Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
21/11 | 21:08 Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21/11 | 21:00 Ağsuda şahmat üzrə birinciliyin final mərhələsi start götürüb
21/11 | 20:36 Hakimlər və məşqçilər üçün seminar keçirilib
21/11 | 19:32 İdman Jurnalistikası magistr proqramının tələbələri Böyük Britaniyada təlim-təcrübə səfərindədirlər
21/11 | 19:20 Valtteri Bottas Əbu-Dabi Qran-Prisində cərimələnə bilər
21/11 | 19:00 Bakıda təşkil olunacaq alpaqut üzrə ikinci dünya çempionatı ilə bağlı beynəlxalq konfrans keçirilib
21/11 | 18:56 “Red Bull” Formula 1-də pit-stop sürətinə görə yeni rekord müəyyən edib
21/11 | 18:36 Futzal üzrə Azərbaycan millisinin rəqibi yoldaşlıq oyunları keçirəcək
21/11 | 17:44 Sərbəst güləş yığmamızın Dağıstanda təlim-məşq toplanışı davam edir
21/11 | 16:51 Yeniyetmə qılıncoynadanımız İranda qızıl medal qazandı
21/11 | 16:14 Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
21/11 | 15:06 “Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib
21/11 | 14:53 Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev “Dinamo Kazan”-“Potsdam” oyununa təyinat alıb
21/11 | 14:34 Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
21/11 | 13:57 Qadın voleybolçularımız Qızıl, kişilərdən ibarə komandamız isə Gümüş Avropa Liqasında mübarizə aparacaq
21/11 | 12:59 Bu gün Paraqvayda çimərlik futbolu üzrə XX dünya çempionatı start götürəcək
21/11 | 11:11 Qadın güləşi üzrə açıq Rusiya Kubokuna start veriləcək
21/11 | 10:17 Karateçilərin Azərbaycan çempionatı keçiriləcək
21/11 | 10:04 Cüdo üzrə açıq paytaxt çempionatı təşkil olunacaq
21/11 | 09:55 Uşu üzrə İpək Yolu açıq Avrasiya turnirində Azərbaycanı 15 idmançı təmsil edəcək
20/11 | 21:33 “Avro 2020” Könüllülər Proqramının universitet təqdimatları yekunlaşıb
20/11 | 20:22 UEFA “Avro-2020”nin püşkatma səbətlərinin tərkibini təsdiq edib
20/11 | 19:16 Badminton üzrə respublika çempionatının açılış mərasimi keçirilib
20/11 | 18:55 AGF 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün könüllülərin qeydiyyatını elan edir
20/11 | 18:02 Budo üzrə paytaxt turnirində 500 idmançı birincilik uğrunda mübarizə aparıb
20/11 | 17:51 Məhəmmədrəsul Məcidov peşəkar boksda ikinci döyüşünü keçirəcək
20/11 | 17:34 Azərbaycanın voleybol hakimi “Alba”-“Konegliano” oyununa təyinat alıb
20/11 | 16:51 Futbol üzrə Azərbaycan I Divizionda XI turun oyunları üçün bütün təyinatlar məlum oldu
20/11 | 15:52 Boks üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib
20/11 | 15:13 Azərbaycan Premyer Liqasında XII turun oyunları üçün bütün təyinatlar müəyyənləşdi
20/11 | 14:41 Azərbaycanın U-16 komandasının təlim-məşq toplanışına 28 futbolçu dəvət olunub
20/11 | 14:14 FIFA referimiz İnqilab Məmmədov dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb
20/11 | 13:17 10 yaşlı gimnastımız Mina Abbasova beynəlxalq turnirin ikincisi olub
20/11 | 12:29 Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında voleybol birinciliyinə start verilib
20/11 | 11:32 Joze Mourinyo “Tottenhem” klubunun baş məşqçisi təyin edilib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
İlk “Bakı Avropa Oyunları 2015” rəsmi internet səhifəsi açıldı!
Tarix: 13.07.2013 | Saat: 01:40:00 | E-mail | Çapa göndər
Alov Qüllələrində möhtəşəm panorama!

“Bakı Avropa Oyunları 2015” təşkilat komitəsi www.baku2015.com rəsmi internet səhifəsini təqdim edir və İlk Avropa Oyunlarının başlanmasına qalan “700 gün”-ə start verir.

İdman.com.az saytı xəbər verir ki, 7-8 dekabr 2012-ci il tarixində Romada keçirilmiş 41-ci AOK Baş Assamblyeasında, Avropanın 49 Milli Olimpiya Komitələri Azərbaycan Respublikasının paytaxtı, Bakı şəhərini 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarını qəbul edən şəhər kimi gizli səsvermə yolu ilə 84% əksər səs çoxluğu ilə təsdiqləmişdir. Avropanın idman və mədəniyyət aləmi üçün tarixi hadisə hesab edilən İlk Avropa Oyunları 2015-in açılış mərasimi 2015-ci il iyunun 12-də, bağlanış mərasimi isə, 2015-ci il 28 iyun tarixində keçiriləcəkdir.

Bu, sözün əsl mənasında, Azərbaycanın həm ölkə daxilində, həm beynəlxalq səviyyədə idman inkişafının təşviqinə və fəal şəkildə inkişafına olan xüsusi sadiqliyinin və bu işdəki qətiyyətinin digər nümunəsidir. Avropa tarixində ilk dəfə olaraq keçiriləcək bu Oyunların təşkil edilməsinin Azərbaycana həvalə edilməsi faktı beynəlxalq və Avropa Olimpiya hərəkatına ölkəmizin sadiqliyinə, idman, fiziki tərbiyə və mədəniyyət sahəsində apardığı fəaliyyətə və əldə edilmiş nailiyyətlərə verilən yüksək qiymətdir.

İlk oyunlara ev sahibi olacaq Azərbaycanın uğuru və xüsusi rolu Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin 31 iyul 1997-ci il tarixində Milli Olimpiya Komitəsinin Prezidenti kimi seçilməsindən sonra başlanmış düşünülmüş və uzaq görən siyasətin nəticəsidir. Sonrakı illər ərzində Azərbaycanda idman və mədəniyyət sahəsində ciddi nailiyyətlər əldə edilmiş, bu sahənin inkişafına diqqət yönəlmişdir ki, ölkə nəinki öz iqtisadi inkişafı, o cümlədən strateji və mədəni perspektivləri ilə dünyada xüsusi yer tutmuşdur. Beləliklə, məntiqi olaraq, Azərbaycan həm idman uğuru, həm dünya və Avropa səviyyələrində çempionat və tədbirləri, o cümlədən ölkəmizdə nüfuzlu beynəlxalq yarışları təşkil etməklə, dünyanın idman mərkəzlərindən birini çevrilmişdir. Burada 2012-ci ildə keçirilmiş Avropa Ağır Atletika Ustaları Çempionatı, 57-ci İllik Avroviziya Mahnı Müsabiqəsi və FİFA-nın 17 yaş Qızlar arasında Dünya Kuboku kimi mühüm silsilə tədbirləri qeyd etmək olar. 2013-cü ildə, ölkə həmçinin BEİD Dırmanma üzrə Dünya Kuboku və F2 Bakı Qran Pri tədbirlərini qəbul etmişdir. Gələn illərdə Azərbaycan bir sıra yüksək səviyyəli çempionat və yarışları, o cümlədən 2015-ci il üzrə Dünya Kuboku, Beynəlxalq Şahmat Olimpiadası 2016 və MMBA Dünya İdman Mətbuatı Assosiasiyasının 2014-cü ildə Qurultayını keçirməyi planlaşdırır. Bununla belə, ən vacib fakt ondan ibarətdir ki, Bakıya ilk Avropa Oyunlarını 2015 keçirmək hüququ verilmişdir. Şəhər yenidən olaraq IV İslam Həmrəyliyi Oyunlarını 2017 qəbul etmək üçün namizədliyini irəli sürüb. Biz tam sadiqik və inanırıq ki, Azərbaycana bu cür yüksək səviyyəli tədbiri keçirmək hüququ veriləcəkdir.

Bütün bunlar ilk Avropa Oyunlarını ən yüksək təşkilati səviyyədə keçirmək üçün güclü zəmin yaradır. Buna görə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Bakıda ilk Avropa Oyunlarını 2015 lazımi səviyyədə keçirmək məqsədilə Prezident İlham Əliyev Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin İcra Komitəsinin üzvü və YUNESKO-nun Xoşməramlı səfiri, Birinci Xanım Mehriban Əliyevanın sədrliyi ilə iyun-iyul 2015-ci il tarixlərində Bakıda ilk Avropa Oyunlarını keçirmək məqsədilə Təşkilat Komitəsinin yaradılması haqqında fərman imzalamışdır.

Bu gün, 12 iyul 2013-cü il tarixində, “Bakı Avropa Oyunları 2015” Təşkilat Komitəsi bu tədbirin rəsmi xəbərlər mənbəyi olacaq www.baku2015.com internet səhifəsini açmışdır. Bu gün təqdim edilən internet səhifəsi 12 iyul 2015-ci il tarixində Bakı Avropa Oyunlarının ilk gününə qalan “700 gün” hesabına start verildiyi olduqca xüsusi tarixə həsr olunur.

Açıldığı tarixdən etibarən, rəsmi internet səhifəsi dünyanın bütün yerlərində olan insanlara ilk Avropa Oyunlarının məramı, keçirildiyi yeri və miqyası, idman növləri və yerləri haqqında məlumat almaq, Azərbaycan Respublikasının coğrafiyası, tarixi, iqtisadiyyatı, idmanı, mədəniyyəti və bir çox digər mühüm sahələri ilə tanış olmaq və Bakı şəhərinin tarixi, sosial həyatı, nəqliyyatı və internet səhifəsinə daxil olanların marağın səbəb olacaq digər mühüm təfərrüatları öyrənmək imkanını yaradacaq.

İnternet səhifəsi Bakı Avropa Oyunlarına 2015 aid hazırlıq işlərinin gedişi ilə əlaqədar dövri olaraq yeniləşəcək və Oyunlara müsafir, könüllü, idman azarkeşi və media nümayəndələri kimi qatılan insanlar üçün interaktiv bölmələri təqdim edəcək.

İlk Avropa Oyunların tarixində bu iki mühüm hadisəni qeyd etmək üçün bu gün saat 22:00-dən saat 00.00-a qədər vətəndaşlar və Bakı şəhərinə səfər edən qonaqlar tanınmış Alov Qüllələrin divarlarında və Bakının mərkəzində qurulmuş çöl TV ekranlarında “700 gün” hesabını gözəl rəqəmsal panoramasını seyr etmişdirlər.

Bakı Avropa Oyunları 2015 haqqında:

Avropa Oyunları Avropanı əhatə edən 49 milli olimpiya komitələrindən olan atletlər üçün çox idman növlü tədbirdir və dörd ildə bir dəfə keçirilir. İlk Avropa Oyunlarının keçirilməsi hüququ Azərbaycana, Bakıya verilmişdir. Oyunlar Avropa Olimpiya Komitəsi tərəfindən aparılır, təşkil edilir və idarə olunur. Avropa Oyunları İtaliyada, Romada 2012-ci il dekabrın 9-da Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısında təsis edilmişdir və həmin vaxt Avropanın milli olimpiya komitələrinin əksər səs çoxluğu ilə Avropa Oyunları yaradılmışdır. Həmin Baş Assambleyada Milli Olimpiya Komitələri əksər səs çoxluğu ilə bu Oyunların keçirilməsini Azərbaycanın Bakı şəhərinə həvalə etmişdir.

Əlavə məlumat üçün lütfən internet səhifəmizə daxil olun www.baku2015.com

Bakı Avropa Oyunları 2015 haqqında operativ məlumatla tanış olmaq üçün lütfən bizi Facebook https://www.facebook.com/baku2015official , YouTube http://www.youtube.com/baku2015

, Twitter https://twitter.com/BakuGames2015 və Google + da izləyin https://plus.google.com/u/0/b/107555737307037607151/107555737307037607151/posts
Xəbər 1615 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
09.01.2019 Lozannada 2020-ci ildə gənclər arasında III Olimpiya oyunlarının talismanı təqdim edilib
12.11.2018 İtaliya 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
29.12.2016 AİJA 2016-nın laureatlarını elan edib
26.04.2016 Avropa qran prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışı olub
22.11.2014 Patrik Hikki: Avropa oyunlarına hazırlıq yüksək səviyyədədir
21.11.2014 Azərbaycan Prezidenti AOK-un Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib
21.11.2014 BOK prezidenti AzDBTİA-nın fəxri doktoru adını aldı
20.11.2014 Tomas Bax AzDBTİA-nın fəxri doktoru olacaq
14.11.2014 İlk Avropa Oyunlarının məşəli Yanardağda alovlansın!
25.06.2014 4-7 yaşlı uşaq atletlər hazırlanması layihə


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru