Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
27/06 | 10:11 “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına 25 gün qalıb
26/06 | 23:08 Cəmaləddin Məhəmmədov: "Qalib gəlmək üçün çalışırdım"
26/06 | 22:15 Hacımurad Hacıyev: “Mənim üçün böyük nəticədir”
26/06 | 21:30 Mahir Əmiraslanov: "Azərbaycan xalqına qızıl medal qazandırdığım üçün sevincliyəm"
26/06 | 21:00 Avropa Oyunları: 6-cı gün: Medal və medala doğru YENİLƏNİB
26/06 | 20:00 Sərbəst güləşçimiz Mahir Əmiraslanov “Minsk 2019”da Azərbaycana ilk qızıl medal qazandırıb
26/06 | 16:38 Avropa Oyunları: 6-cı gün: kayakçılar mübarizədə YENİLƏNİR
26/06 | 14:02 Avropa Oyunları: 6-cı gün: Güllə atıcılığında YENİLƏNİR
26/06 | 10:05 Avropa Oyunları: 6-cı gün: 3 medal şansı YENİLƏNİR
26/06 | 09:55 Avropa Oyunları: 6-cı gün: növbəti mərhələyə ümidlə YENİLƏNİR
25/06 | 20:05 Avropa Oyunları: 5-ci gün: 1 qızıl və 2 bürünc uğrunda YENİLƏNİB
25/06 | 19:52 Avropa Oyunları: 5-ci gün: oxatanların mübarizəsi başa çatdı YENİLƏNİB
25/06 | 19:30 Avropa Oyunları: 5-ci gün:daha iki medal şansı- YENİLƏNİB
25/06 | 19:24 Avropa Oyunları: 5-ci gün: Lunyovun daha bir startı YENİLƏNİB
25/06 | 19:00 Avropa Oyunları: 5-ci gün: batutda fərdi yarışlar günü YENİLƏNİR
25/06 | 18:00 Avropa Oyunları: 5-ci gün: 3-cü oyunu gözləmədən növbəti mərhələyə YENİLƏNİB
25/06 | 16:30 DİN-in əməkdaşı yeddinci dəfə pauerliftinq üzrə Avropa çempionu olub
25/06 | 15:26 Xüsusi olimpiyaçılarımız futbol turnirində mübarizə aparacaqlar
25/06 | 14:36 Azərbaycanın futbol hakimləri üçün seminar keçirilib
25/06 | 12:20 Avropa Oyunları: 5-ci gün: cüdoçularımız qarışıq komanda yarışında mübarizəni dayandırıblar YENİLƏNİB
25/06 | 11:50 Avropa ikincisi olan azərbaycanlı sərbəst güləşçilər vətənə qayıdıb
25/06 | 11:27 Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının yeni filialı açılıb
25/06 | 10:35 İrina Kindzerska: “Bütün qələbələr idmançı üçün böyük müvəffəqiyyətdir”
25/06 | 09:51 Avropa Oyunları: 5-ci gün: qonşuluqda finiş YENİLƏNİB
25/06 | 00:55 Elmar Qasımov: “Bu qalibiyyətim məni daha həvəsləndirdi”
24/06 | 21:00 Avropa Oyunları: 4-cü gün: Cüdoçuların 3 bürünc medalı - YENİLƏNİB
24/06 | 20:50 Avropa Oyunları: 4-cü gün: Sotomayor medalın bir addımlığında- YENİLƏNİB
24/06 | 19:54 Məmmədəli Mehdiyev: "Bütün fikirlərimi topladım və qalib gəldim"
24/06 | 19:54 Avropa Oyunları: 4-cü gün: Batutçu cütluk 5-ci pillədə - YENİLƏNİB
24/06 | 19:20 Avropa Oyunlarının: 4-cü gün: debütdə badminton qələbəsi - YENİLƏNİB
24/06 | 18:38 Voleybolçularımız Olimpiya təsnifat oyunlarına hazırlığa başlayıblar
24/06 | 15:30 “Qarabağ” yeni mövsüm üçün ilk transferini reallaşdırıb
24/06 | 13:53 Çingiz Hüseynzadə Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi ilə görüşüb
24/06 | 12:46 FIDE-nin təşkilatçılığı ilə Bakıda hakimlər üçün seminar keçirilir
24/06 | 12:22 Heydər Əliyev adına Müasir Təhsil Kompleksində qılıncoynatma turniri keçirilib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 28 20 6 2 65-21 66
2 Neftçi 28 17 7 4 52-26 58
3 Səbail 28 12 5 11 34-37 41
4 Qəbələ 28 9 9 10 31-33 36
5 Zirə 28 8 7 13 30-40 31
6 Sabah 28 8 5 15 24-42 29
7 Sumqayıt 28 7 6 15 20-41 27
8 Keşlə 28 6 5 17 29-45 23
Səmti Müəyyən Etmə

Səmti müəyyənetmə idman növü üzrə açıq respublika çempionatının qalibləri müəyyənləşib

Nabranın meşə zolaqlarında keçirilən səmti müəyyənetmə idman növü üzrə növbəti açıq respublika çempionatına yekun vurulub. İki gün davam edən yarışda nazirlik, idarə, təşkilat və güc strukturlarını, klub və federasiyaları, idman cəmiyyətlərini, ali təhsil müəssisələrini təmsil edən 150-dən çox idmançı mübarizə aparıb.

Çempionat elektron qeydiyyat sisteminin tətbiqi ilə keçirilib. Yarışda idman xəritəçiliyi sahəsində tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələrindən istifadə olunub.

Turnirdə həm komanda hesabında, həm də fərdi yarışlarda qaliblər müəyyənləşib. “Neftçi” İdman Klubu” komanda hesabında açıq respublika çempionatının kubokunu qazanıb. “Dağçılıq” klubu ikinci, Müdafiə Nazirliyinin komandası isə üçüncü yeri tutub.

Fərdi yarışlarda bütün medallara “Neftçi” İdman Klubu”nun idmançıları yiyələniblər. Belə ki, Vladislav Tuzov qızıl, Gennadi Klim gümüş, Maksim Baxoldin isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, qaliblər oktyabr ayının sonlarında Türkiyədə keçiriləcək beynəlxalq yarışda ölkəmizi təmsil edəcəklər.

İdmançılarımız səmti müəyyənetmə üzrə Ukraynada keçirilmiş kubok yarışından uğurla qayıdıblar

Ukraynada keçirilən səmti müəyyənetmə idmanı üzrə “Xatirə kuboku–2018” yarışlarında iştirak edən Azərbaycan idmançıları uğur qazanıblar. Yarışda idmançılarımız Süleyman Əliyev və Sevda Verdiyeva 2-ci, Vladislav Tuzov isə 3-cü idman dərəcələri qazanıblar.

Ölkəmizi yarışlarda beş idmançı təmsil edib. Kişilərin yarışında 21E kateqoriyasında Süleyman Əliyev və Vladislav Tuzov, qadınların mübarizəsində isə 21E kateqoriyasında Sevda Verdiyeva və Anna Kamayeva güclərini sınayıblar. Həmçinin kişilər arasında 35 yaş kateqoriyasında Xəyyam Məmmədov mübarizə aparıb.

Yarışlarda 12,4 kilometr məsafəni 2 saat 37 dəqiqəyə qət edən Süleyman Əliyev 18-ci, 2 saat 46 dəqiqəyə tamamlayan Vladislav Tuzov isə 21-ci olublar. Qızların yarışında 9,8 kilometr məsafəni 2 saat 36 dəqiqəyə qət edən Sevda Verdiyeva 10-cu, Anna Kamayeva isə 18-ci yeri tutublar.

Yarışın sonuncu günündə idmançılar qısa məsafəyə qaçış üzrə güclərini sınayıblar. Psel çayının sahilində yerləşən qaçış ərazisində təşkil olunan yarışda Süleyman Əliyev 12-ci, Vladislav Tuzov isə 14-cü yerdə qərarlaşıblar. Qızlardan Anna Kamayeva 9-cu, Sevda Verdiyeva isə 16-cı olub. Xəyyam Məmmədov isə 12 yeri tutub.

Dağçılıq İdman Klubunun Açıq Çempionatı keçiriləcək

Noyabr ayının 29-u Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının dəstəyi ilə Dağçılıq İdman Klubunun səmti müəyyənetmə üzrə Açıq Çempionatı keçiriləcək. Belə ki, Qubanın Amsar kəndi yaxınlığındakı ərazinin meşə zolağında yalnız şəxsi hesabda olmaqla K21 və Q21 kateqoriyaları üzrə keçirilməsi planlaşdırılan yarışa saat 11:00-da start veriləcəkdir.

2015-ci il üzrə səmti müəyyənetmə mövsümünü birgə başa vurmaq üçün hər kəsi Dağçılıq İdman Klubunun Açıq Çempionatına dəvət edirik.

Açıq Ölkə çempionatına yekun vurulu

Şabran və Xaçmaz rayonlarında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin təşkilati dəstəyi ilə keçirilən səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Ölkə Çempionatına yekun vurulub. İki gün davam edın yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaları, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələri daxil olmaqla ümumilikdə 200-dən çox idmançı orta və uzun məsafə üzrə mübarizə aparıb.

Belə ki, Qalaaltı meşə zolağında təşkil edilmiş orta məsafədə K21 kateqoriyasında Latviyalı Delins Kaspars 4,7 km məsafədə yerləşdirilmiş 15 nəzarət məntəqəsində qeyd olunaraq finiş xəttinə birinci çaıb. Türkiyəli idmançı Cevdet Coşkun (AOSK) və Sergey Telegin (DİK) müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Həmin məsafə üzrə Q21 kateqoriyasında (4,0 km – 10 NM) Neftçi klubunun idmançısı, dəflərlə ölkə çempionu Nataliya Əliyeva qızıl medala sahib olub. Qalibdən bir neçə dəqiqə geridə qalan Anna Kamayeva (İrbis İK) gümüş, Verdiyeva Sevda (FHN) isə bürünc medal qazanıblar.

Yeni başlayan idmançılar üçün müəyyən edilmiş open kateqoriyasında kişilər arasında Kənan Tağızadə (AzTU) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnib. Dağçılıq İdman Klubunun idmançısı Fərid Şahbazov ikinci, Anton Pupov (Climb Club) isə üçüncü olmuşdur. Qadınlar arasında isə open kateqoriyasında Oksana Lyalyakina (DİK) 1,1 km məsafədə finiş xəttinə birinci, Fidan Məmmədova (Climb Club) ikinci, Alla Bağırova (DİK) isə üçüncü çatıblar.

Çempionatın ikinci günündə “Xəzər” turist bazasının meşə zolağında start verilən uzun məsafə üzrə yarışda K21 kateqoriyasında (7,2 km – 13 NM) Delins Kaspars (Latviya) ikinci qızıl medalı qazanmış, Mirzə Hüseynzadə (MES) ikinci, Cevdet Coşkun (AOSK) isə üçüncü olub. Qadınlar arasında uzun məsafədə Nataliya Əliyeva 5,4 km məsafədə yerləşdirilmiş 11 nəzarət məntəqəsində qeyd olunaraq yenə də fəxri kürsünün ən yüksək zirvəsində yer almış, Olqa Maşkova (DİK) və Anna Kamayeva (İrbis İK) isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Uzun məsafədə open kateqoriyasında kişilər arasında Səbuhi Əliyev (Təbiət Dostları) birinci, qalibdən bir neçə saniyə geri qalan Rüstəm İbrahimov (Nizami UYYM) ikinci, Anton Pupov (Climb Club) isə üçüncü olublar. Qadınlar arasında Fidan Məmmədova (Climb Club) 2,2 km məsafədə yerləşdirilmiş 8 nəzarət məntəqəsində qeyd olunaraq bütün rəqiblərini qabaqlayıb. Oksana Lyalyakina (DİK) və Şəms Baratzadə (Nizami UYYM) isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

İki günün nəticəsinə uyğun olaraq isə komanda hesabında Neftçi klubu bütün rəqiblərini geridə qoyaraq yarışın kubokunu qazanıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası ikinci, Dağçılıq İdman Klubu isə üçüncü olublar.

Eləcə də, yarışda fəal iştiraklarına görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları federasiyanın müvafiq diplomları ilə təltif olunublar.

Yarış iştirakçılarını nahar yeməyi və çadırlarla təmin edən Dövlət Sərhəd Xidmətinə və eləcə də digər təşkilati məsələlərdə dəstəyə görə Xüsusi Dövlət Mühafizə Xidmətinə federasiyanın fəxri fərmanları təqdim edilib.

Səmti müəyyən edənlərin ölkə çempionatı yekunlaşdı

Nabran qəsəbəsində Səmti Müəyyən Etmə Federasiyası, Xaçmaz rayon icra hakimiyyəti, Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə səmti müəyyən etmə üzrə açıq ölkə çempionatı keçirilib. İdman.com.az saytı xəbər verir ki, yarışa müxtəlif nazirlik, güc strukturları, idarə, təşkilat, ali təhsil müəssisələri, idman klubları, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici diplomatik missiyalarını təmsil edən 12-dən çox komanda qatılıblar.

Rəqabət 2 kateqoriya – “Elit” (peşəkar idmançılar) və “Open” (yeni başlayanlar) üzrə verilmiş istiqamətdə həm komanda, həm də fərdi hesabda təşkil olunub. İştirakçıların ümumi hesabı 140-a aşmayıb. İdmançılar öz kateqoriyasına müvafiq məsafəni keçərək, idman xəritəsində qeyd olunan nəzarət məntəqələrində elektron çip vasitəsi ilə müəyyən ardıcıllıqla qeyd olunmalı idilər.

İlk gündə elit kateqoriyası üzrə orta məsafədə kişilər arasında Müvəssil Allahverdiyev 7 km məsafədə 14 nəzarət məntəqəsində bütün rəqiblərini geridə qoyaraq, finiş xəttinə 1-ci keçib. “Neftçi” klubunun üzvü Şəhriyar İsmayılov 2-ci yeri tutub. Rəqibindən bir neçə dəqiqə geridə qalan Emin Məmmədov (“Dağçılıq” İdman Klubu) bürünc medal qazanıb. Bu məsafə üzrə (4.9 km, 11 nəzarət məntəqəsi) qadınlar arasında müfafiq olaraq Nataliya Əliyeva (“Neftçi” İK), Abaszadə Rəna (XDMX) və Nataliya Şiyanova (DİK) ilk 3 sırada qərarlaşıblar.

“Open” kateqoriyasında (3.9 km, 9 nəzarət məntəqəsi) kişilər arasında Anton Pupov (“Climb Club”) 1-ci, Aleksey Antonyuk (“Romsat”) 2-ci, Bəhruz Məmmədov (“Rock Stone”) 3-cü olublar. Qadınlarda Süsən Əliyeva (“Rock Stone”) 3.0 km məsafə üzrə 9 nəzarət məntəqəsində qeyd olunaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medala Fidan Məmmədova (“Climb Club”) sahib çıxıb. 3-cü yeri Ukrayna səfirliyi nümayəndəsi Tatyana Fedyukina tutub.

Yarışın 2-ci günündə “Elit” kateqoriyasında kişilər arasında qısa məsafədə (3.9 km, 13 nəzarət məntəqəsi) Şəhriyar İsmayılov (“Neftçi”) hamını qabaqlayıb. Gümüş medalı Ədail Qənbərov (XDMX) yiyələnib. 3-cü yerdə Süleyman Əliyev (“Neftçi” İK) qərarlaşıb. Qadınlarda (məsafə parametrləri: 3.5 km, 10 nəzarət məntəqəsi) Nataliya Əliyeva (“Neftçi”) qızıl medal qazanıb. Olqa Maşkova (DİK) 2-ci, Rəna Abbaszadə (XDMX) 3-cü olub.

“Open” kateqoriyasında kişilərdə Andrey Fedyukin (Ukrayna səfirliyi) fəxri kürsünün ən yüksək zirvəsinə çıxıb. Elvin Əliyev 2-ci, Cavid Əliyev (AzDBTİA) 3-cü yeri tutub. Qadınlar arasında Pərvanə Adnaliyeva (“Rock Stone”) 1-ci, Anna Belousova (“Alp”) və Aygün Əzənmədova müvafiq olaraq 2-ci və 3-cü sırada qərarlaşıblar.

İki günün umumi nəticələrinə əsasən “Neftçi” kuboka sahib olub. Müdafiə Nazirliyinin komandası gümüş, “Alp” klubu bürünc medalları qazanıb.

Səmti müəyyən edənlərin açıq ölkə çempionatı

7-9 noyabrda Xaçmaz rayonunun Yalama qəsəbəsində (Nabran) səmti müəyyən etmə idman növü üzrə açıq ölkə çempionatı keçiriləcək. “Elit” və “Open” kateqoriyaları üzrə baş tutacaq yarışda həm komanda, həm də fərdi hesabda qaliblər müəyyənləşəcək. Qeyd olunan yarış elektron qeydolunma sisteminin tətbiqi ilə həyata keçiriləcək. Bu tədbirdə istənilən federasiya qatıla bilər.

Federasiya nümayəndələri O-Ringen Akademiyasına qatılacaq

Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası bütün dünyada yüksək reytinqli akademiya olan "O-Ringen Academy"də iştirak etmək üçün Beynəlxalq Federasiyadan rəsmi dəvət alıb. İdman.com.az saytı xəbər verir ki, İsveçdə 1965-ci ildən etibarən fəaliyyət göstərən və bu il öz 50 - illiyini qeyd edən O-Ringen Akademiyası səmti müəyyən etmə idman növünün həm elmi həm də praktiki tərəfdən dərindən öyrənilməsi, dünyada geniş yayılması və inkişafı məqsədini daşıyır.

Bu il İsveçin Skane şəhərində 16-26 iyulda təşkil olunacaq tədris kursları üç istiqamətdə həyata keçiriləcəkdir:

1. Xəritəçilik
2. Yarış təşkilatçılığı (hakimlik)
3. Məşqçilik Keçiriləcək tədris kursunda SMEİF-in baş katibi Zaur Seyidov və məsul katib Ülkər Həmdullayeva iştirak edəcək. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara beynəlxalq dərəcəli sertifikatlar təqdim ediləcək.

Tədris və seminarlardan əlavə bu müddət ərzində Kristianstad şəhərində "5-Days" yarışı da keçiriləcək.

Onu da qeyd etmək lazımdır ki, bu il O-Ringen Akademiyasında müxtəlif ölkələrdən 30-a yaxın federasiya nümayəndələri qatılacaq.

SMEF prezidenti İOF-un Baş Assambleyasında

Dünya çempionatı çərçivəsində iyulun 10-da İtaliyanın Lavarone şəhərində Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının Baş Assambleyası keçirilç Assambleyaya İOF-a üzv olan bütün ölkələrin federasiya prezidentləri qatılmışdır. İdman.com.az saytı xəbər verir ki, iclasın əsas məqsədlərindən biri İOF-un növbəti iki ili üçün Prezidentinin və İOF Şurasının yeni tərkibinin seçilməsindən ibarət idi.

Toplantını giriş sözü ilə İOF-un prezidenti Brayn Porteos açaraq iclas iştirakçılarını salamlamış, 31-ci dünya çempionatının müvəffəqiyyətlə təşkil olunduğuna görə hər kəsə öz təbriklərini çatdırıb. Öz çıxışında B.Porteos 2013-cü ilin yekunları barədə ətraflı danışaraq Azərbaycan Səmti Müəyyən Etmə Federasiyasının bu müddət ərazində səmti müəyyən etmənin ölkəmizdə daha da geniş yayılması və inkişafına istiqamətləndirilmiş tədbir və layihələri yüksək dəyərləndirib, bu fəal inkişaf prosesinin gələcəkdə də davam etdiriləcəyinə ümüd etdiyini bildirib.

Sonra B.Porteos İOF Şurasının Azərbaycan SMEF –in İOF-un tam üzvü olaraq seçilməsi barədə qərar qəbul etdiyini qeyd edib və sözü Azərbaycan SMEF-in Prezidenti Mirəli Kazımova verib. M.Kazımov öz çıxışında bütün iclas iştirakçılarını salamlayıb, Azərbaycan səmti müəyyən etmə idmanına ayrılan diqqətə görə B.Porteosa təşəkkürünü bildirib. Eləcə də federasiya prezidenti dövlətimizinin bütün sahələrə olduğu kimi idmana da ayırdığı diqqət və qayğı sayəsində bu idman növünün gələcəkdə Azərbaycanda daha da fəal inkişaf edəcəyini vurğulayıbr. M.Kazımov 2015-ci ildə Azərbaycanda keçirilən İlk Avropa Olimpiya Oyunlarına hər kəsi dəvət etmiş, Azərbaycanın qonaqpərvərliyi və zəngin mədəniyyəti ilə tanış olmağa çağırıb.

Daha sonda iclasda növbəti illərdə keçiriləcək beynəlxalq səviyyəli idman tədbirlərinin təşkilati məsələləri müzakirə olunub, buna dair müvafiq qərarlar qəbul edilib.

Lavaroneda səmti müəyyən etmə üzrə dünya çempionatı keçiriləcək

İyulun 5-dən 13-dək İtaliyanın Lavarone şəhərində səmti müəyyən etmə üzrə dünya çempionatı keçiriləcəkdir.

Ənənəvi olaraq dünya çempionatı ərəfəsində Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyası (IOF) və İtaliya Səmti Müəyyən Etmə Federasiyası tərəfindən bu idman növünün IOF-a qatılmış yeni üzv ölkələrdə fəal inkişafa istiqamətləndirilmiş seminar və praktik məşğələləri (IOF Development Clinics) təşkil olunacaqdır.

Seminarda Azərbaycanı federasiyanın baş katibi Zaur Seyidov və məsul katib Ülkər Həmdullayeva təmsil edəcəklər.
Dünya çempionatından sonra Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası nümayəndələrinin İsveçdə “O-Ringen Academy”-də məşqçilik, xəritəçilik və yarış təşkilatçılığı üzrə keçiriləcək tədris kurslarında iştirakı planlaşdırılır.

Səmti müəyyən edənlərin dünya çempionatı keçiriləcək

05 -13 iyul 2014 - cü il tarixində İtaliyada (Lavarone ş.) səmti müəyyən etmə üzrə Dünya Çempionatı keçiriləcəkdir. İdman.com.az saytı xəbər verir ki, ənənəvi olaraq Dünya Çempionatından öncə Beynəlxalq Federasiyası (IOF) və İtaliya Federasiyası tərəfindən səmti müəyyən etmə idman növünün IOF-a qatılmış yeni üzv ölkələrdə fəal inkişafa istiqamətləndirilmiş seminar və praktik məşğələləri (IOF Development Clinics) təşkil olanacaqdır.

Sözügedən seminarda AR SMEİF baş katibi Zaur Seyidov və məsul katib Ülkər Həmdullayeva iştirak edəcəklər. Dünya Çempionatından sonra federasiya nümayəndələrinin İsveçdə “O-Ringen Academy”-də məşqçilik, xəritəçilik və yarış təşkilatçılığı üzrə keçiriləcək tədris kurslarında iştirakı planlaşdırılır.

Heydər Əliyev kubokuna yekun vuruldu

Bu günlərdəsəmti müəyyən etmə idman növü üzrə Xaçmaz rayonunun Yalama qəsəbəsində keçirilən ümummilli lider Heydər Əliyev adına Beynəlxalq Kubok yarışı yekunlaşmışdır. Artıq ənənə halını almış bu yarışa Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, ali təhsil müəssisəsi, idman klubları və s. təmsil edən 20-dən çox komanda və 12 ölkədən idmançılar qatılmışdır.

Yarışda elit, open və junior kateqoriyaları üzrə ümumilikdə 200-dən çox idmançı mübarizə aparırdı. İdmançıların yarışdıqları ərazidə video-nəzarət məntəqəsinin quraşdırılması nəticəsində yarışı ilk dəfə canlı izləmək mümkün olmuşdur. Eləcə də bu video federasiyanın rəsmi internet səhifəsində yerləşdirilmişdir ki, buradan da yarışın gedişatına bütün dünyada baxmaq mümkün olmuşdur.

Yarışın ilk günündə elit kateqoriyası üzrə uzun məsafədə kişilər arasında Aleksandr Trempoltsev (Rusiya) 7.5 km məsafədə 14 nəzarət məntəqəsində qeyd olunaraq bütün rəqiblərini geridə qoyaraq finiş xəttinə birinci çatmışdır. Finlandiyalı idmançı Timo Elo ikinci yeri tutmuşdur. Rəqibindən bir neçə dəqiqə geridə qalan Türkiyəli Yaşar İsmət Dəmiröz bürünc medal qazanmışdır. Bu məsafə üzrə (5.7 km, 13 nəzarət məntəqəsi) qadınlar arasında Neftçi İK-nun idmançısı Nataliya Əliyev qızıl medal qazanmışdır. Minayeva Yelena (Alp Klub 2) ikinci, Büşra Muslu (Türkiyə) isə üçüncü olmuşdur.

Open kateqoriyası üzrə (4.6 km, 11 nəzarət məntəqəsi) kişilər arasında Torgni Jeppson (İsveç) birinci, Viljo Elo

(Finlandiya) ikinci, Ben Şults (Filippin) isə üçüncü olmuşdur. Qadınlar arasında isə Günya Həmdullayeva (Bakı Azimutu) 3.5 km məsafə üzrə 10 nəzarət məntəqəsində qeyd olunaraq fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnmişdir.

Yarışın ikinci günündə elit kateqoriyası üzrə kişilər arasında qısa məsafədə Türkiyəli idmançı Yaşar İsmət Dəmiröz fəxri kürsünün ən yüksək zirvəsinə qalxmışdır. Gümüş medalı İsveçli Henrik Flordal qazanmışdır. Üçüncü yeri isə Xüsusi Dövlət Mühafizə Xidmətinin idmançısı İlham Quliyev tutmuşdur. Qadınlar arasında isə Türkiyəli Büşra Muslu qızıl medal qazanmışdır. Nataliya Əliyeva ikinci, Minayeva Yelena isə üçüncü olmuşdur.

Open kateqoriyasında kişilər arasında Torgni Jeppson (İsveç) ikinci yarış günündə də bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnmişdir. Bakı Slavyan Universitetinin idmançısı Murad Həsənov ikinci, Finlandiyalı idmançı Viljo Elo isə üçüncü olmuşdur. Qadınlar arasında Nərgiz Salayeva (BeSmart şirkəti), Günya Həmdullayeva (Bakı Azimutu) və Məmmədli Kəmalə (Bakı Slavyan Universiteti) müvafiq olaraq bir, iki və üçüncü yerləri tutmuşlar.

İki günün umumi nəticələrinə əsasən Türkiyə komandası birinci yeri tutmuşdur. Dağçılıq İdman Klubununu komandası gümüş, Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası isə yarışın bürünc medalını qazanmışdır.

Bütün qaliblər medal, diplom və qiymətli hədiyyələr ilə mükafatlandırılmışdır.

Heydər Əliyev kuboku start götürür

30 may - 1 iyunda Xaçmaz rayonunun Nabran qəsəbəsində səmti müəyyən etmə idman növü üzrə ümummilli lider Heydər Əliyev adına beynəlxalq kubok yarışı keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, turnir Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən, Xaçmaz rayon İcra Hakimiyyəti, Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur.

Qeyd olunan yarışa Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, ali təhsil müəssisəsi, idman klubları və sairləri təmsil edən 20-dən çox komanda və 12 ölkədən təşrif buyurmuş idmançılar qatılacaqdır. Onu da qeyd etmək lazımdır ki, yarışın hakimlər kollegiyasının tərkibinə xarici mütəxəssislər də daxil edilmişdir.

Bu il keçirilən yarışa özəllik verən əsas yeniliklərdən biri də odur ki, idmançıların yarışacağı ərazidə video - nəzarət məntəqəsi quraşdırılacaq və beləliklə idmançıların meşədəki hərəkətini canlı olaraq yarış mərkəzində, Federasiyanın rəsmi saytında izləmək mümkün olacaqdır.

Yarış Elit, Open (yeni başlayanlar qrupu) və Junior (uşaqlar) kateqoriyaları üzrə verilmiş istiqamətdə həm komanda, həm də fərdi hesabda keçirilir. Yarış prosesində idmançılar öz kateqoriyasına uyğun məsafəni keçib idman xəritəsində qeyd olunmuş nəzarət məntəqələrində müəyyən ardıcılıqda qeyd olunmalıdırlar.

“Heydər zirvəsi”nə yürüşdə kimlər iştirtak etdi?

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, habelə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dəstəyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi şərəfinə Böyük Qafqaz dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə ənənəvi beynəlxalq alpinist yürüşü təşkil olunub.

Idman.com.az saytı xəbər verir ki, səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov Vergilər Nazirliyinin əməkdaşları ilə "Heydər zirvəsi”nin ənənəvi fəth olunmasında iştirak etmişlər. Federasiya prezidenti və eləcə də Vergilər Nazirliyinin əməkdaşları 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi” yüksəkliyinin fəthini müvəffəqiyyətlə həyata keçirmiş, zirvədə Ulu Öndərin barelyefi önünə tər çiçəklər qoymuş, Azərbaycanın dövlət bayrağını ucaltmışlar.

Bu yürüş Azərbaycan dövlətinin gənclərə və idmana qayğısını, həmçinin ümummilli liderin xatirəsinə hörmət və məhəbbətin təsdiqi olmuşdur. Təşkilatçılar tərəfindən keçirilmiş bu tədbirin əhəmiyyəti barədə geniş müzakirələr aparılmışdı. Eləcə də keçirilmiş tədbir “Şahdağ” qoruğunun direktoru Arzu Mustafayev tərəfindən yüksək qiymətləndirilmişdir.

Yürüşün iştirakçılarına federasiyanın sertifikatı təqdim edilib.

Sonda onu da qeyd edək ki, keçirilən tədbirə SMEF-in vitse-prezidenti Nizami Mursakulov başçılıq edir.

“Baku-Oxford School” – yeni səmti müəyyən edənlər

Bu gün Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən “Baku-Oxford School”da bu idman növünün Azərbaycanda tanınmasına istiqamətləndirilmiş proqramı çərçivəsində "Səmti müəyyən etmə idmanına xoş gəldiniz!” adlı təqdimat keçirilib. İdman.com.az saytı xəbər verir ki, təqmibən yüzə yaxın şagirdin qatıldığı tədbiri giriş sözü ilə açan federasiya prezidenti Mirəli Kazımov, ölkəmizdə aparılan idman siyasəti, dövlət tərəfindən bütün idman sahələrinə olduğu kimi səmti müəyyən etmə idmanına göstərilən dəstək, bu idman növünün hazırki vəziyyəti, əldə edilmiş uğurları, inkişaf yolu və müasir dövrdəki vəziyyəti barədə danışıb.

Sonra səmti müəyyən etmə haqqında qısa videoçarx təqdim edilib və şagirdlərin geniş marağına səbəb olub. Videoçarxdan sonra çıxış edən federasiyanın üzvü Ülkər Həmdullayeva bu idman növü barədə geniş məlumatı özündə əks etdirən təqdimatı şagirdlərin diqqətinə çatdırıb.

Eləcə də tədbirdə çıxış edən federasiyanın fəxri üzvü, Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişenko şagirdlərə səmti müəyyən etmə idman növünün əsasları haqqında, bu idman növü ilə məşqul olmaq üçün hansı bacarıqların olmasının zəruriliyi barədə məlumat vermiş və hər kəsi bu idman ilə məşqul olmağa dəvət edib. Sonda federasiya rəsmiləri səmti müəyyən etmə idmanı barədə şagirdlərin suallarını cavablandırıblar.

Onu da qeyd edək ki, federasiya tərəfindən yaxın günlərdə eyniadlı təqdimatın Şəmkir rayonunda yerləşən “Baku-Oxford School in Shamkir”də təşkil edilməsi və eləcə də şagirdlər üçün “Velopark” ərazisində praktiki treninqlərin keçirilməsi planlaşdırılıb.

Neft, qaz və kimya sənayesi işçilərinin açıq yarışna yekun vurulub

Aprel ayının 24-ü "Neftçi İdman Klubu" İctimai Birliyinin rəhbərliyi ilə səmti müəyyən etmə idman növü üzrə neft, qaz, kimya sənayesi işçiləri və digər təşkilatlar arasında açıq yarış keçirilmişdir. Yarışı giriş sözü ilə açan Neftçi İdman Klubu İB-nin Kütləvi bədən tərbiyəsi üzrə idman şöbəsinin meneceri Akif Məmmədov iştirakçıları salamlayaraq onlara uğurlar arzulatıb. Çıxışdan sonra AR Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən elektron qeydolunma sisteminin tətbiqi ilə ilk dəfə olaraq keçirilən yarışa start verilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə “Velopark”ərazisində keçirilən açıq yarışda Fövqəladə Hallar Nazirliyi, Daxili Qoşunlar və digər güc strukturları, eləcə də universitetlərin, idman klublarının də qatıldığı yarışda 70-ə yaxın idmançı iştirak edib. Gərgin keçən yarışda kişilər arasında Şənlik Fətəliyev (Daxili Qoşunlar) 3.2 km məsafəf 16 nəzarət məntəqəsində qeyd olunaraq bütün rəqiblərini qabaqlayıb finiş xəttinə birinci çatıbr. Qalibdən təxminən bir dəqiqə geri qalan Vladislav Tuzov (Alp klub) ikinci, Süleyman Əliyev isə üçüncü yeri tutub. Qadınların yarışında isə Elina Çerpokova (BSU Litsey) verilmiş 2.1 km məsafə üzrə 12 nəzarət məntəqəsində qeyd olunaraq fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnmişdir. Tatyana Qəniyeva (Alp klub) ikinci, Yuliya Karabut (Ukrayna) isə üçüncü olub.

Neftçinin daxili komanda yarışında isə Maddi Texniki Təchizat İdarəsinin komandası 96 xal ilə bütün rəqiblərini geridə qoyaraq birinci terə çıxıb. Qalibdən 6 xal geri qalan Mədən Geofizika komandası ikinci, H.Əliyev adına Bakı Neft Emalı Zavodu isə üçüncü olub.

IOF-in rəsmi saytı: Azərbaycan səmti müəyyən etmə idmanı yüksəklərə doğru istiqamətdədir

Azərbaycan Səmti Müəyyən Etmə Federasiyasının son 2 il ərzində fəaliyyəti, beynəlxalq idman ictimaiyyəti tərəfindən böyük maraq doğurur. İdman.com.az saytı xəbər verir ki, Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının rəsmi saytında, bu günlərdə Portuqaliyanın Palmela şəhərində keçirilmiş Avropa çempionatında ilk dəfə çıxışı etmiş Azərbaycan idmançıları barədə məqalə dərc edilib:

“Azərbaycan Avropa çempionatına ilk dəfədir ki qatılır. Ölkənin keçmiş və indiki səmti müəyyən etmə idmanı yüksəklərə doğru istiqamətdədir. Azərbaycan Səmti Müəyyən Etmə Federasiyasının prezidenti olan və bu idman növünün ölkəsində inkişaf etməsi və milli yığmanın beynəlxalq arenadakı nəticələrini daha da yaxşılaşması üçün səylə və böyük həvəslə çalışan Mirəli Kazımov deyib ki, 2014-cü ilin iyul ayında İtaliyada baş tutacaq dünya çempionatında Azərbaycanı daha da geniş komanda təmsil edəcək.

Səmti müəyyən etmə Azərbaycanda 50 il bundan öncə yaranıb. Lakin Sovet hökuməti dağıldıqdan sonar, bu idman növünün ölkəmizdəki inkişafı dayanıb. “Bu gün biz dövlət tərəfindən idmanımıza qarşı böyük diqqət və dəstək alırıq, bu da səmti müəyyən etmənin Azərbaycanda fəal inkişafına təsir edir”.

Milli yığmanın üzvü olan Şəhriyar İsmayılov bildirib ki, səmti müəyyən etmə idmanı ilə cəmi bir ildir ki məşqul olur. Lakin o bu idmanı surətlə öyrənir.

Hazırda SMEF, 30 may – 1 iyunda Xaçmaz rayonunda ümummilli lider Heydər Əliyevin adına beynəlxalq kubok yarışını keçirməyə hazırlaşır.

İlk dəfə Avropa çempionatında

Portuqaliyanın Palmela şəhərində səmti müəyyən etmə idman növü üzrə Avropa çempionatı yekun vurulub. İdman.com.az saytı xəbər verir ki, Avropa İşçi Qrupuna daxil olduqdan sonra, ilk dəfə Avropa çempionatına dəvət alan ölkəmizi yarışda 5 idmançı təmsil edib. Azərbaycan ilə yanaşı Avropanın 30-a yaxın ölkəsindən beynəlxalq dərəcəli idmançılar da bu yarışa qatılıb.

Öz çətinliyi və gərgin mübarizəsi ilə xüsusi diqqət çəkən Avropa çempionatda uzun və orta məsafələrdə qaçışlar və sprint yarışı keçirilib. Millimizin ilk dəfə olaraq bu cür yüksək dərəcəli yarışda iştirak etməsinə baxmayaraq, uzun məsafə üzrə baş tutmuş qaçışda milli yığmanın üzvü Müvəssil Allahverdiyev bütün nəzarət məntəqələrində qeyd olunub finişə vaxtında çatıb.

Sprint üzrə keçirilən yarış isə yığmamızın hər üzvü üçün uğurlu olmub. Belə ki, idmançılarımız “Sprint Qualification” mərhələsindən müvvəfəqiyyətlə keçib finala vəsiqə qazanıb. Aprel ayının 13-ü isə Palmela şəhərində keçirilən Sprint final yarışında idmançılar 3.0 km məsafə üzrə 26 nəzarət məntəqəsində qeyd olunaraq, finiş xəttinə vaxtından əvvəl çatmışlar. Beləliklə, yığmamızın üzvləri nəticədə 64 komanda arasında 40-cı yer tutub. Bu isə hələ gənc federasiyamız üçün böyük bir müvəfəqiyyətdir.

Avropa çempionatı çərçivəsində millimiz İsveçin peşəkar idmançıları ilə bir neçə görüş keçirib, onlarla birgə treninqlərdə iştirak ediblər. Bundan əlavə, avropalılara səmti müəyyən etmə idman növünün son 2 il ərzində Azərbaycandakı inkişafı, həyata keçirilmiş layihələr, çəkilmiş xəritələr barədə geniş məlumat verilib, onları 30 may – 1 iyunda Xaçmaz rayonunda ümummilli lider Heydər Əliyevin adına Kubok mübarizəsində iştirak etmək üçün ölkəmizə dəvət olunub.

Avropa çempinatında iştirak edəcəklər

9-16 apreldə Portuqaliyaın Palmela şəhərində səmti müəyyən etmə idman növü üzrə Avropa Çempionatı keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, Avropa İşçi Qrupuna daxil olduqdan sonra ilk dəfə qitə çempionatına dəvət alan ölkəmizi yarışda 5 idmançı təmsil edəcək.

Azərbaycan ilə yanaşı avropanın 30-a yaxın ölkəsi də keçiriləcək yarışa qatılacaqlar. Yeddi gün davam edəcək çempionatda idmançılarımız uzun və orta məsafə, eləcə də sprint üzrə yarışda çıxış edəcəklər.

Milli komandanın Portuqaliyay uçuşu aprel ayının 8-i nəzərdə tutulub.

3 idmançımız Dünya Kubokunda növbəti final mərhələsində

Fevralın 28-də dünya kubokunun seçmə mərhələsinə start verilib. İdman.com.az saytı xəbər verir ki, Azərbaycan milli komandasının üç üzvü kubokun növbəti B final mərhələsinə vəsiqə qazanıblar. Belə ki, idmançılarımız Vladislav Tuzov, Emin Məmmədov və Şəhriyar İsmayılov verilmiş 3.6 km. məsafə üzrə 18 nəzarət məntəqəsində qeyd olunaraq finişə müəyyən edilmiş vaxtdan tez çatmışlar.

Bütün nəzarət məntəqələrində qeyd olunmuş qadın idmançımız Nataliya Əliyeva isə müəyyən olunmuş vaxtdan bir dəqiqə gec qalmaqla növbəti mərhələyə vəsiqə qazana bilməmişdir. Milli komandanın digər iki idmançısı isə bir nəzarət məntəqəsində qeyd olunmamışlar.

Dünya Kubokunun ikinci mərhələsinə isə mart ayının 1-i Bakı vaxtı saat 13:00-da start verilcək.

“Antalya O-Days” turnirinə qatılmış idmançılarmız isə hər iki gün üzrə verilmiş məsafə üzrə nəzarət məntəqələrində qeyd olunmaqla finiş xəttinə vaxtında çatıblar.

Səmti müəyyən etmə üzrə dünya kubokunda

Dünən səmti müəyyən etmə üzrə milli komandamızın digər üzvləri eləcə də, Federasiya nümayəndələri Türkiyədə keçirələcək dünya kuboku və "Antalya O-Days” turnirində iştirak üçün qonşu ölkəyə yola düşüblər. İdman.com.az saytı xəbər verir ki, artıq Antalya şəhərində olan idmançılarımız yarış öncəsi məşqdə iştirak ediblər.

Bu gün start veriləcək "Antalya O-days” turnirin ilk günündə 7 idmançımız mübarizəyə qoşulacaq. Digər altı idmançımız isə fevral ayının 28-si start veriləcək dünya kubokuna qatılacaqlar.

Onu da qeyd edək ki, keçirilən yarışda Azərbaycan milli komandası ilə bərabər dünyanın 30-dan çox ölkəsi iştirak edəcək.

SMEF Türkiyədə Xocalı faciəsinə anım tədbiri keçirib

Türkiyədə keçiriləcək dünya kuboku və “Antalya O-Days” turnirinə qatılan Azərbaycan yığma komandası, qonşu ölkədə Xocalı faciəsini unutmayıb. İdman.com.az saytı xəbər verir ki, Səmti Müəyyən Etmə Federasiyasının prezidenti Mirəli Kazımovun başçılığı ilə yarış mərkəzi olan “Grand Haber Hotel”də qətliyamın 22-ci ildönümünə həsr olunmuş anım mərasimi təşkil olunub.

Əvvəlcə, tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra toptantını giriş sözü ilə açan Mirəli Kazımov, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsi tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımızın başına gətirilmiş soyqırımlardan olduğunu və bunun XX əsrdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətlərdən sayıldığını bildirib.

Eləcə də çıxış edən Federasiya şurasının üzvü Xəyyam Məmmədov
Xocalı faciəsini xalqımızın başına gətirilən ən qəddar soyqırım aktı adlandıraraq, torpaqlarımız uğrunda tökülən qanların yerdə qalmayacağına əminliyini vurğulayıb.

Tədbirdən sonra Xocalı faciəsi barəsində məlumat verən kitablar, disklər və məlumat bukletləri Dünya Kubokuna qatılan xarici idmançılara və federasiya rəsmilərinə təqdim edilmişdir.

Yığmamız “Antalya O-Days” turnirində iştirak edəcək

İdmanın səmti müəyyən etmə növü üzrə Azərbaycan milli yığmasının dörd üzvü - Vladislav Tuzov, Ramin Əliyev, Elina Çerpakova və Tatyana Qəniyeva fevralın 27-dən martın 2-dək keçiriləcək Dünya Kuboku və “Antalya O-Days” turniri ərəfəsində beynəlxalq dərəcəli mütəxəssislər və məşqçilər tərəfindən təşkil olunacaq təlim-məşq toplanışına qatılmaq üçün Türkiyəyə yola düşmüşdür.

Təlim-məşqlər Türkiyənin Manavqat, Kəmər və Antalya şəhərlərində təşkil olunacaqdır.
Məşqlərdən sonra milli komanda fevralın 27-də başlanacaq Dünya Kuboku və “Antalya O-days” turnirinə qatılacaqdır.
Federasiyanın nümayəndələri və milli komandanın digər üzvləri bu yarışlarda iştirak etmək üçün fevralın 26-da Türkiyəyə yollanacaqlar.

Nabranda təlim-məşq toplanışı

Səmti Müəyyən Etmə Federasiyası milli komandaya namizəd idmançılar üçün seçmə məşqlər keçirməyi planlaşdırır. İdman.com.az saytı xəbər verir ki, hazırlıq ukraynalı mütəxəssis, beynəlxalq dərəcəli idman ustası Mixail Puqaç tərəfindən aparılacaq.

İlk məşqlər 25-26 yanvarda Nabranda (Yalama k. Xəritələri üzərində) ğaş tutacaq. O cümlədən, elektron qeydolunma sisteminin tətbiqi ilə orta və qısa məsəfələr üzrə qaçışlar da təşkil olunacaq.

Səmti müəyyən etmənin kütləvi idman növü kimi inkişafına təsir etmək məqsədilə qeyd olunan məşqlərə qatılmaq istəyənlər, müəyyən olunmuş vaxtda start yerinə gələ bilərlər.

Startın təxmini yeri "Xəzər" turist bazasıdır. Yürüş ayın 25-də12:30-da, ertəsi gün 10-30-da başlayacaq.

Həmçinin, bazar günü, 26 yanvar tarixində kişi və qadın kateqoriyalarında ən yaxşı nəticə göstərmiş idmançılar Yeni il hədiyyələri ilə təltif olunacaqlar.

İsveçdə səmti müəyyən etmədən seminar

30 yanvar–3 fevralda İsveçin Qotenburq şəhərində səmti müəyən etmə üzrə 6-cı Yüksək Dərəcəli Tədbirlər Seminarı keçiriləcək.

İdman.com.az saytı xəbər verir ki, ev sahibi və IOF-in birgə təşkil edəcəyi tədbirə Azərbaycan Səmti Müəyyən Etmə Federasiyasının Şurasının üzvləri, eləcə də Finlandiya, İtaliya, Norveç, Polşa, Avstriya, Litva, Serbiya və digər ölkələrdən 60-a yaxın iştirakçı qatılacaqlar.

Toplantı 3 mövzuya həsr ediləcəkdir: 1. Səmti Müəyyən Etmə üzrə dünya çempionatının (WOC) təşkili; 2. Səmti Müəyyən Etmə veteranları arasında dünya çempionatının (WMOC); 3. Tədbirin proqram təminatı (elektron qeydolunma sistemi).

Mirəli Kazımov: Avropa artıq bizdən nümunə götürür

“Səmti müəyyən etmə idmanında işimizin səviyyəsini daha artıracağıq”

Səmti müəyyən etmə idmanının cari mövsümü qənaətbəxş başa vurduğunu söyləmək olar. İdman.com.az xəbər verir ki, federasiya il ərzində bir neçə yarış keçirib. Bunlar arasında həm ölkə daxili, həm də beynəlxalq tədbirlər olub. Sözügedən rəqabətdə iştirakçı sayında da artım müşayiət edilib. Əgər son 2 ilədək respublika turnirlərinə 20 səmti müəyyən edən qatılırdısa, federasiyanın rəhbərliyində baş verən dəyişiklikdən sonra, zaman-zaman idmançı sayı artıb (20+130+200+320).

Ən yaxşı göstərici may ayında qeyd olunub. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş 1-ci beynəlxalq açıq kubok mübarizəsində 320 nəfər iştirak edib.

İyulda təmsilçilərimiz Finlandiyada dünya çempionatında mübarizə aparıblar. Bu tədbir əlamətdarlığı ilə yadda qalıb. Belə ki, yarışın gedişində “Azərbaycan gecəsi” adlı tədbir təşkil olunub. Həmin yığıncaqa İOF-un prezidenti Brian Porteos və vitse-prezidenti Astrid Valer Kaas ilə yanaşı, digər ali qonaqlar dəvət olunublar. Toplantıda ölkəmizin təbiəti, mətbəxi, insanların qonaqpərvərliyi haqqında məlumat verilib. Skandinaviya səfəri “İdman Azərbaycan” telekanalı vasitəsilə yerində işıqlandırılıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan tarixi, mətbəxi, təbiəti haqqında 120 ədəd kitab, ölkəmiz barədə 100 ədəd xüsusi disk, eləcə də, Azərbaycanı və Bakını özündə əks etdirən rəsmlər, suvenirlər, milli xalçalar və tar-kaman bütün qonaqlara hədiyyə olunub.

Yığıncağın sonunda İOF prezidentinin xüsusi nümayəndəsi Tatyana Qələndəroğlu çıxış edərək, qısa müddətdə qazanılan nailiyyətə görə, SMEF-in prezidenti Mirəli Kazımova təşəkkürünü bildirib. Qeyd edib ki, ölkəmiz bu sahədə fəallardandır və səmti müəəyən etmə idman növünün təbliğinə, işıqlandırılmasına xüsusi yer verir; digər ölkələr Azərbaycandan nümunə götürməli, təcrübəsindən yararlanmalıdırlar.

Cari mövsümdə Avropa İşçi Qrupunun nümayəndələri ölkəmizdə monitorinq aparıb, buradakı şəraitidən razı qaldıqlarını deyiblər. Mirəli Kazımov saytımıza müsahibəsində bildirib ki, yerli federasiya gələn il işin səviyyəsini və keyfiyyətəni daha artıqmağı qarşıya məqsəd qoyub:

“Gələn il yarışlarımızın sayı artacaq. Binəqədi rayonunda yerləşən məktəblərdə səmti müəyyən etmənin tətbiqi məsələsində icra başçısı ilə şifahi razılığa gəlmişik. Universitetlər və güc strukturları arasında turnirlər də nəzərdə tutulub.

Beynəlxalq tədbirlərə gəlincə, fevralda Antalyada dünya kubokunda mübarizə aparacağıq. May ayında Heydər Əliyevin 90 illik yubileyinə ənənəvi yarış keçiriləcək. İyulda İtaliyada təşkil olunacaq dünya çempionatına biz də dəvətliyik.

İdman sahəsində böyük təcrübəsi olan vergilər naziri Fazil Məmmədovun tövsiyəsindən, Gənclər və İdman Nazirliyinin dəstəyi və Ukraynanın Azərbaycandakı səfiri, yaxın dostumuz Aleksandr Mişenkonun təcrübəsindən yararlanıb, işimizi daha yaxşı təşkil etmək niyyətindəyik”.

SMEF-in prezidenti onu da əlavə edib ki, yaxın gələcəkdə klubların sayını çoxaltmaq, rəqabətdə gərginliyi və səviyyəni artırmaq üçün, legionerləri dəvət edilməsi nəzərdə tutulub:

““Nefiçi” İdman-Sağlamlıq Mərkəzi, Aviasiya Akademiyası, “Avropa” liseyi və Slavyan Universitetində bölməmiz fəaliyyət göstərir. Krımın məşhur “Artek” düşərgəsi ilə qarşılıqlı təcrübə müdalisi də planlaşdırırıq. Bir də, yaxın gələcəkdə klublarımıza əcnəbi mütəxəssisləri dəvət etmək fikrimiz var”.





Məlumatların sayı: 31     


Digər səhifələr:
1 - 2
  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
“Neftçi" sürət yığmaq istəyir, "Qəbələ"də gözlənilən süqut başlanır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru