daxil edilmiş İdmançılara Tİİ-lərin verilməsi və ya imtina edilməsinin nəzərdən keçirilməsi üçün yaradılır. Normal hallarda WADA TİİK bütün tələb edilən məlumatların alınması tarixindən otuz (30) gün ərzində qərar qəbul edir.

7.0 Beynəlxalq Federasiyaların və Milli Antidopinq Təşkilatlarının Məsuliyyətləri

7.1 Hər bir Beynəlxalq Federasiya:

(a) 6-cı maddədə göstərildiyi kimi TİİK yaradır.

(b) Beynəlxalq Federasiyanın qaydalarına müvafiq olaraq Tİİ-nin verildiyi və tələb olunduğu Beynəlxalq Tədbirlərin siyahısını tərtib edir.

(c) Tİİ prosedurunu yaradır və elan edir, və bu prosesə müvafiq olaraq Beynəlxalq Federasiyanın Qeydiyyata Alınan Test Fondunda (Pul) olan, yaxud 7.1(b) maddəsində göstərilən Beynəlxalq Tədbirə daxil edilən istənilən İdmançı Qadağan Olunmuş Preparatdan, yaxud Qadağan olunmuş Üsuldan İstifadəni tələb edən sənədləşdirilmiş tibbi müayinə üçün Tİİ tələb edə bilər. Bu cür Tİİ posedur Kodeksin 4.4-cü maddəsinə, hazırkı Beynəlxalq Standarta və Beynəlxalq Standarta uyğun gəlir.

(ç) İstənilən qaydanı elan edir və bu qaydada müvafiq olaraq Beynəlxalq Federasiya digər Antidopinq Təşkilatları tərəfindən verilən Tİİ-ləri qəbul edəcəkdir.

(d) ADAMS vasitəsilə WADA-ya dərhal bütün Tİİ-lərin verilməsi, habelə qəbul edilməsinə icazə verilmiş preparat və ya üsul, doza, tezlik və qəbuletmə metodu, Tİİ-nın davamiyyət müddəti, Tİİ ilə əlaqədar tətbiq edilən istənilən şərtlər və bütöv arxiv barədə məlumat verir.

(e) Müvafiq Milli Antidoping Təşkilatına və Milli Federasiyaya Tİİ-nın verilməsi
barədə dərhal məlumat verir.

(ə) WADA-nın tələbi ilə rədd edilmiş hər hansı Tİİ-yə dair bütün sənədləri dərhal təqdim edir.

7.2 Hər bir Milli Antidopinq Təşkilatı:

(a) 6-cı maddədə göstərilən TİİK-ni yaradır.

(b) Qadağan Olunmuş Preparat və ya Qadağan Olunmuş Üsuldan istifadə etməzdən qabaq Tİİ almaq üçün müraciət edən və öz yurisdiksiyası daxilində olan İdmançıların kateqoriyalarını müəyyən və elan edir. Ən azı bu, Milli Antidopinq Təşkilatının Qeydiyyata Alınan Test Fonduna (Pul) daxil edilmiş bütün İdmançılardan və Milli Antidopinq Təşkilatı tərəfindən müəyyən edilən milli səviyyədə digər İdmançılardan ibarət olur.

[7.2 (b) bəndi üzrə qeyd: Milli Antidopinq Təşkilatı Beynəlxalq Federasiyanın Qeydiyyata Alınan Test Fonduna (Pul) daxil edilmiş İdmançılara Tİİ-lər verməyəcəkdir. Bu cür İdmançılara Tİİ-lərin verilməsi üçün Beynəlxalq Federasiya qaydalarının Milli Antidopinq Təşkilatlarına verdiyi və ya tanıdığı səlahiyyət istisna olunur.]

(c) Tİİ prosedurunu yaradır və elan edir, və bu prosesə müvafiq olaraq Milli Antidopinq Təşkilatının Qeydiyyata Alınan Test Fonduna (Pul) daxil edilən, yaxud 7.2(b) maddəsində göstərilən istənilən İdmançı Qadağan Olunmuş Maddədən, yaxud Qadağan olunmuş Üsuldan İstifadəni tələb edən sənədləşdirilmiş tibbi müayinə üçün Tİİ tələb edə bilər. Bu cür Tİİ proseduru Kodeksin 4.4-cü maddəsinə, hazırkı Beynəlxalq Standarta və Məxfiliyin və Şəxsi Məlumatların Qorunmasına dair Beynəlxalq Standarta uyğun gəlir.

(d) ADAMS vasitəsilə WADA-ya özünün Qeydiyyata Alınan Test Fonduna (Pul) daxil edilmiş İdmançıya və əgər tətbiq edilərsə, Beynəlxalq Federasiyanın Qeydiyyata Alınan Test Fonduna (Pul) daxil edilmiş İdmançıya, yaxud 7.1(b) maddəsində göstərilən Beynəlxalq Tədbirə daxil edilmiş istənilən İdmançıya Tİİ-nın verilməsi barədə, habelə qəbul edilməsinə icazə verilmiş preparat və ya üsul, doza, tezlik və qəbuletmə metodu, Tİİ-nın davamiyyət müddəti, Tİİ ilə əlaqədar tətbiq edilən istənilən şərtlər və bütöv arxiv barədə dərhal məlumat verir.


(e) WADA-nın tələbi ilə rədd edilmiş hər hansı Tİİ-yə dair tam arxivi dərhal təqdim
edir.

(ə) Beynəlxalq Federasiyanın Milli Antidopinq Təşkilatlarına Beynəlxalq Səviyyəli İdmançılara Tİİ-lər vermək səlahiyyəti verdiyi zaman Müvafiq Milli Federasiyaya və Beynəlxalq Federasiyaya Tİİ-nın verilməsi barədə dərhal məlumat verir.

(f) Beynəlxalq Federasiyanın Qeydiyyata Alınan Test Fonduna (Pul), yaxud 7.1(b) maddəsində göstərilən Beynəlxalq Tədbirə daxil edilmiş istənilən İdmançıya Beynəlxalq Federasiyalarının verdiyi Tİİ-ləri tanıyır.

[Hazırkı 7-ci maddədə istifadə edildiyi kimi, “elan etmək” termini aşağıdakıları bildirir: Antidopinq Təşkilatı məlumatları öz internet saytında aydın nəzərəçarpan yerdə yerləşdirməklə və məlumatları bu qaydalara aidiyyəti olan hər bir Milli Federasiyaya göndərməklə məlumatları elan edir].

8.0 Tİİ üçün ərizənin təqdim edilməsi proseduru

8.1 Beynəlxalq Federasiyalarının tətbiq etdikləri qaydalar başqa cür tələb etməyincə, aşağıdakı İdmançılar öz Beynəlxalq Federasiyalarından Tİİ-nı alırlar:

(a) Beynəlxalq Federasiyanın Qeydiyyata Alınan Test Fonduna (Pul) daxil edilmiş İdmançılar.

(b) Beynəlxalq Federasiyanın qaydalarına uyğun olaraq verilən Tİİ-nin tələb edildiyi Beynəlxalq Tədbirdə iştirak edən İdmançılar.

8.2 8. 1-ci maddədə göstərilməyən İdmançılar Tİİ-ni öz Milli Antidopinq Təşkilatlarından
alırlar.

[ 8.1-ci və 8.2-ci bəndlər üzrə qeyd: Beynəlxalq Federasiyanın qaydalarında başqa cür göstərilməyənədək, artıq Milli Antidopinq Təşkilatından Tİİ almış, sonralar Beynəlxalq Federasiyanın Qeydiyyata Alınan Test Fondunun (Pul) üzvünə çevrilmiş, yaxud Beynəlxalq Federasiya tərəfindən Beynəlxalq Federasiyanın Tİİ-si tələb edilən Beynəlxalq Tədbirdə iştirak etmək istəyən İdmançı Beynəlxalq Federasiyadan yeni Tİİ alır.

“Beynəlxalq Federasiyanın qaydalarında başqa cür göstərilməyənədək” ifadəsi bəzi Beynəlxalq Federasiyaların öz qaydaları vasitsilə Milli Antidopinq Təşkilatları tərəfindən verilən Tİİ-ləri tanımaq istəmələri və Beynəlxalq Federasiya səviyyəsində yeni Tİİ almaq üçün ərizə təqdim edilməsini tələb etmədikləri faktını nəzərdə tutur. Bu cür qaydaların tətbiq edildiyi yerdə, İdmançı Tİİ-ni İdmançının Milli Antidopinq Təşkilatından almalıdır].

8.3 İdmançı Tİİ almaq üçün ərizəni onun təsdiqə ehtiyacı olduğu (məsələn, Tədbirə) tarixdən ən azı 30 (otuz) gün əvvəl təqdim etməlidir.





8.4 Tİİ yalnız bütün müvafiq sənədlərin əlavə edildiyi doldurulmuş ərizə alındıqdan sonra baxılacaqdır (bax: Əlavə 1 – Tİİ Forması). Ərizəyə baxılması proseduru ciddi tibbi məxfilik prinsipləri gözlənilməklə həyata keçirilir.

8.5 1-ci Əlavədə müəyyən edildiyi kimi, Tİİ-nin alınması üçün ərizə Formasına heç bir bölmə və ya bənd çıxarılmadan, yalnız məlumat almaq üçün əlavə müraciətlərin daxil edilməsi məqsədilə Antidopinq Təşkilatları tərəfindən düzəliş edilə bilər.

8.6 Tİİ almaq üçün ərizə Forması Antidopinq Təşkilatları tərəfindən digər dillərə tərcümə edilə bilər, lakin ingilis və ya fransız dilləri ərizə Formasında hər zaman olmalıdır.

8.7 Ərizə İdmançının rəqabət səviyyəsini (məsələn, Beynəlxalq Federasiyanın Qeydiyyata Alınan Test Fondu (Pul)), məşğul olduğu idman növünü və məqsədəuyğun olduğu zaman, nizam-intizamını və konkret mövqe və rolunu göstərir.

8.8 Ərizədə Tİİ almaq üçün hər hansı əvvəlki və / və ya cari müraciətlərin, müraciət(lərin) ünvanlandığı orqanın, həmin orqanın qərar(ları) və ərizəni nəzərdən keçirən və ya rədd edən istənilən digər orqanın siyahısı verilir.

8.9 Ərizədə ətraflı surətdə tibbi tarixçə və bütün müayinələrin nəticələri, laborator analizlər və ərizə ilə bağlı tibbi təsvirlər yer almalıdır. Diaqnoz və müalicə ilə bağlı sübutlar, eləcə də müvafiq sənədlərin etibarlılıq müddəti WADA-nın “TİİK-lərin Qərarlarına Yardım Edilməsi Üçün Tibbi Məlumatlar” adlı qaydaları tərəfindən idarə edilməlidir.

8.10 Ərizənin təsdiq edilməsindən əvvəl Antidopinq Təşkilatının TİİK-si tərəfindən tələb olunan istənilən əlavə müvafiq araşdırmalar, müayinələr və ya tibbi təsvirlərin öyrənilməsi ərizəçinin xərci hesabına həyata keçiriləcəkdir.

[ 8.10-cu bənd üzrə qeyd: Bəzi hallarda ərizəçinin Milli Federasiyası bu xərclərin ödənilməsini öz üzərinə götürə bilər.]

8.11 Ərizədə İdmançının müalicə edilməsi üçün başqa cür Qadağan Olunmuş Preparat, yaxud Qadağan Olunmuş Üsuldan istifadə edilməyin zəruri olduğunu təsdiq edən və nə üçün İdmançının müalicəsində alternativ, qadağan olunmamış dərman preparatlarından istifadə edilə bilinmədiyini və ya bilinməyəcəyini göstərən müvafiq təcrübəyə malik olan həkim tərəfindən rəy verilir.

8.12 Ərizədə əks halda istifadə edilən və haqqında söhbət açılan Qadağan Olunmuş Preparat, yaxud Qadağan Olunmuş Üsulun dozası, qəbuletmə tezliyi və üsulu və davamiyyət müddəti göstərilir. Dəyişiklik olduğu zaman yeni ərizə təqdim edilir.

8.13 Normal vəziyyətlərdə TİİK-nın qərarları bütün müvafiq sənədlərin qəbul edildiyi tarixdən otuz (30) gün ərzində qəbul edilməlidir və müvafiq Antidopinq Təşkilatı tərəfindən yazılı surətdə İdmançıya təqdim edilir. Tİİ almaq üçün təqdim edilən ərizə Tədbirin başlanmasından qabaq məntiqli vaxt kəsiyində təqdim edildiyi təqdirdə TİİK Tədbirin başlanmasından əvvəl Tİİ verilməsi prosedurunu başa çatdırmaq üçün əlindən gələni etməlidir.

[8.13-cü bənd üzrə qeyd: Antidopinq Təşkilatı İdmançının Tİİ alınmaq üçün təqdim etmiş ərizəsinə məntiqli vaxt kəsiyində baxmadıqda, İdmançı sanki ərizəsinin rədd edilmiş olduğu kimi onun nəzərdən keçirilməsi üçün WADA-ya müraciət edə bilər.]
9.0 İstifadəyə dair bəyannamənin təqdim edilməsi

9.1 Qadağan olunmuş Siyahı qadağan olunmamış, lakin İdmançıdan İstifadəyə dair bəyannamə təqdim etməsi tələb olunan müəyyən preparat və üsulları müəyyən edir. İdmançı bu tələbi Dopinqə Nəzarət Blankında bəyan etməklə və tətbiq edildiyi yerdə İstifadəyə dair bəyannaməni ADAMS vasitəsilə təqdim etməklə dəqiq şəkildə göstərməlidir.

9.2 İdmançı 9.1-ci maddədə göstərildiyi kimi Dopinqə Nəzarət Blankında İstifadəni bəyan etməzsə və tətbiq edildiyi yerdə ADAMS vasitəsilə təqdim etməzsə, bu antidopinq qaydasının pozulması hesab edilmir.

[9.2-ci bənd üzrə qeyd: İdmançının yurisdiksiyasına tabe olduğu Antidopinq Təşkilatlarının qaydaları bəyannamənin təqdim edilməməsinə görə antidopinq qaydasının pozulmasından başqa digər nəticələr də çıxarda bilər.]

10.0 WADA tərəfindən Tİİ üzrə qərarların nəzərdən keçirilməsi

10.1 WADA TİİK istənilən vaxt Beynəlxalq Federasiyanın Qeydiyyata Alınan Test Fonduna (Pul), 7.1(b) yarımbənddə müəyyən edilən Beynəlxalq Tədbirə, yaxud Milli Antidopinq Təşkilatının Qeydiyyata Alınan Test Fonduna (Pul) daxil edilmiş İdmançıya Tİİ-nin verilməsini nəzərdən keçirə bilər. 71.1-ci və 7.2-ci maddələrdə müəyyən edildiyi kimi təqdim edilməli olan məlumatlara əlavə olaraq WADA TİİK İdmançıdan 8.10-cu maddədə göstərilən araşdırmalar daxil olmaqla əlavə məlumatlar tələb edə bilər. Əgər Tİİ-nin verilməsinə dair qərar baxıldıqdan sonra WADA tərəfindən ləğv edilərsə, onda bu ləğvetmə köhnə tarixlə göstərilməməli və İdmançının, Tİİ-nin verilmiş olduğu müddətdə əldə etdiyi nəticələri ləğv etməməli və İdmançıya qərar haqqında məlumatın verildiyi tarixdən ən geci on dörd (14) gündən sonra qüvvəyə minməlidir.

10.2 Beynəlxalq Federasiyanın Qeydiyyata Alınan Test Fonduna (Pul), 7.1(b) yarımbənddə müəyyən edilən Beynəlxalq Tədbirə, yaxud Milli Antidopinq Təşkilatının Qeydiyyata Alınan Test Fonduna (Pul) daxil edilmiş İdmançı ərizənin rədd edilməsi tarixindən iyirmi bir (21) gün ərzində WADA-nın nəzərdən keçirməsi üçün yazılı müraciət təqdim etməklə WADA-dan həmin ləğvetməyə baxmağı xahiş edə bilər. WADA-nın nəzərdən keçirməsi üçün bu cür müraciəti təqdim edən İdmançı WADA-nın müəyyən etdiyi ərizə haqqını ödəyir və WADA TİİK-ya Tİİ almaq üçün təqdim edilən ərizə ilə bağlı Antidopinq Təşkilatına təqdim etmiş olduğu bütün məlumatların surətlərini təqdim edir. WADA TİİK Tİİ-nin verilməsini rədd edən Antidopinq Təşkilatında mövcud olan arxivə əsaslanaraq, lakin həm də aydınlaşdırma məqsədilə İdmançıdan əlavə məlumatlar əldə etməklə, habelə 8.10-cu yarımbənddə göstərilən araşdırmaları aparmaqla müraciəti qiymətləndirəcəkdir. WADA-nın nəzərdənkeçirmə proseduru tamamlanadək, Tİİ-yə dair əvvəl çıxarılmış rədd qərarı öz qüvvəsində qalacaqdır. Əgər WADA Tİİ-yə dair rədd qərarını ləğv edərsə, onda Tİİ WADA-nın qərarında müəyyən edilən şərtlərə müvafiq olaraq dərhal qüvvəyə minir.

10.3 WADA-nın Antodopinq Təşkilatının Tİİ verilməsinə dair qərarlarının təsdiq və ya ləğv edilməsinə dair qərarlarına qarşı Kodeksin 13-cü Maddəsində göstərildiyi kimi İdman Arbitraj Məhkəməsinə apelyasiya şikayəti edilə bilər.

11.0 Əvvəllər Müəyyən və Təqdim Edilmiş Terapevtik Məqsədlər üçün İstifadəyə İcazələr

11.1 Hələ qüvvədəolma müddəti başa çatmamış və ya ləğv edilməmiş əvvəllər müəyyən və təqdim edilmiş Terapevtik Məqsədlər üçün İstifadəyə İcazə müddətləri 31 dekabr 2009-cu il tarixdə bitir.


Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 3044 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
01.04.2020 Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru WADA-nın struktur orqanına üzv seçilib
25.12.2018 AMADA ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
01.02.2012 2 ay həbs və 3000 avro cərimə!
01.02.2012 Almaniyada dopinq qalmaqalı!
30.07.2011 Azərbaycan Respublikasında idman sahəsində dopinq nəzarətinin təşkili və keçirilməsi qaydaları haqqında Əsasnamə
30.07.2011 DOPİNQ NƏZARƏTİNİN PROSEDURLARI


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru