Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/03 | 20:22 Azərbaycan karateçisi Türkiyədə Premyer Liqada medal qazanıb
17/03 | 19:24 Azərbaycanın iki gimnastı Niderlandda qızıl medal qazanıb
17/03 | 16:25 Azərbaycan Basketbol Liqası: "Sumqayıt" səfərdə qələbə qazanıb
17/03 | 16:06 Azərbaycan gimnastları “AGF Tropy” beynəlxalq turnirində qızıl medallar qazanıblar
17/03 | 11:37 Qızıl Avropa Liqasında iştirak edəcək Azərbaycan millilərinin oyunlarının vaxtı bəlli olub
17/03 | 09:29 Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"un, "Sabah" "Sumqayıt"ın qonağı olacaq
16/03 | 17:36 Azərbaycan Basketbol Liqası: “Sabah” səfərdə “Cəlilabad”ı məğlub edib
16/03 | 16:30 Azərbaycan idmançısı Dünya Seriyasında şəxsi rekordunu yeniləyib
15/03 | 22:54 Güləş üzrə Azərbaycan çempionatı başa çatıb
15/03 | 14:08 Bakıda idman gimnastikası üzrə “AGF Trophy” turnirinə start verilib
15/03 | 10:57 Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
15/03 | 10:01 U-15 Azərbaycan çempionatında sərbəst güləş üzrə qaliblər müəyyənləşib
15/03 | 08:37 Avropa Liqası: “Qarabağ” 1/8 finalda mübarizəni dayandırıb
14/03 | 22:05 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
14/03 | 21:11 Yüksək Liqa: “Murov Az Terminal” “Neftçi”ni məğlub edib
14/03 | 14:43 Azərbaycan voleybol millisi Antalyada təlim-məşq toplanışı keçəcək
14/03 | 13:13 Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında mübarizəyə qoşulublar
14/03 | 12:26 Voleybol üzrə Azərbaycan millisinin təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub
14/03 | 11:29 Futzal üzrə Yüksək Liqada IV dövrəyə start veriləcək
14/03 | 09:52 Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb
14/03 | 09:49 Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib
13/03 | 21:55 "Neftçi" Azərbaycan çempionatında 11-ci qələbəsini qazanıb
13/03 | 20:08 Qadın basketbolçular arasında Azərbaycan çempionatı keçiriləcək
13/03 | 18:00 Azərbaycan güləşçiləri Qazaxıstanda keçirilən turnirdə 10 medal qazanıblar
13/03 | 13:02 Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin açılış mərasimi keçirilib
13/03 | 10:18 Güləş üzrə Azərbaycan çempionatının ilk günündə 200-ə yaxın idmançı mübarizə aparıb
13/03 | 09:11 Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib
12/03 | 16:26 2026-cı ildə voleybol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək
12/03 | 16:21 Stend atıcılığı üzrə Bakı Kuboku keçiriləcək
12/03 | 14:28 Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər
12/03 | 12:50 Azərbaycanın boks millisi Paris-2024-ə ən çox lisenziya qazanan ölkələrin siyahısında yer alıb
16/02 | 18:45 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
16/02 | 15:06 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
16/02 | 14:05 “Böyük dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
16/02 | 12:52 Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 25 19 3 3 65-21 60
2 Sumqayıt 26 10 9 7 25-30 39
3 Sabah 26 10 7 9 37-31 37
4 Neftçi 26 10 7 9 31-29 37
5 Səbail 26 10 7 9 39-38 37
6 Zirə 25 9 9 7 18-14 36
7 Turan 25 8 8 9 38-35 32
8 Araz 25 8 7 10 26-33 31
9 Kəpəz 26 7 6 13 28-45 27
10 Qəbələ 26 4 3 19 19-50 15
Veteran idman jurnalistləri

Mirpaşa Miriyev

(24.06.1920 – 12.06.2007)


Tanınmış idman jurnalisti Mirpaşa Mirismayıl oğlu Miriyev 1920-ci il iyunun 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin qiyabi şö­bəsinə daxil olub, təhsil aldığı müddətdə “Azərnəşr”də korrektor işləyib, “Gənc işçi”qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin səhifələrində ilk yazılarını nəşr etdirib.

M.Miriyev “Dəmir qala” (Bakı, 1942-ci il), “Bir zavodun idmançıları” (Bakı, 1953-cü il), “Kənd idmançıları” (Bakı, 1954-cü il), “Çempionlar” (Bakı, 1954-cü il), “Birləşən yollar” (Bakı, 1965-ci il) kitablarının müəllifi olub.

İkinci dünya mü­haribəsi başlayanda, Azərbaycanda redaksiyaların çoxu bağlandı. ”Gənc işçi” qəzeti də fəaliyyətini dayandırmalı oldu. Redaksiyanın üç işçisi - redaktor İsrafil Nəzərov, redaktor müavini Bö­yü­kağa Həsənov və Mirpaşa Miriyev radio verilişləri komitəsinə, cəbhəyə yollanan işçiləri əvəz etməyə göndərildilər.

1947-ci ildə Mirpaşa müəllim ”Azərbaycan gəncləri” qəzetinin redaktoru, onunla hələ “Gənc işçi” qəzetindən həmkar olan Bö­yü­kağa Həsənovun dəvəti ilə həmin qəzetə redaktor müavini vəzifəsinə keç­di.

M.Miriyev 1950-ci ildə “Azərbaycan bədən tərbiyəçisi” və “Fizkulturnik Azerbaydjana” qəzetlərinə redaktor təyin olunub və 37 il fasiləsiz olaraq bu qəzetlərə rəhbərlik edib. 1987-ci ildə M.Miriyev təqaüdə çıxandan sonra “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin sədr müavini vəzifəsində çalışıb.

Müxtəlif diplomlarla, tərifnamələrlə təltif olunan M.Miriyev həmçinin Respublikanın Əməkdar jurnalisti, Prezident təqaüdçüsü idi.

2007-ci il iyunun 12-də, 87 yaşında vəfat edib.

Oqtay Atayev

(19.12.1929 – 12.03.1991)


Oqtay Atayev Azərbaycan jurnalistikasının tanınmış simalarından, idmana və qələmə vurğun bir insan idi. 1929-cu il dekabrın 19-da dünyaya göz aç­mış Oqtay Əlirza oğlu Atayev Azərbaycan Dövlət Universitetinin (indiki - BDU) tarix fakultəsini bitirmişdi. Tələbəlik illərində idmanla ciddi məşğul olmuşdu, hətta Bakının “Dinamo” futbol komandasının mü­dafiəçisi mövqeyində də çıxış etmişdi.

Bir dəfə qüvvətli zərbə ilə qapıya tuşlanmış topu başı ilə geri qaytardı və bundan sonra onun gö­zü xeyli zəiflədi. O, məşqləri dayandırmaq məcburiyyətində qaldı. Amma idmandan ayrı qala bilmədi – istəsəydi də heç bacarmazdı. Bəlkə elə buna gö­rə tale onu idman jurnalistikasına gətirib çıxardı. Beləcə, Oqtay Atayev idman mübarizəsi meydanlarında baş verən böyük yarışların şahid-iştirakçısına çevrildi.

1960-70-ci illər qovuşağında Oqtay Atayev «Veçernı Baku» (sonralar – “Bakı” - “Baku”) qəzetinin əməkdaşı oldu. Nəşrin baş redaktoru Nəsir İmanquliyev yenilikçilik ruhunun və qeyri-standart ideyaların təşviqedicisi kimi redaksiyada əsl yaradıcı ovqat qurmuşdu. O illərdə qəzetin informasiya və idman şö­bəsinin mü­diri vəzifəsində çalışan Oqtay Atayevin istedadı yeni çalarları ilə daha da parlaqlaşdı. O, təkcə idman deyil, bir çox aspektdə məqalələrin müəllifi kimi respublikada ən çox oxunan jurnalistlərdən birinə çevrildi.

1976-cı ildə o, Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsində məsul vəzifəyə – sədr müavinliyinə təyin edildi. Çox maraqlıdır ki, hətta bu vəzifəni tutmasına baxmayaraq, o, mətbuat üçün məqalə hazırlmağa davam edirdi, axı, yazıb-yaratmaq onun üçün hər udduğu yeni nəfəs idi. Onun qəlbinə hakim kəsilmiş jurnalist ruhu, ən nəhayət, qalib gəldi və 1987-ci ildə Oqtay Atayev “İdman” - “Sport” qəzetinə rəhbərlik etməyi öz öhdəsinə götürdü.

Oqtay Atayev həyatının sonunadək – 1991-ci il martın 12-nə qədər “İdman” - “Sport” qəzetinin baş redaktoru olub.

Arif Şəfizadə

(18.11.1933 – 01.04.2000)


Arif Təhməz oğlu Şəfizadə 1933-cü il noyabrın 18-də Bakı şəhərində anadan olub.
1953-1958-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki - BDU) ali təhsil alıb.

Uzun müddət Azərbaycan Dövlət Televiziyasında İdman verilişləri redaksiyasının baş redaktoru olub. “Məhəbbətim mənim futbol” verilişi ilk dəfə 1982-ci ildə onun rəhbərliyi ilə efirə çıxıb.

1993-cü ildə “İdman” qəzetinə baş redaktor təyin edilib. A.Şəfizadə həmin qəzetdə işlədiyi vaxtlarda neçə-neçə gəncin idman jurnalisti kimi yetişməsində bö­yük rol oynayıb. 1996-cı ildə səhhəti ilə əlaqədar, öz xahişi ilə, “İdman” qəzetinin baş redaktoru vəzifəsindən azad edilib.

2000-ci il aprelin 1-də vəfat edib.

Aqşin Kazımzadə

(17.12.1937 – 10.06.2011)


Tanınmış alim Zəki Kazımzadənin ailəsində boya-başa çatan Aqşin Kazımzadə jurnalistikada ilk addımlarını 1956-cı ildə, hələ Azərbaycan Sənaye İnstitutunun (indiki Dövlət Neft Akademiyasının) tələbəsi olarkən, “Molodyoj Azerbaydjana” qəzetində atıb.

Sonralar o, “Fizkulturnik Azerbaydjana” (indi ”İdman”) və “Panorama” qəzetlərinə rəhbərlik edib, “Bakinski raboçi”, “Gü­nay”, “Bizim əsr”, “Zerkalo”, “Vışka”, “Kaspi“ və digər rusdilli nəşrlərdə çalışıb. “Sovetski sport” qəzetinin müxbiri olub. Xü­susi müxbir kimi futbol üzrə bir neçə dünya və Avropa çempionatında - İngiltərədə (1966-cı il), Meksikada (1970-ci il), Argentinada (1978-ci il), İspaniyada (1982-ci il) və Fransada (1984-cü il) olub. 5 olimpiya oyunlarında da olub.

90-cı illərin əvvəllərində “İdman” qəzetinin baş redaktoru vəzifəsindən gedən Aqşin Kazımzadə yeni yaradılan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında Beynəlxalq əlaqələr departamentinə başçılıq etdi. Bir müddətdən sonra Kazımzadə həftəlik “AFFA NEWS”a rəhbərlik etdi. Sonra isə hamıya yaxşı tanış olan “Panorama” qəzetində idman şö­bəsinin mü­diri vəzifəsini tutdu və qısa müddətdən sonra bu qəzetin baş redaktoru oldu.

Sonralar jurnalist fəaliyyətini “Trend” informasiya agentliyində, “Səhər”, “Gü­nay”, “Bizim əsr”, “Zerkalo”, “Vışka”, “Bakinski raboçi” qəzetlərində davam edirib. Bir müddət “Azərenerji” ASC-nin mətbuat xidmətinə rəhbərlik edib. Ömrü­nün son illərində yazıları “Kaspi” və “İdman” qəzetlərində dərc olunurdu.

Azərbaycanın Əməkdar jurnalisti, milli “Qızıl qələm”, “İnam”, Həsən bəy Zərdabi adına mü­kafatların laureatı, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının üzvü olub, “Tərəqqi” medalı və çoxlu fəxri diplomlara layiq görülüb.

Həyatda və peşəsində öz yolunu, öz yerini tapmağı bacaran, 70 ildən azacıq çox yaşayan istedadlı və parlaq insan 2011-ci ildən aramızda yoxdur.

Valid Sənani

12.05.1935 - 23.01.2011


1935-ci il mayın 12-də İçərişəhərdə, məşhur aktyor Möhsün Sənaninin ailəsində anadan olub. 1952-ci ildə 7 nömrəli orta məktəbi qurtarıb və Bakı Dövlət Universitetinin geologiya fakültəsinə daxil olub. Valid Sənani 1957-ci ildə BDU-nun geoloji-coğrafiya fakültəsini bitirib. 1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayıb. 1958-ci ildən 1967-ci ilədək radionun «Xəbərlər» baş redaksiyasında redaktor, böyük redaktor, baş redaktorun müavini, 1967-1991-ci illərdə baş redaktor, proqram baş redaksiyasının direktoru vəzifələrində işləyib. 1991-ci ilin martında Azərbaycan Jurnalistlər Birliyi sədrinin müavini seçilib. Bu vəzifədə qalmaqla 1998-2001-ci illərdə AzTV-nin «Səhər» redaksiyasında redaktor, 2001-2005-ci illərdə «Lider» televiziyasında dublyaj redaktoru, 2005-ci ilin may ayından ömrünün sonunadək «Space» televiziyasında redaktor işləyib.

Azərbaycan televiziyasının ilk futbol şərhçisidir. Bir sıra radiooçerklərin, radiokompozisiyaların müəllifidir. Bakıda keçirilən mühüm dövlət tədbirlərinin, habelə keçmiş sovet respublikalarında Azərbaycanla bağlı tədbirlərin radio və televiziya ilə canlı yayımlarının aparıcısı olub.

1989-cu ildə «Əməkdar Jurnalist» fəxri adına layiq görülüb.

23 yanvar 2011-ci ildə vəfat edib.

Abas Əzimov

(19.12.1936 - 31.08.2018)


Abas Əzim oğlu Əzimov 1936-cı il dekabrın 19-da Bakı şəhərində anadan olub. Bakı neft texnikumunda oxuduğu illərdə (1956-1959) «Dinamo» cəmiyyətində əməkdar məşqçi Əfqan Səfərovun rəhbərliyi altında yüngül atletika ilə məşğul olmağa başlayıb. Həmin illərdə orta ixtisas məktəbləri arasında keçirilən spartakiadalarda iştirak edərək 5000 və 10000 metr məsafələrə qaçanlar arasında mükafata layiq yerləri tutub. Texnikumu bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində (1961-1967) ali təhsil alıb. O, ali məktəb tələbələri arasında keçirilən yarışlarda da uğurla çıxış edib, fəxri fərmanlarla təltif edilib. A.Əzimov Azərbaycan və Bakı çempionatlarında «Dinamo»nun şərəfini qoruyub.

Universitetdə oxuduğu illərdə hakimliyə başlamış, 1962-ci ildə respublika, 1969-cu ildə isə Ümumittifaq dərəcəli hakim adını qazanmışdır. 1980-cı ildə Moskvada keçirilən XXII yay Olimpiya Oyunlarında hakimlik edib. Gözəl hakimliyinə görə o, Olimpiadanın xatirə medalına layiq görülüb. Bundan əlavə o, Avropa çempionatı, Avropa Kuboku, «Dostluq–84» və bir çox beynəlxalq turnirlərin hakimi olub. A.Əzimov 1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvüdür. 1962-ci ildən 1997-ci ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətində idman proqramları redaksiyasında redaktor və baş redaktor müavini vəzifələrində çalışıb. 1995-ci ilin idman yekunlarına görə A.Əzimov ilin ən yaxşı idman jurnalisti sayılıb. 1997-ci ildən Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) üzvüdür.
1997-ci ilin aprelindən indiyədək Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) işləyir. 2008-ci ildən AFFA-da yaranan futbol muzeyinin direktorudur. «Neftçi-70», «Xatirələrdə yaşayanlar» və «Futbolumuzun futzal səlnaməsi» kitablarının müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Abas Əzimov 5 mart 2008-ci ildə «Əməkdar jurnalist» fəxri adına, 21 dekabr 2016-cı ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Uzun sürən xəstəlikdən sonra A.Əzimov 31 avqust 2018-ci il tarixdə vəfat edib.

Şamil Şahməmmədov


Şamil Məmməd oğlu Şahməmmədov 1934-cü ildə anadan olmuşdur. Fəal jurnalist yaradıcılığı ilə XX əsrin 50-ci illərindən Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin tələbəsi ikən məşğul olmağa başlamışdır.

O, əvvəl radio ilə əməkdaşlıq etmiş, 1957-ci ildən isə dördüncü kurs tələbəsi olmasına baxmayaraq, yeni yaradılan paytaxt qəzeti "Bakı"ya işə götürülmüşdür. O, əvvəl müxbir, şöbə müdiri, sonra məsul katib işləmiş və nəhayət, baş redaktor vəzifəsinədək yüksəlmişdir. "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor müavini və AzərTAc-da baş direktor olması Şamil Şahməmmədovun jurnalist bioqrafiyasına parlaq səhifələrdən biri kimi yazılmışdır.

Respublikanın Əməkdar mədəniyyət işçisi və "Qızıl qələm" mükafatı laureatıdır. 2002-ci ildə "Şöhrət" ordeni ilə təltif olunan Şamil Şahməmmədov bu yüksək dövlət mükafatını Azərbaycanda alan ilk jurnalist olmuşdur. Prezident təqaüdçüsüdür.

Azərbaycan futbolundan yazmaq, onun inkişafına kömək edə biləcək təhlillər aparmaq əsl jurnalist kimi Şamil Şahməmmədovu daim düşündürmüşdür. Onun iyirmi il ərzində “idman jurnalisti” kimi “Kommunist”, “Ədəbiyyat və incəsənət”, Moskvanın, Kiyevin axşam qəzetlərində, habelə “Ulduz” jurnalında onlarla futbol icmalları dərc olunmuşdur. “İşıq” nəşriyyatı onun “Neftçi” futbol komandasından bəhs edən “Neftçi” kitabını çapdan buraxmışdır.

Oqtay Bayramov

Oqtay Nəsib oğlu Bayramov 1945-ci il yanvarın 1-də Qazax şəhərində anadan olub.

1968-ci ildə Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunun İspan dili şöbəsini bitirib.

1966-1967-ci illərdə Kuba Respublikasında tərcüməçi işləyib. 1968-ci ildən 1995-ci ilədək “İdman” - “Sport” qəzetləri redaksiyasında tərcüməçi, ədəbi redaktor, xüsusi müxbir, şöbə müdiri, redaktor müavini, baş redaktorun birinci müavini vəzifələrində çalışıb.

1995-ci ildən 2019-cu ilədək “Xalq qəzeti”ndə çalışıb.

1980-1986-cı illərdə Yuqoslaviya, Çexoslavakiya, Macarıstan və Meksikada basketbol, həndbol və futbol üzrə Avropa və dünya çempionatlarını işıqlandıran SSRİ idman jurnalistləri qrupunun tərkibində olub.

1993-cü ildə Hollandiyada Yeniyetmələrin Avropa Olimpiya Həftəsindən materiallar hazırlamaq üçün respublika Dövlət İdman Komitəsi tərəfindən həmin ölkəyə ezam olunub.

Bir neçə kitabın müəllifi, redaktoru və tərcüməçisidir. Həmçinin Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin 2007-ci ildə nəşr etdirdiyi "Azərbaycan Milli Ensiklopediyası"nda bədən tərbiyəsi və idman bölməsinin həmmüəllifidir.

Azərbaycan idmanının təbliğində və inkişafında xidmətlərinə görə respublikanın Əməkdar jurnalisti, Fəxri bədən tərbiyəsi və idman işçisi adlarına layiq görülüb. Həsən bəy Zərdabi mükafatı laureatıdır.

Şakir Yaqubov

25.02.1951


Şakir Yaqubov 1951-ci il fevralın 25-də Astaranın Bala Şahağac kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib.

1974-2000-ci illərdə "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti"), "Həyat" (indiki "Azərbaycan"), "Sirdaş", "Səhər" və "AFFA news", "Panorama" qəzetlərində müxtəlif vəzifələrdə, sonrakı 10 ildə isə Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, "İqtisadiyyat və audit" elmi-praktik jurnalının məsul redaktoru vəzifəsində çalışıb.

"Mən şahidəm ki...", "Qətiyyətin təntənəsi", "Hakim mərkəzi göstərər", "Bizim səfər haçandı?!", "Banişevski olduğu kimi", "Taleyimdən keçənlər" və "Yaddaşımın küncündən..." kitablarının müəllifi, "Vətən bizim şöhrətimiz...", "Bizim müasirimiz", "On ikinci şeyxülislam" və "Qanlı Yanvar dialoqu" kitablarının həmmüəllifidir.

İki dəfə – sovet dövründə (1989-cu il) və müstəqillik illərində (2005-ci il) "Əməkdar mədəniyyət işçisi" fəxri adına,2014-cü ildə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatına, habelə "Qızıl qələm" və Həsən bəy Zərdabi mükafatlarına, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb. "Azərbaycan Respublikasının fəxri auditoru" adını almış ilk peşəkar jurnalistdir.

Məzahir Süleymanzadə

22.12.1952


1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib.

Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş yubilyar Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib.
1974-1979-cu illlərdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alıb. Müxtəlif illərdə «Leninskoe znamya», «Krasnaya zvezda», «İdman» - «Sport» qəzetlərində, «Sovetski voin» jurnalında çalışıb. «Kommunist» qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub.

1984-1994-cü illərdə «Qızıl qələm», «Həsən bəy Zərdabi», «Mirzə Cəlil», həmçinin «Araz» Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Həmin il müstəqil Azərbaycan mətbuatının ilk qaranquşlarından sayılan «Səhər» qəzetini təsis edib.

Elmi, pedaqoji fəaliyyətlə də məşğul olan M.Süleymanzadə çoxsaylı kitablar müəllifidir. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb.

Yaqub Nuriyev

10.07.1953


Yaqub Nuriyev 1953-cü il iyul ayının 10-da Zəngəzur mahalının Sisyan rayonunda anadan olub. 1970-ci ildə Sofulu kənd orta məktəbini bitirərək ali təhsil almaq üçün Bakıya gəlib. Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsində təhsil almaqla bərabər Yeni Bakı Neftayırma zavodunda çilingər işləyib. O vaxtlar zavodun çoxtirajlı “Neftayıran” qəzetində idman mövzusunda çıxışlar edib.

1988-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib və o vaxtdan həmin ali təhsil ocağının “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası” kafedrasının baş müəllimidir.

1974-cü ildən respublika mətbuatı, xüsusilə “İdman”, “Azərbaycan gəncləri”, “Bakı” qəzetləri və Azərbaycan radiosu ilə əməkdaşlığa başlayıb. Radioda ştatdankənar müxbirlikdən şöbə müdiri vəzifəsinədək yüksəlib və 2009-cu il oktyabrın 1-dək həmin təşkilatda çalışıb. 6 dəfə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, habelə Azərbaycan İdman Jurnalistlər Assosiyasiyasının mükafatları ilə təltif olunub, dəfələrlə ilin ən yaxşı idman jurnalisti seçilib. 2003-cü ildə “Fəxri bədən tərbiyəsi və idman işçisi”, 2008-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Saleh Salahzadə

26.08.1953


Saleh Tağı oğlu Salahzadə 1953-cü il avqustun 26-da anadan olub.
Leninqrad Xüsusi Hərbi Müxbirlər Məktəbini hərbi müxbir, ardınca Mədəniyyət və İncəsənət Universitetinin teatrşünas ixtisası üzrə ali təhsil alıb.
ATƏT-lə BBC-nin birgə layihəsi əsasında “Müharibə və seçkilər şəraitində jurnalist işi” üzrə xüsusi kursunu bitirib.
Azərbaycan Dövlət Teleradio verilişləri şirkətində 1978-1995-ci illərdə radio və televiziyanın idman baş redaksiyalarında “Respublikamızın bədən tərbiyəsi kollektivlərində”, “Radionun idman gündəliyi”, “İdman” radio jurnalında yüzlərlə oçerq reportaj və şərhlər hazırlayıb.
2004-2016-cı illərdə “Sportsman” jurnalında çalışıb. Müxtəlif mətbuat orqanlarında idman mövzusunda bir sıra məqalələri dərc olunub.
1996-ci ildən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvüdür.
Sambo üzrə idman ustasıdır.

Altay Zahidov

Çingiz İsmayılov

Aydın Əliyev

Xədicə Orduxanova

Məlumatların sayı: 16     

  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru